Sual (151) : Bir nəfərin üzvünün nöqsanlı olmasına səbəb olan bilərəkdən törədilən cərimələrdə qisas imkanı yoxdur. diyədən əlavə üzvü nöqsanlı etdiyinə zaminlikdə cinayətkardan cəza adıyla artıq bir şey almaq olarmı?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Diyədən artıq bir şey almaq sabit deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (152) : Əgər şəriət hakimi diyədə razılaşmaya göstəriş verib, amma cinayətkarın diyə ödəməyə qüdrəti yoxdursa, vəzifə necədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Yaralayan şəxsə diyə vermək vacib olsa, o isə kasıb olsa, diyə sair borclar hökmü kimidir. Əgər qüdrəti varsa, işləyib ödəsin. Əks halda üzürlüdür. belə şəraitdə diyə vermək sabit deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (153) : Qan bahasının ödəmək möhləti diyəni ödəmək möhləti kimidir?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zahirən diyə üçün xüsusi tələsmək yoxdur. Bu qan bahasına da şamildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (154) : Əgər uşağı ruh daxil olandan sonra saldırmışlarsa və hər cəhətdən uşağın oğlan ya qız olduğu məlum deyildir. indi diyə vermək istəyirlərsə, hansı miqdarı hesablasınlar?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zahir odur ki, bu halda əvvəlki məsələdə deyilənlər icra edilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (155) : Bir şəxs hamilə qadını uşağına ruh daxil olandan sonra öldürmüşdür və onun uşağı da ölmüşdür. amma uşağın oğlan ya qız olması məlum deyilsə bu, halda diyə necə hesablanır?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən oğlanın diyəsinin yarısı və qızın diyəsinin yarısı sabitdir. (750 dinar).
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (156) : Həkim kişi və qadının razılığı olmadan qadının uşaqlıq yollarını bağlamış və onu sonsuz etmişdir. Bu əməlin diyəsi nə qədərdir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zahir odur ki, daimi surətdə nəslin kəsilməsinə səbəb olan bir əməlin təyin olunmuş diyəsi yoxdur. Buna əsasən qeyd olunan halda bu əməlin diyəsi hökümət və qan bahası tərəfindən təyin olunur. amma ehtiyat odur ki, məsələni sülh yolu ilə bitirsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (157) : Ümumi yollarda bir müsəlmanın cəsədi tapılmışdır. uzun təhqiqatdan sonra ona dəyən zərbələr aydınlaşmamışdır. onun diyəsi kimin öhdəsindədir. müsəlmanların beytul-malından ödəmək olarmı?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, verilən suala əsasən onun diyəsi beytul-maldan ödənilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (158) : Əgər günahsız bir şəxs qisasa məhkum olunsa, onun diyəsini kim verməlidir?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qazinin səhvi ucbatından baş vermiş olsa, onun diyəsi beytul-maldan ödənir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (159) : Tovzihul-məsail risaləsində buyurmusunuz: qonağın fitrəsi ev sahibinin çörəkyeyəni hesab olunursa onun fitrəsi ev sahibinə vacibdir. Sualım budur ki, əgər təkcə fitr bayramı axşamı qonaq olan şəxs ev sahibinin çörəkyeyəni hesab olunurmu?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Səhih rəvayətlərdə qeyd olunmuşdur ki, ailənin , yəni çörəkyeyənin fitrəsi vacibdir. (Əl-fitrətu vacibətun əla kulli mən yəkulu). buna əsasən qonağın fitrəsi o surətdə vacib olur ki, ona ürfdə, yəni el arasında ev sahibinin çörəkyeyəni deyilsin. bir gecə qalan qonağa bu kəlimə aid olunur. buna görə fitrə ev sahibinin yox, qonağın özünə vacibdir.
Alimlərdən bəzilərinin nəzəriyyəsi budur ki, təkcə qonaq olmaq və ev sahibinin süfrəsindən bir dəfə iftar etmək fitrənin vacib olmasına səbəb olur. bəziləri ramazan ayının əvvəlindən axırına qədər qalan qonağı nəzərdə tuturlar. bəzi alimlər isə ramazan ayının axırıncı 10 günlüyünü, daha başqaları axırıncı iki gecəni qalan qonağı nəzərdə tuturlar. hər halda vacib ehtiyata riayət etmək lazımdır. (urvətul-vusqa, kitabuz-zəkat, fəslu fi mən təcibul fitrətil ənhu).
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (160) : Sizin nəzərinizə əsasən diyə borcdur, ya cəza? borclunun ölməyi ilə götürülürmü?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Diyə borcdur. borclunun ölməyi borcu götürmür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP