Sual (51) : Xahiş edirik, cəzalandırmanın bəzi yerlərini bəyan edəsiniz.
Ad: Camaleddin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Cəza xilaf işin müqabilində ədəbləndirmək və şəxsi vurmaqdır. məqsəd onu və sair camaatı xilaf və bəyənilməyən işlər görməkdən çəkindirməkdir. Ümumi halda bir kəs allahın vaciblərindən birinin vacibliyini bildiyi halda onu tərk etsin. yaxud allahın haram etdiklərindən birini yerinə yetirsə, şəriət hakimi hər əndazədə məsləhət bilsə, onu çəkindirmək və ədəbləndirmək üçün şallaq vurmağa göstəriş verə bilər. cəzalandırmağın şəraitləri: həmən bəyan olan ümumi qaydaya uyğundur. amma burada onun bəzi şəraitlərini bəyan edirik.
1) Əgər bir nəfər bir şəxsi söysə, ya onu təhqir edib əziyyət etsə, o şəxsin müraciəti ilə şəriət hakimi tərəfindən cəzalandırılır. yəni onu və digərlərini ədəbləndirmək və qarşısını almaq üçün şəriət hakimi hər nə qədər məsləhət bilsə ona şallaq vurmağı göstəriş verir.
2) Əgər bir şəxs heyvanlardan biri ilə yaxınlıq etsə, haram iş görmüşdür və şəriət hakimi tərəfindən cəzalandırılır. o heyvanın ətini və südünü yeməyin hökmü tovziul-məsail risaləsində yeməlilərin hökmləri bəyan olunmuşdur.
3) Əgər insan istimna etsə (yəni özü ilə bir iş görə ki, ondan məni xaric ola), haram iş görmüşdür. sübut olunandan sonra şəriət hakimi onu cəzalandırır.
4) Əgər bir nəfər, bir oğlanı şəhvət üzündən öpsə, şəriət hakimi otuz şallaqdan doxsan şallağa qədər, hər nə qədər məsləhət bilsə ona vururlar. rəvayətdə var ki, allah-təala onun ağzını atəşə vurar, yerin və göyün, rəhmət və qəzəb mələkləri ona lənət edirlər. onun üçün cəhənnəm hazırlanacaq. amma əgər tövbə etsə, onun tövbəsi qəbul olur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (52) : Bir kişi bir qadınla günaha mürtəkib olmuşdur ki, onun cəzası cəzalandırmaqdır. cəzadan əlavə onun başını qırxmaq olarmı?
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Cəzalandırmağın şəraitlərində onun növü və miqdarı şəriət hakiminin məsləhətinə aiddir. amma qadının başın qırxdırmaq caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (53) : Zəkat pulundan camaata xeyir işlər üçün borca vermək olarmı?
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (54) : Əgər insanın dənli bitkilərdən yaxud onun pulundan zəkat ödəməyə qüdrəti çatmasa və sair kimi başqa şeylər ödəyə bilərmi?
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən dənli bitkilərdən birinin əvəzinə başqa bir malı qiymətləndirib zəkatı ödəsin. İnşaallah düzgün olacaq.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (55) : Qədimdən İmamzadə kimi şöhrət tapmış bir qəbr mövcuddur, lakin şəcərənaməsi dəqiq məlum deyilsə onun təmirinə zəkat pulundan istifadə etmək caizdirmi?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qeyd olunan məqbərə yerli sakinlər arasında ehtiramlı, müqəddəs bir yerdirsə və İmamzadə kimi tanınarsa, onun təmirinə ehtiyac olan qədər zəkatın xərclənməsinə icazə verilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (56) : Kənddə ümumi camaatın istifadəsi ücün anbarın tikilməsində büdcənin olmamasını nəzərə almaqla oraya zəkat pulunun xərclənməsi caizdir, ya xeyir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (57) : Bir şəxsin hətta iki-üç min manat məbləğində pulu yoxdur, lakin yemək cəhətdən o qədərdə çətinliyi yoxdur. ona zəkat vermək olar, ya xeyir?
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Fəqirlərin ölçüsü, il ərzində öz ehtiyaclarına uyğun yaşayış xərclərini təmin etmək qüdrətini olmamasıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (58) : Öhdəsində şəri vergisi imam əleyhissalam səhmiyyəsi olan bir şəxs bir tələbəni yaxud imkansız bir seyyidin görüşünə getmək istəyir, bir şey alıb mənzil yaxud toy hədiyyəsi adıyla onlara apararsa, apardığı malın qiymətini hesablayıb öhdəsində olan şəri borcdan azalda bilərmi?
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Öhdəsində olan şəri vergiləri gərək camiul-Şərait müctəhidin və yaxud mərcei-təqlidin icazəsi ilə xərcləsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (59) : zəkat ödəməli olan şəxsin əgər oğlu, yeznəsi və ya yaxın adamlarından biri tələbədirsə, hədiyyə adı ilə ev əşyaları və ya ehtiyacı olan kitabları alıb ona verə bilərmi? xərclədiyi pulu öz zəkatından hesab edə bilər, ya yox?
Ad: yusif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qeyd olunan tələbə fəqir deyilsə maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (60) : Seyyid olmayan şəxs öz kəffarə və sədəqəsini seyyid olan şəzsə verə bilərmi?
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Vacib ehtiyat budur ki, seyyid olmayanlar hec bir vacibi sədəqələrini istər kəffarə, nəzirlər hətta müstəhəbbi zəkatlar xüsusi ilə ticarət mallarının zəkatını seyyid olan şəxsə verməsinlər. Əgər onlara çatan haqqla təmin olunmurlarsa və vacibi sədəqə miqdarda almaqlarının maneəsi yoxdur. həmçinin onlara müstəhəbbi sədəqələrin verilməsi düzgündür. daha yaxşı olar ki, imkan daxilində müstəhəbbi sədəqələrin alınmasından da çəkinsinlər...
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP