Sual (181) : Ramazan ayının orucunun qəza kəffarəsini qardaşıma verə bilərəmmi? Onun evlənmək fikri olduğundan buna ehtiyacı var.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat budur ki, çörəyə xərclənsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (182) : Fəqihlərin (damə bəqauhum) və ya onlar tərəfindən icazəsi olan şəxslərin icazəsi ilə, orucun qəsdən olmayan kəffarələrini fəqirlərin ümumi ehtiyaclarına (yeməkdən başqa) sərf etmək olarmı?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Yalnız yemək üçün xərclənməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (183) : Mən məscidin xidmətçisiyəm, işim mübarək Ramazan ayında daha çox olur. Buna görə də xeyriyyəçilərdən bəziləri müəyyən məbləğdə pulu kömək adı ilə mənə verirlər. Onu almaq mənim üçün caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onların sizə verdiyi şeylər sizə etdikləri ehsandır, nəticədə o, sizin üçün halal, onun qəbul edilməsi isə işkalsızdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (184) : Başqalarının qarşısında əl açan, öz məişətini dilənçiliklə idarə edən, islam cəmiyyətinin adına ləkə gətirən, xüsusilə dövlət tərəfindən onların yığışdırılması ilə əlaqədar tədbir keçirilməsindən sonra insanın onların qarşısında vəzifəsi nədir? Onlara kömək etmək caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Çalışın sədəqələri dindar və abırlı fəqirlərə verin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (185) : Evlərin qapılarını döyən, yaxud küçə və xiyabanlarda oturan dilənçilərə sədəqə vermək caizdirmi, yoxsa yaxşı olar ki, yetimlərə və miskinlərə verilsin və o pullar, sədəqə qutularına salınmaqla İmdad komitəsinin ixtiyarına verilsin?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müstəhəbb sədəqə yaxşı olar ki, abırlı və dindar fəqirlərə verilsin, həmçinin onun İmdad komitəsinin ixtiyarına verilməsi, hətta sədəqə qutularına salmaqla olsa belə, eybi yoxdur. Lakin vacib sədəqələrin, şəxsin özünün vasitəsi ilə, yaxud onun vəkili tərəfindən müstəhəqq fəqirlərə verilməsi vacibdir. Əgər insan İmdad komitəsinin məsullarının qutularda olan pulları bir yerə toplayıb müstəhəqq fəqirlərə verməsini bilsə, onu sədəqə qutularına salmağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (186) : Mərhum İmam Xomeyni adına imdad komitəsi mənzillərdə, küçələrdə, şəhərin ümumi məkanlarında, eləcə də kəndlərdə sədəqələrin, ehsanların toplanması, onların imkansızlara və ehtiyacı olanlara çatdırılması üçün müəyyən qutular qoymuşdur. Bu komitənin işçilərinin oradan aldığı aylıq maaşdan və güzəştlərdən əlavə, həmin qutulardakı pulların müəyyən faizinin mükafat kimi onlara verilməsi caizdirmi? O pulların müəyyən miqdarının onları toplamaqda müəyyən rolu və köməyi olan, lakin İmdad komitəsinin rəsmi işçilərindən olmayan şəxslərə verilməsi caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sədəqə qutularından toplanan pulların müəyyən miqdarının mükafat adı ilə İmdad komitəsinin işçilərinə, komitədən aldıqları aylıq maaşdan əlavə olaraq mükafat verilməsinin işkalı vardır, üstəlik bu işə mal sahiblərinin razılığı aşkar olmazsa, caiz deyil. Lakin onun müəyyən miqdarını, qutularda mövcud olan pulların toplanmasında iştirak edən şəxslərə ücrətül misl (əmək haqqı) adı ilə verilməsinin eybi yoxdur, bu şərtlə ki, sədəqələrin toplanıb ehtiyaclı şəxslərə çatdırılmasında onların köməyinə ehtiyac duyulsun, xüsusilə əgər zahiri əlamətlərdən pul sahiblərinin bu işin görülməsinə razı olduğu aydın olarsa.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (187) : Bir atanın bir neçə övladı vardır ki, onlardan bəziləri həddi-buluğa çatmışlar. dini vəzifələrini yerinə yetirməkdən üz döndərdiklərindən bu məsələ ataları üçün narahatçılıq yaradır. ata onların ibadət işlərində müqəssirdirmi?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Atanın vəzifəsi odur ki, təsir qoymaq ehtimalın versə övladlarını vacib olanları yerinə yetirmək və günahlardan çəkinməyə hər yolla istəsə, istər nəsihət, istərsə də qorxudub hədələmək və ya başqa yolla da olsa məcbur etsin. həmçinin ata öz şəri vəzifəsinə əməl etsə və atanin sözləri onlara təsir etməsə ata günahkar deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (188) : Tovzihul-məsail risaləsində buyurmusunuz: qonağın fitrəsi ev sahibinin çörəkyeyəni hesab olunursa onun fitrəsi ev sahibinə vacibdir. Sualım budur ki, əgər təkcə fitr bayramı axşamı qonaq olan şəxs ev sahibinin çörəkyeyəni hesab olunurmu?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim

Səhih rəvayətlərdə qeyd olunmuşdur ki, ailənin , yəni çörəkyeyənin fitrəsi vacibdir. (Əl-fitrətu vacibətun əla kulli mən yəkulu). buna əsasən qonağın fitrəsi o surətdə vacib olur ki, ona ürfdə, yəni el arasında ev sahibinin çörəkyeyəni deyilsin. bir gecə qalan qonağa bu kəlimə aid olunur. buna görə fitrə ev sahibinin yox, qonağın özünə vacibdir.

Alimlərdən bəzilərinin nəzəriyyəsi budur ki, təkcə qonaq olmaq və ev sahibinin süfrəsindən bir dəfə iftar etmək fitrənin vacib olmasına səbəb olur. bəziləri ramazan ayının əvvəlindən axırına qədər qalan qonağı nəzərdə tuturlar. bəzi alimlər isə ramazan ayının axırıncı 10 günlüyünü, daha başqaları axırıncı iki gecəni qalan qonağı nəzərdə tuturlar. hər halda vacib ehtiyata riayət etmək lazımdır. (urvətul-vusqa, kitabuz-zəkat, fəslu fi mən təcibul fitrətil ənhu).
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (189) : Kiçik uşaqları seyyid olmayan bir seyyidə qadına seyyid olmayan bir şəxsin fitrə verməsi caizdir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə seyyid olmayan şəxsin seyyid və seyyidəyə fitrə verməsi haramdır və əgər versədə caiz deyil. həmçinin seyyid və seyyidənin də o fitrəni qəbul etməsi düzgün deyildir. Verilən suala əsasən seyyid öz fitrəsini seyyidə xanımın ixtiyarında olan ataları seyyid olamayan uşaqlara verə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (190) : Öz ölkəsindən xaricdə olan bir şəxs fitrə və kəffarəsini öz ölkəsində vermək istəyərsə, buğdanın pulunu öz ölkəsində alan qiymətlə yoxsa xarici ölkədə olan qiymətlə hesablanmalıdır?
Ad: Zeynab, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qaldığı yerin qiyməti ilə hesablayıb verməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP