Sual (211) : Zəkat adı ilə fəqirlərə yemək məmulatları vermək olarmı?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Mmaneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (212) : Məscidə vəqf etmək məqsədi ilə alınan qablara zəkat pulunu sərf etmək və həmçinin o qablar xususi işlər üçün kirayə verilirsə, caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Kirayə verilən zaman alınan pul məscid işlərinə sərf olunsa maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (213) : Çar dövrünün sikkələri (on rubl qızıl ) təqribən 100 ilə və həmin rejim tərəfindən hazırlanmışdır, indi keçmiş ssrİ ölkələrində adamlar arasında dövrədədir, müxtəlif qiymətlərə alınıb satılır. lakin heç bir dövlət onu rəsmən tanımır. belə olan halda həmin qızıl sikkədən zəkat alınırmı?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim

Nəzəriyyəyə əsasən qızılın zəkatı o sürətdə vacibdir ki, sair şərtlərdən başqa sikkə olsun, dövrədə onunla müamilə edilsin. dövrədə olması o deməkdir ki, ondan pul kimi istifadə edilsin, məsələn: müamilə zamanı bu malı neçə rubla yaxud manata sataram deyildiyi kimi bu malı neçə qızıla sataram deyilsin.

Qədim yaxud indiki, qızıl pullar bu qayda ilə istifadə olunur, bəlkə onlar ticarət malları kimi alınıb müxtəlif qiymətlərə satılır. buna əsasən onlara zəkat aid deyil. gümüş sikkələr də həmin hökümdədir. İranda müamilə olunan “bahar- azadi” sikkələri də həmin hökmü daşıyır və zəkatı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (214) : Buğda və arpanın yığılandan sonra müəyyən miqdar samanda ələ gəlir və bu da aydındır ki, pulun bir hissəsi həmin samana sərf olunur. buğda və arpa nisab həddinə çatıb zəkat ona vacibdir alandan sonra qoyulan bütün xərclər götürülüb sonra qalanının zəkatı verilməlidir? yoxsa samana sərf olunan pul götürülməlidir?
Ad: Nahid, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Arpa və buğda nisab hədinə çatıb zəkat ona vacib olandan sonra qoyulan sərmayə götürmək yerdə qalanının zəkatı verilməlidir. amma qoyulan xərc bütünlükdə yox, bəlkə arpa, buğda və saman üçün götürülməlidir. Əgər iyirmi faiz samana pul sərf olunubsa yalnız səksən faiz məxaric götürülməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (215) : Mən bir yer icarə edərək orada buğda əkmişəm. ondan əlavə işçilərin, traktor və konbaynın pulunu da öz cibimdən vermişəm. mümkündür ki, qoyduğum məbləği o buğdadan götürərəm sonra zəkatı yerdə qalan puldan verim.
Ad: Vuqar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bu sürətdə qoyulan sərmayəni götürəndən sonra qalan puldan zəkatın verılməsi vacibdir. bu zaman insan həmin buğdadan ayrılan zamanda nəzər salmaldır. Çünki o da yerinin məhsuludur və müəyyən qədər dəyəri vardır. ona da bir qədər pul sərf olunmuşdur. buna əsasən xərclər təkcə buğdadan və samanın hər ikisindən hesablanıb ayrılır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (216) : Su nasosu və ya arx vastəsi ilə suvarılan arpa və buğdanın zəkatı nə qədərdir? suya sərf olunan pul həmin arpa və buğdadan götürülür, ya yox?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər su nasosu ilə suvarılsa iyirmidən bir hissəsi onun zəkatı, arx vastəsilə sulanırsa ondan bir hissəsi onun zəkatıdır. hər iki halda suya xərc olunan məbləğ həmin arpa və buğdadan götülür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (217) : Düyü və ya buğda satan şirkətlərdə müdir məhsulu götürəndən sonra arpa buğda və ya düyünün zəkatını ayırıb lazımı yerlərə sərf edəndən sonra qalan məhsulu şəriklər arasında və ya səhimdarlar bölünməsi caizdirmi?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zəkat özü bir ibadətdir və onun allaha xatir verlməsi vacibdir. amma müdir şəriklərindən icazəsiz bu işi edə bilməz. məhsul bölünəndən sonra hər kəsin payı nisab hədinə catarsa, ya özü, yaxud bu zaman mal sahibinin icazəsi ilə müdir onun zəkatının verə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (218) : Bir şəxs öhdəsində zəkatın olub-olmamadığını bilmir və şək edir. buna görə güman etdiyi miqdar pulu zəkatın boynundan götürülməsi ücün fəqirə verir, əgər boynunda yoxdursa niyət edir ki, başqalarının haqqı boynunda varsa, yox əgər bu da yoxdursa, əvəzində atasının yaxud babasının boynunda bunlar və ya ikisindən biri varsa götürülsün, amma bu əməl səhihdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zahiri budur ki bu iş səhihdir və boynundan götürülür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (219) : İran İslam respublikasında istifadə olunan "bahar-azadi" sikkələrinə zəkat düşürmü?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyr, düşmür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (220) : Bəzi rəvayətlərdə düyü zəkatının da verilməsi müstəhəbbi əməl kimi zikr olunmuşdur. belə ki, bəzi məntəqələrdə geniş surətdə düyü əkilir, onun zəkatını vacibi höküm kimi verə bilərlərmi? xahiş edirik mübarək nəzərinizi yazasınız?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Hal-hazırda düyü kimi şeylərdə zəkatın fətvası qeyri-vacib olaraq qeyd olunub.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP