Sual (161) : Diyəyə məhkum olunan bir şəxsin maddi imkanı yaxşıdır, lakin diyəni ödəməkdən imtina edir. diyəni ödəməyə vadar etmək üçün onu həbs etmək şəri cəhətdən səhihdir, ya yox?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Diyə sair borcların hökmü kimidir. məhkumun borcdan əlavə varı olduğu borcu əda etməyi və imtina etməyi sabit olsa; hakim onu həbs edib borcu ödəməyə məcbur edə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (162) : Diyəni gecikdirdiyi üçün xəsarət adıyla cinayətkardan bir şey almaq olarmı?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Çünki diyə borcdur və sair borclar hökmündədir. borcu gecikdirmək üçün xəsarət almaq şəriətə uyğun deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (163) : Bbeytul-maldan diyə ödəmək yerlərini bəyan etməyinizi xahiş edirik.
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
1) bilərəkdən və ona oxşar qətldə əgər qatil qaçsa və malı olmasa, diyə onun ən yaxın adamlarının öhdəsindədir. yaxın adam olmadıqda beytul-malın öhdəsindədir. habelə qatil müəyyən olmayan qətllərdə.
2)Əgər hədd ya cəzanın icrası zamanı ölümə səbəb olsa, diyə beytul-malın öhdəsindədir.
3) Əgər qətldən sonra şahidlərin fasiq olması zahir olsa, diyə beytul-malın öhdəsindədir.
4) Əlin kəsilməsi və şahidlərin fasiq olmasında diyə beytul-malın öhdəsindədir.
5) Əgər zimmi kafir diyəyə səbəb olan cinayət törətsə və malı olmasa diyə beytul-malın öhdəsindədir ki, cizyə ödəməyə şərtlənmişdir.
6) qatilin sahiblərinə diyə aid olan yerlərdə sahiblər olmadıqda, ya onu ödəməkdə aciz olan yerlərdə diyə beytul-malın öhdəsindədir.
7) Şəriət qazisi şəri qanunlara uyğun hökm etsə və icrasından sonra onun xətası məlum olan yerlərdə diyə beytul-malın öhdəsindədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (164) : Neçə nəfər eyni zamanda bir nəfərə güllə atıblar. həmin şəxs bir ya bir neçə gülləyə ölmüşdür. amma atanların hansının gülləsinin ona dəydiyi məlum deyil. Amma bu neçə nəfərdən birinin gülləsinin ona dəyməsi şübhəsizdir. hadisənin hökmü necədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən şəriat hakimi püşk atmaqla qatili müəyyənləşdirib və diyəni ödəməyə məcbur edir. ehtiyat qisası tərk etməkdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (165) : Bir neçə nəfər birlikdə bir şəxsi qətlə yetirmişlər. qanuni həkim təyin etmişdir ki, müəyyən bir zərbə öldürülənə dəymiş və onu öldürmüşdür. İndi əgər o zərbənin kim tərəfindən vurulması məlum olsa, vuranların hamısından qisas alınır, yoxsa ölümə səbəb olan zərbəni vuran şəxsdən?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən əgər el arasında işi bitirən zərbəni vuran şəxsə aid etsələr, ondan qisas alınır. qalanlarından qisas ala bilməzlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (166) : Bir mübahisədə bir şəxs vurulmadan infarkt keçirmiş və ölmüşdür. qanuni həkim aydınlaşdırmışdır ki, infarktın 15% mübahisə zəminindən yaranmışdır. İndi bu şəxsin qətlinə məsul kimdir? Onun diyəsini kim verməlidir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən əgər qətl el arasında mübahisə edən şəxsə aid edilsə, gərək bir kişinin diyəsini tam ödəsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (167) : Müqəssir bir sürücü piyada ilə toqquşmuşdur. xəstəxanaya aparmaq adı ilə xəstəni maşına mindirir. amma qorxu və cəzadan qaçmaq üçün onu çöllükdə, camaatdan uzaq bir yerdə atır. yaralanan şəxs qanaxmadan və köməksizlikdən həmin yerdə vəfat edir. Bu qətl bilərəkdən törədilən qətldir, yoxsa ona oxşar?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan qətl bilərəkdən törədilən qətlə oxşardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (168) : Gecə yarısı maşın və motosiklet arasında baş verən hadisədə motosiklet sürücüsü vəfat edir. ekspert hər ikisini 50% müqəssir bilir. Çünki, motosikletin işığı olmayıb, ehtiyatsız və qanunlara riayət etmədən sürücülük etmişdir. maşın sürücüsü isə qabağa baxmadan və sürətlə sürdüyündən müqəssir olmuşdur. məsələnin qoyuluşuna əsasən onun hökmü necədir? həmin halda əgər iki nəfərdən birinin təqsiri çox olsa, amma hadisənin səbəbini tamami ilə bunlardan birinə mənsub etmək olmasa, çünki səbəblərdən bir hissəsi müqabil tərəfə mənsubdursa, məsələnin hökmü necədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Hər iki halda diyənin yarısı maşın sahibinin və yarısı da motosiklet sahibinin öhdəsindədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (169) : Yol qəzasında xırda maşın yük maşını ilə toqquşub yolun ortasında qalmışdır. elə həmin anda arxadan bir avtobus onlara dəymişdir. birinci hadisədə xırda maşın sürücüsü müqəssir bilinib və ikinci hadisədə avtobus sürücüsü müqəssir tanınmışdır. hər halda maşın sərnişinləri vəfat etmişdir. doğrusu, ölümün səbəbləri birinci ya ikinci hadisədən olduğu məlum deyil. hadisənin hökmü necədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zahirən diyələrin yarısı avtobus sürücüsünün və yarısı da xırda maşın sürücüsünün öhdəsindədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (170) : Bir hadisədə avtomobildə olan sərnişinlər vəfat edirlər. müsafirlərin diyəsi sürücünün öhdəsindədirmi? sürücünün də öldüyünü nəzərə alsaq onun vərəsələri sərnişinlərin diyəsini ödəməlidirlərmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən əgər sərnişinlərin qətli sürücüyə aid olmasa, bir şəxs zamin deyil. Əgər sürücünün təqsirinə aid olsa (sürücü müqəssir olsa) diyə sürücünün öhdəsindədir ki, onun əsl malından ödənilir. Əgər ona aid olsa, amma müqəssir olmasa, sərnişinlərin diyəsi sürücünün yaxınlarının öhdəsindədir. Əgər məlum deyilsə, məsələni sülh yolu ilə tamamlayın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP