Sual (81) : Mən etiyacında olduğum yaşayış ləvazimatlarıdan bir hissəsini satıb, özüm üçün iş avadanlığları almışam. onun puluna xumus düşürmü ?
Ad: Yaqub, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər yaşayış ləvazimatlarını illik qazancdan, yaxud xumusu verilməmiş malla almısınısa gərək dərhal onların xumusunu ödəyəsiniz. Əgər xumusu verilmiş malla alınıbsa, onda gərək onun qiymət fərqinin xumusunu ödəyəsiniz .
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (82) : Öz yük maşnını qazanc və iş üçün istifadə edən bir şəxs onu ev almaq məqsədilə satmışdırsa , onun puluna xums düşürmü ?
Ad: Tahir, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Avtomobil pulunun əvvəllər xumusu verilibsə, xumusu yoxdur. amma onun qiymət fərqi əgər satdığı ildə istifadə olunmasa xumusu vardır. Əgər avtomobili illik qazancından alıb, sonrakı ildə satsa gərək hazıki qimətin xumusunu dərhal ödəsin .
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (83) : Əkinçi olan bir şəxs zəruri ehtiyacı olan bir tıraktorla ailəsini dolandırırdı. hazırda işləyə bilmədiyindən tıraktora ehtiyacı olduğuna baxmayaraq, onun satıb müqəddəs–məkkə ziyarətinə getmək istəyir, bu pulun xumusunu ödəməlidirmi ?
Ad: Rehim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər tıraktoru əvvəlki illərin qazancından alıbsa satdığı qiymətin xumusunu ödəməsi lazımdır və əgər xumusu verilmiş pulla artıq pul alınıbsa aldığı qiymətdən artıq satsa onun illik qazancının bir cüzi hissəsi hesablanır və ilin sonuna dək istifadə olunmasa xumusu vardır .
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (84) : Əgər meyyit xums borclu olsa, bu onun əsl malından, yaxud üçdə birindən ayrılmalıdır?
Ad: Qadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əsl malından ayrılmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (85) : Vərəsəsi kiçik bir uşaq olan meyyit xums borcludur. onun xumsu ödənilməlidir, yoxsa uşaq böyüyənə qədər səbr etmək lazımdır?
Ad: Cemil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xumsu ödəmək vacibdir. meyyitin vəsisi olan surətdə xumsu ödəmək vəsi olan şəxsə vacibdir. Əgər yoxdursa, verilən suala əsasən kiçik uşağı olduğu üçün gərək şəriət hakiminin icazəsi ilə onun malından xumsu ödəsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (86) : Dünyadan köçən bir şəxs bir miqdar xums və zəkat borcludur. onun saxladığı miras bunların ikisini də ödəməyə kifayət deyilsə, vəzifə necədir?
Ad: Cabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər xumsa aid olanlar mirasa daxildirsə, əvvəl xumsu və əgər zəkata aid olanlar mirasa daxildirsə, zəkatı əvvəl ödəmək lazımdır. başqa halda xums və zəkat təqsimlənir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (87) : Vəfat edən bir şəxsin bir miqdar borcu və xumsu vardır. lakin onun saxladığı irs bunların hər ikisinə kifayət etmirsə, vəzifə nədir?
Ad: Davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər mövcud olan xumsa aiddirsə, xums birinci ödənilməlidir. bundan başqa surətdə borc ödənsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (88) : Atamdan qalan irs təqsimlənməmiş bir neçə motorlu qayıqdan ibarətdir ki, hal-hazırda onlarla işləyirlər. onlardan gələn qazancdan tələbə olduğum üçün mənə məxsus payı da göndərirlər. İrsin özünün və ələ gələn qazancın xumsu vardır?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Atanız xums ödəyirdisə onun irsinin xumsu yoxdur. amma onlardan hasil olan qazancın hər miqdarı illik xərclərinizdən artıq olarsa, xumsu vardır. varisin tələbə olub-olmamasında heç bir fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (89) : Xumsa aid olan bir mal irs çatmışdır. xumsu ödəyən zaman hazırki qiyməti, yaxud vərəsəyə çatan vaxtki qiyməti hesablamalıdır?
Ad: Uruf, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən hazırki qiyməti ilə gərək hesablansın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (90) : Xumsa aid olmayan irs torpaqlarının əgər qiyməti bahalaşsa, artan qiymətin xumsu vardırmı?
Ad: Vuqar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Satılan surətdə onun qiymət fərqi satış ilinin qazancındandır ki, xums ilinin sonuna qədər təminatda xərclənməsə, ehtiyata əsasən onun xumsu verilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP