Sual (221) : Mən öz torpağımda buğda və arpa əkmişəm, məhsulu gətirmək üçün bir miqdar xərc çəkmişəm o cümlədən bir traktor və müəyyən miqdar kənd təsərrüfatı ləvazimatlarını almışam. bu xərcləri ələ gələn məhsuldan hesablaya bilərəmmi? sonra əgər məhsul nisab həddinə çatarsa zəkat verim?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, arpa və bugdanı ələ gətitmək üçün çəkdiyiniz bütün xərcləri azaldın. Əgər traktorsuz əkinçilik edə bilirsinizsə, təkcə ona istifadə zamanı çəkilən xərcləri çıxardır. həmçinin əgər onun giyməti müəyyən qədər aşağı düşürsə o miqdarı xərclik bir hissəsi kimi hesab edin. lakin nəzərə almaq lazımdır ki əgər bu hesablamadan qabaq, məhsul nisab həddinə çatsa, yəni 847 kiloqramdadırsa vacib ehtiyata əsasən yerdə qalanının zəkatını verməlisiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (222) : Bir şəxs bir miqdar torpaq sahəsini başqasına icarəyə verərək icarə haqqını buğdadan təyin edib. İcarə haqqı ilə ələ gələn və təklikdə nisabın həddinə çatan buğdaya zəkat yoxdur sahibin qalan torpaqdan götürdüyü buğda ilə birlikdə nisab həddinə çatsa zəkat vacibdirmi?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İcarə haqqı ilə götürülmüş buğda hətta nisab həddinə çatsa da zəkatı yoxdur. amma əgər əkinçiliklə ələ gələn buğda təklikdə nisab həddinə çatırsa zəkatı vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (223) : Əgər bir kəs bir miqdar əkin sahəsini icarəsiz yaxud müqavilə olmadan buraxıb başqa bir yerə gedərsə, həmin əkin sahəsini torpaq sahibinin qardaşı öz sahəsi ilə birlikdə əksə və hər iki, sahənin məhsulu nisab həddinə çatarsa ona zəkat vacibdirmi?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər buğdanı özü üçün əkibsə və nisab həddinə çatıbsa zəkat ona vacibdir. həmin torpağın icarə haqqını qardaşına borcludur. amma əgər qəsdi bir miqdar buğdanı qardaşına verməklə şəriklik idisə bu halda özü üçün qalan miqdar nisab həddinə çatmasa zəkatı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (224) : Torpağı əkən şəxs torpağın sahibi ilə qərarlaşıb ki, məhsulu yığandan sonra 130 “mən” buğdanı özünə götürsün. bu buğdaya zəkat düşürmü ?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər əkinçi toxumluqda torpaq sahibi ilə şərik deyilsə və zəkati yoxdur. lakin əgər işin xərcindən çox olarsa xumusunu verməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (225) : Mən kəffarələri yığıb ehtiyacı olan şəxslərə çatdırıram. onun hökmünü bəyan edin:
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər siz vucuhat sahiblərinin vəkaləti ilə un alıb fəqirlər arasında paylasanız nöqsanı yoxdur. verilən kəffarələr arasında bilərəkdən iftar edən və bu kimi kəffarələr ayrı-ayrı şəxslərə çatdırmaq üçün verilmiş olsa, onları ayırıb müəyyən şəri sərf etməyə uyğun fəqirə vermək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (226) : Buyurmusunuz ki, ramazanın qəza orucunu tutan bir şəxsin zöhrdən sonra iftar etməsi caiz deyil. Əgər iftar etsə on fəqirə yemək versin. Sualımız budur ki, əgər bir şəxs qeyri ramazan orucunu savab ya isticarə tutsa, necədir? Əgər iftar etsə, gərək kəffarə də verməlidir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, ehtiyat vacib budur ki, bu halda zöhrdən sonra iftar etməsin. Əgər iftar etsə, ehtiyat budur ki, kəffarə versin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (227) : Əgər kişi öz həyat yoldaşının kəffarəsini savab babından versə, qadının öhdəsindən götürülürmü?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Kəffarəni ödəmək qadının özünə vacibdir. sağ olan vaxtı onun tərəfindən savab babından ödəməyin kifayət və düzgünlüyü müşküldür. lakin kişi həyat yoldaşının icazəsi ilə versə, zahirən işkalı yoxdur və kifayət edər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (228) : Hansı andları pozduqda kəffarə vermək vacibdir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Bilərəkdən ixtiyari şəkildə andı pozmağın kəffarəsi var. Andını pozan şəxs ya bir bəndə azad etməli, ya on fəqiri doydurmalı, ya da üç gün oruc tutmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (229) : Orucun neçə qisim kəffarəsi olur?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Orucun iki qisim kəffarəsi olur: Cəm kəffarə və tək kəffarə. Cəm kəffarə bir bəndə (qul) azad etməkdən, iki ay oruc tutmaqdan və altmış fəqiri doydurmaqdan ibarətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (230) : Dövlətin çörək yeyəni sayılan əsgərin fitrə zəkatı kimin öhdəsinədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Dövlətə vacib deyil. Fəqirdirsə özünə də vacib deyil. Amma imkanlıdırsa, ehtiyat budur ki, özü zəkatı ödəsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP