Sual (231) :
Bir şəxs Fitr bayramının axşamında gün batan vaxtda bihuş olsa, fitrə zəkatı boynundan götürülürmü?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanır-rəhim
Bihuş olmaq fitrə zəkatının öhdədən götürülməsinə səbəb olmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (232) :
İslam respublikasında vergiləri ödəmək şəri vergilərin əvəzində kifayət edirmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Vergi sair iş və qazanc xərcləri kimidir ki, şəri maliyyənin yerini tutmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (233) :
Fəqir kimlərə deyilir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İllik xərclərini adi halda
təmin edə bilməyən şəxs, fəqirdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (234) :
Hasildən kəsr olunan (çıxılan) səpilən toxumun qiymət meyarı nə zamandır: toxum səpən gün, yoxsa məhsul götürən gün?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim
Qiymət meyarı toxum səpilən gündür. Lakin bizim fitvamıza görə ehtiyat vacibə əsasən, əkin üçün səpilən toxumun qiyməti hasildən kəsr olunmamalıdır. Lakin bu məsələdə başqa müctəhidlərə müraciət edə bilərsiniz.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (235) :
Suvarılan ərazilərdəki buğdanın zəkat miqdarını və onun nisab həddini bəyan edin.
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Onun zəkatı 1/20-dir (5%).
Nisab miqdarı isə sair növlərdəki kimi 847 kiloqramdır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (236) :
Tarlada, əkin sahələrində işləyən fəhlələr əmək haqqı olaraq əkin məhsulundan pay alırlar. Zəkat vermək onların vəzifəsidirmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Əgər məhsuldan alınan pay əkin-biçindəki
işlərin hamısının əvəzindədirsə (ölkəmizdə əkin sahibi və rəiyyət arasında ən
çox yayılmış haldır,) onların da payına zəkat düşür. Bu şərtlə ki, onların payı
nisab həddinə çatsın. Amma onlar bu payı yalnız biçin və bu kimi işlərin
əvəzində alsalar (yəni zəkat düşən vaxtdan sonra), bu halda fəhlənin boynunda
heç nə yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (237) :
Zəkat verilməsi vacib olan 9 yerdən başqa, zəkat düşən digər şeylər də varmı?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Zəkat yalnız deyilmiş 9 yerdə
vacibdir. Müstəhəb zəkat isə bunlardan qeyrisinə də aid olur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (238) :
Bir şəxs zəkat verməsə, oğlu zəkat hissəsini ayırıb atası başa düşmədən xəlvətcə müstəhəqlərə verə bilərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Şəri hakimin icazəsi ilə bu
işi edə bilər.