Sual (171) : Dəli və həddi-buluğ olmayan uşağın diyəsi kimin öhdəsindədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Aqilə şəxslərin öhdəsindədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (172) : On bir yaşlı oğlan uşağını maşın vurub yaralamışdır ki, yaralar aşağıdakı kimidir: 1) Budun və ayağın çox hissəsinin dərisi və əti əzilmiş, ayrılıb və tökülmüşdür. 2) diz qapağı tikə-tikə olub ayrılmışdır. 3) dizin alt hissəsində olan damar və sinir sistemləri paralanmaq həddindədir. 4) ayağın inkişaf sümüyü aradan getmiş, nəticədə bu ayaq qısalmışdır. digər ayağı isə təbii qaydasındadır. nəhayət bir neçə cərrahiyyə əməliyyatından sonra yaralanmış ayaq əyri, qısa, dizi hərəkətsiz və bir az bükülmüş qalmışdır ki, qanuni həkim nəzəriyyəsinə əsasən 65% naqis üzv yaranmışdır. xahiş edirik, vuran şəxsin yuxarıda qeyd olunan yerlərdə diyə miqdarını bəyan edin. 5) yaralanmış ayağın dəri və ətini düzəltməkdən ötrü digər ayağın dəri və ətindən götürüb peyvənd ediblər. tikə götürülən və tikə izi qalan ayağın qan bahası vardırmı?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən zahirən hasil olan çətinlik bir zərbəyə baş vermişdir. eyibli qalan ayağın sınması və əzilməsi diyənin üçdə biridir. sair cərrahiyyə və təsirlər daha yaxşı olar ki, sülh yolu ilə həllini tapsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (173) : Hadisədə bir şəxs başından zərbə alır və baş sümüyü sınır. onun təsirindən bədəninin yarısı, əli və sol ayağı iflic olur. baş sümüyünün sınmasından əlavə əl və ayaqla bağlı diyə verməlidirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən baş sümüyünün sınması diyəsindən əlavə əlin və ayağın diyəsini də gərək versin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (174) : Əgər bir avtomobil bir heyvanı vursa, bu da heyvanın tələf ya nöqsanlı olmasına səbəb olsa, onun hökmü zaminlik nəzərindən necədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Yerlər müxtəlifdir: Əgər sürücü müqəssir olsa, məsələn: sürətin çox olmasından maşını idarə edə bilməyibsə, sürücü zamindir.
Əgər heyvan qəflətən maşının qabağına çıxsa, sürücünün ixtiyarından kənar olsa və sürət də qeyri-adi olmayıbsa, sürücü zamin deyil. maşına dəyən xəsarət camaat arasında heyvan sahibinə aid edilsə, heyvan sahibi zamindir. Əgər sürücü və heyvan sahibi hər ikisi təqsirsiz olsalar, heç kim zamin deyil. amma əgər hadisə xüsusi qanun və qərarları olan bir ərazidə baş vermiş olsa, ona uyğun əməl olunsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (175) : Bir şəxs bir nəfəri öldürdüyünü iqrar edir. ondan sonra başqa bir şəxs də həmin şəxsi öldürdüyünü iqrar edir. daha sonra hər ikisi inkar edirlər. onun hökmü necədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən hər iki nəfər birbaşa qətli iqrar ediblər. iqrardan sonra inkar etməkləri eşidiləsi deyil. hər biri öz iqrarında qalır. amma qan sahibləri onların hər birindən istəsələr diyə alıb digərini azad edə bilərlər. amma qisas ehtiyatın xilafınadır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (176) : Komandir bilməməzlikdən öz adamlarına, ərazidə mina yoxdur, demişdir. adamlar əraziyə daxil olmuşlar, mina partlamış və hərbiçilərdən bir neçəsi ölmüş və yaralanmışlar. Bu komandir ölənlərin və yaralananların diyəsinə zamindirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər adamlar komandirin sözünə gediblərsə, komandir onları məğrur edibsə və qətl və yaralanma komandirə aid olan surətdə komandir diyəyə zamindir. komandirin ərazidə mina olub-olmamasına inanması, ya tərəddüdə qalması arasında bir fərq yoxdur. Əks halda heç kim zamin deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (177) : Ağacın budağı əvvəllər çürümüş və məscidin həyətində külək əsən zaman düşüb bir uşağı öldürmüşdür. onun diyəsi kimin öhdəsindədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən diyənin zamini üçün bir yol nəzərə çatmır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (178) : Zəkat kimə verilməlidir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Zəkat fəqirə, miskinə, imam və imamın naibi tərəfindən zəkat toplamaq əmr olunmuş kəsə, zəkat vasitəsi ilə İslama meyl edəcək kafirə, qulların azad olunmasına, borcunu ödəyə bilməyənin borcunun ödənməsinə, Allah yolunda müəyyən işlərə, yolda qalmış müsafirə xərclənə bilər. Zəkatı müctəhidin icazəsi olmadan da sərf etmək olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (179) : Əgər bir şəxsin bir inəyi və ya iki qoyunu varsa, zəkat ödəməlidirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Zəkatın vacib olması üçün sadalanan şeylər nisab həddində olmalıdır. Yəni zəkatı vacib olan doqquz şeyin hər biri nisab həddinə çatdıqda, onun zəkatını vermək vacib olur. Bəzi nisab hədləri ilə tanış olaq: beş dəvəsi olan bir qoyun, otuz inəyi olan bir dana, qırx qoyunu olan bir qoyun zəkat verməlidir. Demək, nisab həddinə çatmamış malların zəkatını vermək lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (180) : Kəffarəni vacibun-nəfəqəyə (xərcləri insanın özünə vacib olan şəxslərə) vermək caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat budur ki, kəffarə vacibun-nəfəqəyə heç bir vəchlə verilməsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP