Sual (71) : Fitrə zəkatı verilən zaman cinsin qiyməti dövlətin təyin etdiyi qiymət əsasında, yaxud azad satış qiyməti ilə hesablanmalıdır?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Adilanə azad bazar qiyməti ilə hesablanıb zəkatı verilməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) : Öz ölkəsindən xaricdə olan bir şəxs fitrə və kəffarəsini öz ölkəsində vermək istəyərsə, buğdanın pulunu öz ölkəsində alan qiymətlə yoxsa xarici ölkədə olan qiymətlə hesablanmalıdır?
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qaldığı yerin qiyməti ilə hesablayıb verməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) : Kiçik uşaqları seyyid olmayan bir seyyidə qadına seyyid olmayan bir şəxsin fitrə verməsi caizdir?
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə seyyid olmayan şəxsin seyyid və seyyidəyə fitrə verməsi haramdır və əgər versədə caiz deyil. həmçinin seyyid və seyyidənin də o fitrəni qəbul etməsi düzgün deyildir. Verilən suala əsasən seyyid öz fitrəsini seyyidə xanımın ixtiyarında olan ataları seyyid olamayan uşaqlara verə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) : Hədd, cəza, diyə və qisasa səbəb olan cinayət törədildikdə, üzərində cinayət törədilən şəxsin razılığı bir təsir qoyurmu?
Ad: Eldar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zina, ləvat müsahiqə və müharibə kimi hakkullah sayılan yerlərdə üzərində cinayət törədilən şəxsin razılığının bir təsiri yoxdur. amma hakkun-nass sayılan, məsələn: qisas və diyə sabit olan yerlərdə təsiri vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) : Cinayətkarı törətdiyi cinayətə oxşar cəzalandırmaq caizdirmi? məsələn: Əgər qatil bir şəxsi yandırıb ya tikə-tikə etmişdirsə, onu da yandırıb tikə-tikə etsinlərmi?
Ad: Hafiz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qatilin qisasında hərçənd ki, o, mərhumu tikə-tikə etmiş, ya onu əziyyətlə öldürmüşdür. həmin qayda ilə qisas almaq caiz deyil. qisas gərək adi ölüm aləti ilə yerinə yetirilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (76) : Edamdan sonra ya dəfndən əvvəl edam olunan şəxsdə dirilmə müşahidə olunsa və müalicə ilə öz salamatlığını ələ gətirsə, hökmün icrası hansı surətdədir? hədd və qisas arasında bir fərq vardır?
Ad: fuad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Gərək hökm yenidən icra olunsun. qisas və hədd arasında bir fərq yoxdur. məgər ki, qisasda qan sahibləri qisasdan əl götürsələr.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (77) : Bir şəxs bilərəkdən adam öldürmədə tamahkar bir planı olmuşdur və ömürlük həbsə məhkum edilmişdir. bir neçə ildən sonra qan sahibləri onu əhv etmişdirsə azad olunur, ya tamahkarlığı həqqullah adlanır? gərək ölənə qədər zindanda qalsın?
Ad: Alsafa, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zahirən həqqun-nass sayılır. qan sahiblərinin əhvi ilə azad olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (78) : Bir nəfər iki şəxsi qətlə yetirmişdir(bir kişi və bir qadını). Öldürülənlərin birinin ya hər ikisinin qan sahibləri diyə ya qisas istəyirlərsə, məsələnin hökmünü bəyan edin.
Ad: Hafiz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan halda əgər qan sahiblərindən biri qisas almaq istəsə, qatildən qisas alınır və qisas hökmlərinə gərək riayət olunsun. Bu halda digər öldürülənin sahibləri diyə almağa haqqları yoxdur. amma əgər hər iki öldürülənin sahibləri diyə istəsələr, qatil gərək hər ikisinin tam diyəsini ödəsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (79) : Əgər bir şəxs məst ya huşsuz bir nəfəri öldürsə, qisas alınır, ya təkcə diyə sabit olur?
Ad: hesen, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan halda əgər bütün şərait mövcud olsa, qisas sabitdir. amma daha yaxşıdır ki, sülh edərək 0diyə ödəməklə razılaşsınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (80) : Bir şəxs narahatçılıq və yaşayış müşkülləri üzündən özünü öldürmüşdür. 1) Bu iş şəri cəhətdən hansı surətdədir? 2) onun malından kəffarə vermək vacibdirmi?
Ad: fariz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bu işin özü böyük günahlardan sayılır. narahatçılıq və yaşayış çətinlikləri hər nə qədər çox olsa, belə günaha düşməyə icazə yoxdur. baş verən surətdə zahirən onun malından kəffarə vermək vacib deyil, amma daha yaxşıdır bütün vərəsələrin razılığı ilə onun malından qətl kəffarəsi versinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP