Sual (571) : Xüms ilini təyin etmək yalnız ailə başçısı olan və ailəni təmin edən kişilərə məxsusdur, yoxsa kişilərin himayəsi altında yaşayan, əlinə cüzi miqdarda bir şey gələn evdar qadınlara da aiddir? Bu qadınların əlində olanlara da xüms düşürsə, onların əmlakının təxmisi kişilərlə fərqlidirmi? (Belə ki, bəzi ağalar demişlər ki, ərli qadınlar əllərinə bir şey gələn kimi təxmis etməlidirlər).
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Hər kəsin (illik) xərclərindən artıq qazancı olarsa, xüms ili təyin etməlidir. Üstündən bir il keçəndən sonra öz əmlakını təxmis etməlidir. 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (572) : İşçinin (qulluqçunun) xüms ilində meyar, aldığı ilk məvacibdir, yoxsa başqa bir zaman? Burada nəzərdə tutulan şəmsi ilidir, yoxsa qəməri?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Onun başlanğıcı ilk qazancdır. Qəməri və şəmsi ilinin hər ikisi caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (573) : Xüms ili İsfənd ayının sonunda olan şəxs, İsfənd ayının ortalarında dünyasını dəyişərsə, onun qoyub getdiyi, irs adı ilə yerdə qalmış və ötən ilin 11,5 ayına aid olan vəsaitə xüms düşürmü? Habelə mərhumə öz köhnə xalçasını, 25000 tümən qiymətində olan döşəməyə salınmamış yeni bir xalça ilə dəyişmişdir. Bu xalçanın qiymətinə xüms düşürmü?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim

O ilin gəlirinə xüms düşür. Lakin xalçaya ehtiyac duyulursa xümsü yoxdur.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (574) : Alimlər deyirlər ki, insanın illik hesabı olmalıdır. Əgər bir kəsin qazancı xərclərindən azdırsa, yenə də illik hesabı olması vacibdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Alimlər qazancından artıq qalmayan və pul (ehtiyat) yığa bilməyənləri yox, gəlirindən artıq qalan və əlində pul yığılan kəsləri nəzərdə tutmuşlar.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (575) : Bəzi şəxslər ömürlərinin əvvəlindən Məhəmməd və Ali Məhəmməd (s) xümsünə dair hesab-kitab aparmır və həmin vəziyyətdə təməttö həccinə və müfrədə ümrəyə gedirlər. Onların həclərinin hökmü necədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Onların ehram və qurbanlıqlarının pulu ondan olmasa, səhihdir. Əks halda işkalı var və hər bir halda günah etmişdir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (576) : Bir şəxs müntəzəm surətdə əldə etdiyi nağd, nisyə, irs və bəzi vaxtlarda harama qarışmış puldan ibarət gəlirlə özünə mənzil, məişət avadanlığı almış və həddi-buluğa çatan zamandan bu saata kimi xümsünü haqq-hesab etməmişdir. İndi isə bunları hesablamaq (və xümsünü vermək) qərarına gəlmişdir. Onun mənzilinə və avadanlığına xüms düşür, yoxsa illik məxaric və müstəsna hal sayılır? Yeri gəlmişkən, fərz etsək ki, xüms düşür, o, bir milyon borca düşəcək və bunu ödəməyə (istər indi, istərsə də tədricən) qadir deyil. Çünki qazancı çox azdır. Bu şəraitdə şəri hakimlə və ya onun nümayəndəsi ilə ödəyə biləcək məbləğ çərçivəsində müsalihə edə bilərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
İndi və gələcəkdə ödəməyə qadir olmadığına əmindirsə, müsalihə edə bilər.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (577) : İndiyə kimi xüms verməyənlərin yalnız nağd pulları hesablanmalıdır, yoxsa məişətinə lazım olan hər şeyi də mühasibə etməli və ya müsalihə etməlidir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim

Bütün əmlakını hesablamalıdırlar. Məişətinə lazım olan avadanlığı və başqa şeyləri isə şəri hakimlə müsalihə etsinlər.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Go to TOP