Sual (31) : Daraçəkmə və güllələmə qisasın yerini tutur, ya gərək həmin öldürmə vəsilə və alətiylə olmalıdır?
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, qisasın yerini tutur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (32) : Qisasa məhkum olan bir şəxs dar ağacına çəkilmişdir. mütəxəssis həkim onun öldüyünü bildirmişdir. amma həmin şəxs ölüxanada ayılıb dirilmişdir. 1) qisas hökmü öz qüvvəsində qalır, ya götürülür? 2) Öz qüvvəsində qalan surətdə birinci daraçəkmənin diyəsi caniyə aiddir, ya yox?
Ad: Cabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
1) Verilən suala əsasən qisas hökmü öz qüvvəsində qalır.
2) Sualın qoyuluşuna əsasən birinci daraçəkmənin diyəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (33) : Öldürülənin vəliləri, şəriət hakiminin icazəsi olmadan qisas ala bilərlər, ya yox?
Ad: Xaleddin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyr, qisas mütləq gərək şəriət hakiminin icazə və hökmü ilə icra olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (34) : Qatilin qisası üçün vəliyyi-fəqih və ya onun nümayəndəsinin icazəsinə ehtiyac varmı? Bu icazə verilməsə qatilin işi necə olar? gərək icazə alınana qədər, əgər on il keçsədə zindanda qalsın, ya dərhal azad olunsun? ikinci surətdə gərək hansı təminatlar alınsın?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sualın qoyuluşuna əsasən, əgər qatil qaçan deyilsə, vəliyyi-fəqih, ya onun nümayəndəsi tərəfindən onun vəziyyəti məlum olana qədər dərhal azad olunsun. cinayətin sübutdan sonra qisas, ya diyə və ya əhv olunurlar, həbs etmək haqqı yoxdur. Əgər qaçmaq təhlükəsi varsa, icazəni almaq üçün lazım olan miqdarda onu həbs, ondan sonra vəsiqə, zamin ya şərt olunmuş diyə ilə onu azad edirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (35) : Əgər oğul bilərəkdən öz atasını öldürsə, öldürülənin vəlilərinin izni ilə ondan qisas almaq olarmı?
Ad: Terlan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, əgər bir övlad öz ata ya anasını bilərəkdən və ya haksız öldürsə, qisas alınır. sair yerlər kimi vərəsənin razılığı qisas hökmünü götürür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (36) : Qatil bilərəkdən qətl törətməyin qisas olduğunu və hökmü bilməməyi iddia edir. Bu iddia məhkəmə nəzərindən vaqiətə yaxın və onun düzgün ehtimal olduğu qəbul olunursa, bunun qisas əməlində bir təsiri var, ya yox?
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qatilin bilərəkdən qətl törətməyin cəzasını bilməsi qisas şərtlərindən deyil. Buna əsasən verilən Sualda qisas haqqı öldürülənin vəlisi üçün sabitdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (37) : Səhiyyə orqanlarının icazəsi olmayan bir şəxs həkimin işinə dəlalət edib, iynə vurmuşdur. İynə vurmaq icazəsi olmadığından onun bu işi xəstənin ölümünə səbəb olmuşdur. diyə vermək lazımdır, ya yox? diyədən əlavə ümumi halda cəzalandırmaq caizdir, ya yox?
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İynə vurmaq əgər xəstənin ölümünə səbəb olarsa, zamindirlər. hərçənd səhiyyə nazirliyinin icazəsi ilə olsun. bəs əgər bilərəkdən olubsa, qisası vardır. bilərəkdən törədilən qətlə oxşarı vardırsa, diyə iynə vuranın öz öhdəsindədir. xəta üzündən olan surətdə məhz ona şərait yaradan şəxsin öhdəsinə düşür. amma əgər xəstə müalicə məqamında bir şəxsi azad etsə diyəsi yoxdur. amma əgər bu işdə icazəsi olmadığını bilməsə icazəli olduğunu xəyal edib azad etsə, zaminliyin aradan qalxmasına səbəb olmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (38) : Lütfən qətlin növlərini bəyan edin.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qətl üç növdür:
1) bilərəkdən törədilən qətl. o da iki qismdir: birinci qism odur ki, bir şəxs insanı öldürmək qəsdi ilə ona nisbətdə ölümə səbəb olan bir iş görsün. ikinci qism odur ki, diqqətlə adi halda insana nisbətdə ölümə səbəb olan bir iş görsə və o da ölsə, hərçənd onu öldürmək qəsdi olmamış olsa.
2) bilərəkdən öldürməyə oxşar qətl. o bu surətdədir ki, öldürmək qəsdi olmamış, amma diqqətlə bir şəxsə nisbətdə adi halda ölümə səbəb olmayan bir iş yerinə yetirsin və təsadüfən onun ölümünə səbəb olsun. məsələn, uşağı ədəbləndirmək üçün vursalar, təsadüf üzündən onun vurmağı ölümə səbəb olsun.
3) xəta üzündən qətl. bu o surətdədir ki, nə öldürüləni öldürmək qəsdi olub, nə də ona nisbətdə istənilən bir iş yerinə yetirilib. məsələn, ov ovlamaq qəsdi ilə oxu atıb və təsadüf nəticəsində bir şəxsə dəyib onu öldürmüşdür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (39) : Əgər bir nəfər bir halət və vəziyyətdədir ki, kədərli xəbər eşitməklə ölmək ehtimalı verilir. bir şəxs bu məsələni bildiyi halda onu qətlə yetirmək qəsdiylə telefon vasitəsi ilə ona bir kədərli xəbər verir və o şəxs də bu xəbəri eşitməklə vəfat edir. Bu bilərəkdən qətl hökmündədirmi?
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan halda onu öldürmək qəsdi olduğundan, bilərəkdən adam öldürmə hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (40) : Bir şəxs, şəxsi maşını ilə bir nəfəri vurub yaralamış və onu çöldə qoyub aradan çıxmışdır. həmin şəxs çöldə vəfat etmişdir. halbuki, həkimlər nəzər verir ki, əgər onu xəstəxanaya çatdırsaydılar ölməzdi. Bu ölüm hansı ölümdən sayılır?
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər yaralanan şəxs özünü xəstəxanaya çatdırmaq qüdrəti olmayıbsa və ona kömək edən bir nəfər də tapılmayıbsa, hadisədən dəyən zədələrdən vəfat etmişdir. zahirən, qətl bilərəkdən adam öldürmə hesablanır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP