Sual (41) : Bir qətl hadisəsi sabit və qatil müəyyən olunmuşdur. amma öldürülənin adamları ölümün bilərəkdən olduğunu qatil isə, onun xəta üzündən baş verdiyini iddia edir. amma heç birinin iddiası üçün qəti dəlillər yoxdur. 1) Bu naməlum ölüm, yaxud iddia babından sayılır? 2) Əgər iddia babındandırsa, gərək necə düşmənçilik olunsun və diyə vəziyyəti necədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər vəli bilərəkdən qətl iddiası və qatil bilərəkdən törədilən qətlə oxşar iddiası etsə, qatil inkar edəndir. Əgər öldürülənin vəlisi açıq-aşkar dəlil, sübut gətirməsə, qatilin and içməsiylə bilərəkdən törədilənə oxşar hökmü verilir. Əgər qatil xəta iddiası etsə, iddiaçının sözü and içməklə üstünlük təşkil edir. haməlum və iddia mövzusundan xaricdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (42) : Bir şəxs sürücülük zamanı yuxuya gedib və maşını yoldan çıxartmışdır. nəticədə sərnişinlərdən bir neçəsi hadisədə ölmüşdür. Bu ölüm hansı ölümdən sayılır? onun diyəsi kimin öhdəsindədir?
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zahir budur ki, əgər sürücü yuxuya getmə halında olub və ehtiyatsızlıq etmişdir. camaat arasında müqəssir və hadisəyə səbəbkar tanınsa, xəta üzündən baş verən qətl hökmündədir. diyə ona şərait yaradan şəxsin öhdəsindədir. amma əgər belə olmayıbsa, onun yuxuya getməyi təsadüfü olubsa, zahirən kimsə zamin deyil. amma ehtiyat odur ki, bu halda diyəni hadisəyə şərait yaradanla razılaşsınlar. eyni halda yuxunun birinci, ya ikinci haldan olduğu şübhəli olsa, gərək ehtiyata əsasən ödəsinlər, ya razılaşsınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (43) : Əgər müharibə edən yaxalanandan sonra və mühakimə olunmamışdan əvvəl tövbə etsə, ondan hədd götürülürmü?
Ad: Cabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Yaxalanandan sonra tövbə etmək həddin götürülməsinə səbəb olmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (44) : Bir nəfər bacısı ilə zina etmişdirsə, onun həddi necədir? Halbuki, zina sabit edilib, amma ata və anası həddin icrasına maneçilik törədirlər. vəzifə nədir?
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Məsələnin ümumi hökmü budur ki, əgər bir şəxs öz məhrəmlərindən biri ilə zina etsə, (ana və bacı kimi ona nisbəti olanlarla) şəriət hakiminin hökmü ilə onu öldürürlər. ata-ananın maneçiliyi Allahın hökmünü dəyişmir. hədislərdən bizə çatıb ki, həddi icra etmək camaatı qanunsuz işlərdən çəkindirməyə səbəb olur, onların dünya və axirətini hifz edir və onlar üçün mənfəəti qırx gün yağan yağışdan artıqdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (45) : Bir şəxs zina və ləvat edib deyir ki, mən onun həddinin ölüm olduğunu bilmirdim. həddi bilməyə cahil olmaq həddi götürürmü?
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Həddi bilməmək həddi götürmür. həmin iyrənc əməlin haram olduğunu bilib onu yerinə yetirmişdir. sübut olandan sonra hədd icra olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (46) : Üç nəfər bir şəxsin zina etdiyini iddia etmişdir. bir nəfər də o şəxsin həmin qadının evinə daxil olduğunu gördüyünü deyir. amma ondan artıq bir şey bilmədiyini iqrar edir. Bu halda hədd icra olunur?
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zina iki yoldan biri ilə sabit olur:
1) zinakar özü əgər baliğ, aqil, azad olub öz ixtiyarı ilə dörd dəfə iqrar etsə, ehtiyata əsasən gərək dörd məclisdə iqrar etsin.
2) dörd adil kişi zinanı gördüklərinə şəhadət versinlər. Əgər üç kişi və iki qadın da şəhadət versələr, ən güclü rəyə əsasən kifayətdir. Buna əsasən verilən suala əsasən təkcə o neçə nəfərin dedikləri ilə zina sabit olmayıb və zahirən işdə iqrar etmək də olmamışdır. Bunun üçün hədd icra olunmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (47) : Əri olan qadın zinaya müttəhim olunub və uşaq dünyaya gətirmişdir. həqiqəti aydınlaşdırmaq üçün uşaqdan qan alma yolundan istifadə etmək olarmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə, zina, ləvat və sair cinayətlərin isbat yolları fiqhi kitablarda bəyan olunan əməllər, qan almaq və onun kimi şeylər şəri əsaslı deyil. Əgər qazi hər bir yolla cinayətə yəqinlik tapsa, onun elmi dəlildir və ona uyğun əməl edir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (48) : Yuxarıda qeyd olunan halda fiqhi cəzalandırmaqla hökümət cəzalandırması arasında bir fərq vardırmı?
Ad: Huseynaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bir fərq yoxdur. amma təyin olunmuş qazi, təyin edilmiş qərarlara tabedir. gərək o qərarlara uyğun əməl etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (49) : Cəzaya layiq görülən müqəssirin tövbəsini hakim əhv edə bilərmi?
Ad: davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bu işdə tövbə sübut olandan sonra nəzər və məsləhətə əməl etməkdə hakim ixtiyar sahibidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (50) : Bir şəxs cinayətin müqəddiməsin hazırlayıb, lakin bir hadisə nəticəsində cinayəti yerinə yetirə bilməyib yaxalanmışdırsa, onu cəzalandırmaq olarmı?
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər islam ölkəsinin qanunlarını pozmaq və çevriliş yaratmağa başlamaqdırsa, gərək cəzalandırılsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP