Sual (201) : Əgər fitr bayramı axşamı qonaq olan bir şəxs ev sahibinin məsləhəti ilə fitrəsini ayırırsa, ev sahibinin boynundan götürülürmü?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ev sahibinin icazəsi ilə olsa götürülür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (202) : Seyyid olmayan şəxs öz kəffarə və sədəqəsini seyyid olan şəzsə verə bilərmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Vacib ehtiyat budur ki, seyyid olmayanlar hec bir vacibi sədəqələrini istər kəffarə, nəzirlər hətta müstəhəbbi zəkatlar xüsusi ilə ticarət mallarının zəkatını seyyid olan şəxsə verməsinlər. Əgər onlara çatan haqqla təmin olunmurlarsa və vacibi sədəqə miqdarda almaqlarının maneəsi yoxdur. həmçinin onlara müstəhəbbi sədəqələrin verilməsi düzgündür. daha yaxşı olar ki, imkan daxilində müstəhəbbi sədəqələrin alınmasından da çəkinsinlər...
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (203) : zəkat ödəməli olan şəxsin əgər oğlu, yeznəsi və ya yaxın adamlarından biri tələbədirsə, hədiyyə adı ilə ev əşyaları və ya ehtiyacı olan kitabları alıb ona verə bilərmi? xərclədiyi pulu öz zəkatından hesab edə bilər, ya yox?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qeyd olunan tələbə fəqir deyilsə maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (204) : Öhdəsində şəri vergisi imam əleyhissalam səhmiyyəsi olan bir şəxs bir tələbəni yaxud imkansız bir seyyidin görüşünə getmək istəyir, bir şey alıb mənzil yaxud toy hədiyyəsi adıyla onlara apararsa, apardığı malın qiymətini hesablayıb öhdəsində olan şəri borcdan azalda bilərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Öhdəsində olan şəri vergiləri gərək camiul-Şərait müctəhidin və yaxud mərcei-təqlidin icazəsi ilə xərcləsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (205) : Bir şəxsin hətta iki-üç min manat məbləğində pulu yoxdur, lakin yemək cəhətdən o qədərdə çətinliyi yoxdur. ona zəkat vermək olar, ya xeyir?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Fəqirlərin ölçüsü, il ərzində öz ehtiyaclarına uyğun yaşayış xərclərini təmin etmək qüdrətini olmamasıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (206) : Kənddə ümumi camaatın istifadəsi ücün anbarın tikilməsində büdcənin olmamasını nəzərə almaqla oraya zəkat pulunun xərclənməsi caizdir, ya xeyir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (207) : Qədimdən İmamzadə kimi şöhrət tapmış bir qəbr mövcuddur, lakin şəcərənaməsi dəqiq məlum deyilsə onun təmirinə zəkat pulundan istifadə etmək caizdirmi?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qeyd olunan məqbərə yerli sakinlər arasında ehtiramlı, müqəddəs bir yerdirsə və İmamzadə kimi tanınarsa, onun təmirinə ehtiyac olan qədər zəkatın xərclənməsinə icazə verilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (208) : Əgər insanın dənli bitkilərdən yaxud onun pulundan zəkat ödəməyə qüdrəti çatmasa və sair kimi başqa şeylər ödəyə bilərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən dənli bitkilərdən birinin əvəzinə başqa bir malı qiymətləndirib zəkatı ödəsin. İnşaallah düzgün olacaq.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (209) : Zəkat pulundan camaata xeyir işlər üçün borca vermək olarmı?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (210) : Zəkatı ödəməli olan mülkiyyət sahibi şəriət sahibinin icazəsi olmadan zəkatlı malı satıb sonra onun miqdarında pul ayırıb zəkatını ödəyə bilərmi?

Go to TOP