Sual (61) : Salam-aleykum. Bir sexsin muxtelif illerde(14 il erzinde) alinmis uc kicik evi var. Ucunun de pulu bir defeye yox tedricen odenilib.Indi meqsed 3-nu satib 1 boyuk ev almaq qalanini ise ise serf etmekdir. Bu adam dine-namaza teze gelib, xumsunu odemek isteyir. Nece olmalidi-her ev satildiqca 20% odesin, yoxsa teze evin qiymetinden artiq olan meblegden?
Ad: keblei, Ölkə: rusiya, Müctəhid: Ayətullah Xamenei
Öz malınızın xumsunu aydınlaşması (hesablanması) üçün, Ali Dini Rəhbərin(ömrü uzun olsun) dəftərinə (ofisinə) və ya xums işləri üzrə təyin olunmuş vəkillərindən birinə müraciət edə bilərsiniz.
Bakı şəhərində cənab Hacı Ocaq Nejat Ağaya müraciət edib və ya onunla əlaqə saxlayıb yol göstərməsini istəyə bilərsiniz.
Web ünvanı: http://www.ocaqnejad.net
E- ünvanı: ojaghnezhad@hotmail.com
Tel: 012-564-37-39

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (62) : assalamaleykum!sualim xumsnan baglidir.menim 34 yawim var hele xums cunumu teyin elememiwdim,bu ilden teyyin eledim bunla bagli bir nece sualim olacaq.1-kecmiw illerin xumsunu odemeliyem,2-weriyetnen uygun qazancin nece faizi odenilmelidir,3-men ticaretnen mewqulam mali nisiye gotururem satiram sonra pulunu verirem,bir az qariwiq iwdir,bele olan halda men men ne cur etmeliyem,4-xums deyilende yeni illik qazanc nezerde tutulur,5-xums gunumde elimde negd pull olmasa neynemuliyem,saq olun
Ad: elxan, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
1-5) Öz malınızın xumsunu aydınlaşması (hesablanması) üçün, Ali Dini Rəhbər Ayətullah əl-üzma Xameneinin (ömrü uzun olsun) ofisinə və ya xums işləri üzrə təyin olunmuş vəkillərindən birinə müraciət edə bilərsiniz.
Qeyd edək ki, Bakı şəhərində cənab hacı Ocaq Nejat Ağaya müraciət edib və ya onunla əlaqə saxlayıb yol göstərməsini istəyə bilərsiniz.
Web ünvanı: http://www.ocaqnejad.net
E- ünvanı: ojaghnezhad@hotmail.com
Tel: 012-564-37-39

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (63) : Salam aleykum. Ayetullah Safi ağaya görə hediyyeye xums düsürmü?
Ad: Məhəmməd, Ölkə: , Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Safinin nəzərinə əsasən, hədiyyənin digər qazanclarla fərqi yoxdur. Yəni əgər onu əldə etməkdən bir il keçsə və xərclənməsə, xumsu var.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (64) : Salam. Men bu quhe qeder xums vermemiwem .Qoyun saxlamaqla mewqulam. qoyunlarin sayi 40-i kecib, zekat vermek isteyirem .Menim xums meselem nece olacaq
Ad: ferid aliyev, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Xums məsələsi, zəkatın məsələsindən ayrıdır.
Xums aşağıdakı şeylərə gəlir: 1. Qazanc, 2. Mədən. 3. Xəzinə. 4. Harama qarışmış halal mal. 5. Dənizə baş vurmaqla əldə olan cəvahirat. 6. Müharibə qəniməti. 7. Zimmi kafirin müsəlmanlardan satın aldığı yer.
Zəkat aşağıdakı bu şeylərə düşür: 1. Buğda. 2. Arpa, 3. Xurma. 4. Kişmiş. 5. Qızıl. 6. Gümüş. 7. Dəvə. 8. İnək. 9. Qoyun.
Siz indiyə kimi xums verməmisinizsə, əgər bu neçə ili öhdənizə düşən xumsun miqdarını bilirsinizsə, həmin miqdar xumsunuzu ödəyin. Əgər miqdarı bilmirsinizsə, bu məsələ ilə bağlı təqlid mərcənizə (ya onun səlahiyyətli nümayəndəsinə) müraciət etməniz lazımdır.
Zəkata gəldikdə isə əgər qoyunlarınızın sayı 40-a çatıbsa və onlar 11 ay sizin malınız olubsa, 12-ci ayın əvvəlində zəkat onlara aid olur, lakin gözləyib 12-ci ayın sonunda onların zəkatını verməlisiniz. Qeyd edək ki, 40 qoyunun zəkatı 1 qoyundur.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (65) : Salam aleykum bir insan oz valdeyinleri ile bir yerde ishleyir valdeyileri xumsa razi deyilse ovladin boynuna geleh hagg nedir
Ad: ......, Ölkə: QURCUSTAN , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Əgər valideynin əmlakına xüms düşdüyünə yəqini olmasa, onun malından istifadə etməyə icazə verilir və övladın üzərinə heç bir vəzifə düşmür.
Əgər özünün müstəqil gəliri varsa, öz gəlirinin xumsunu verməlidir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (66) : Ev icarəsi zamanı ev sahibinə verilən depozitə (yaxud Rəhn) xüms düşürmü?
Ad: Metanet, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ev sahibinin əlində olduğu müddətdə xumsunu vermək lazım deyil.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (67) : Təqaüd (pensiya) puluna xüms düşürmü?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Təqaüdə çıxandan sonra dövlətdən aldığı pul, həmin ilin qazancı sayılır. Əgər o ilin xərclərindən artıq olsa, ona xüms düşür.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (68) : Salamun aleykum.Menim Ayliq gelirim 160 manatdi. Boynuma dusen Xumsun miqdarini bilmek isterdim Tesekkurler
Ad: faridfateh, Ölkə: Gence, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Asan üsul budur ki, siz özünüz üçün xüms ili təyin edin və il başa çatan gün əgər gəlirinizdən artıq qalıbsa, onun beşdə birini xums olaraq verin.
Qeyd edək ki, əlinizə gələn ilk gəlir günü yaxud işə başladığınız ilk gün sizin xüms ilinizin başlanğıcıdır.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (69) : Salamun aleykum...Bizim bir cəmiyyətimiz var..Hər ay bu cəmiyyətə pul ödəyirik. Demək olar ki, heç birimiz xüms verən deyilik..Pullar da ki, üst-üstə yığılır və artaraq il ötür..Həmin bu pullara xüms düşürmü?
Ad: Abdulla, Ölkə: Rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Fonda ödənilmiş pulların xümsünü vermək fond üçün lazım deyil - istər siz ora xumslu pul ödəmiş olun, istərsə də xumsu olmayan. Lakin sizin özünüz cəmiyyətin fonduna xumslu pul ödəmisinizsə, ödədiyiniz pulun xumsunu vermək sizə vacibdir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (70) : Salam. Bir nəfər həyət evi var. Öz həyətindən müalicəvi əhəmiyyətli su çıxır. Bu su həmin insana gəlir gətirir. Sualım budur ki, bunun xümsü varmı? Əgər varsa, hansı formada olmalıdır? Təşəkkür edirəm...
Ad: Malik Tetirov, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bəli, xumsu vardır və ondan əldə etdiyi gəlirin beşdə birini xums olaraq ödəməlidir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP