Sual (21) : salam,Mən mebel ustasiyam mənə bəzən resteronda mebel işləri təklif olunur.Məsələn içki düzmək üçün polkalar,musiqiçilərin oturmağı üçün plaşatka,stollar stullar və s.Bu resteronda esasən içkili və musiqili haram məclislər keçirilir,amma hərdən halal məclislər keçirilmə ehtimalıda var.Bu halda bu mebellərin yiğilmasının hökmu nədir və gələn pulun hökmu nədir.Xahiş edrəm bu suala 1gün erzində cavab veresiz mən işə başlayim ya yox çox xagiş edrəm nəzərə alın
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər xüsusi bir metod (forma) istəyirlərsə və haram iş adı ilə iş təklif edirlərsə, icazəli deyil. Amma iş təklifində qeyd-şərt yoxdursa, amma siz bilirsiniz ki, ondan haram istifadələr edəcəklər, bu məsələ sövdələşmənin düzgün olmasına və əmək haqqının halal olmasına maneə törətmir.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (22) : salamun aleykum agam menim gozumun nuru aga nolar bir cavab verin menim atam yoxdur rehmete gedib anam ev yigiwdirir 300manat ev kirayesi verir bacimda iwleyir 260manata yaxin pul alir oda evi dolandirir men ise erimden ayrilmiwam bir uwagim var ona gore iwleye bilmirem hamimiz bir evde qaliriq aga biz xums vere bilmirik nolarki komek olun mene bir gun Sahibbezzaman aga (ef)zuhur edende bizim xums vere bilmemeyimiz ucun bizden narazi olmasin ve rehmetullah ve beraketuh
Ad: eqidem sie, Ölkə: sualim , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sizin xümsə aid heç bir vəzifəniz yoxdur. Ana və bacınızın gəlirindən xüms ili çatana qədər artıq qalarsa, xümsü verilməlidir. Əgər xümsü ödəməkdə çətinliyiniz varsa, Böyük Rəhbərin oradakı şəri işlər üzrə nümayəndələrindən birinə müraciət edin.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (23) : Salam olsun.bir şexs ticaretle meşguldu o şexsin maya deyerinin puluna xüms düşür ya yox?
Ad: Anar, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sərmayənin xümsü verilməlidir; həmçinin sərmayənin üzərinə gələn hər ilin qazancının da ildə bir dəfə xümsü verilməlidir. Başqalarının əlində olan malınızı təhvil aldığınız zaman xümsünü verərsiz. Amma nisyə aldığınız malların pulunu ödənməyincə xümsü yoxdur; nisyə malların pulunu il başı çatandan sonra vermək istəsəniz bu zaman xümsü çıxarılmış pul ilə onların pulunu verin. Amma bu malların qazancını, yəni qiymət artımının xümsünü isə il başı çatandan sonra verməlisiz.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (24) : Salam Aleykum aga.Aga men 250 manat maas aliram evimi ancag dolandıra bilirem.Men xums vermeliyem ?Allah razi olsun
Ad: Murad, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər xüms ilinizdən artıq qalsa, artıq qalan malın beşdə birini xüms olaraq verməlisiniz.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (25) : salam.ayetullah Sistaninin Azerbaycandaki resmi numayendesi kimdir ve xumsu ona teqdim etmek olarmi?xums olkemizin daxilindemi istifade olunur yoxsa xaricemi cixir?
Ad: elyar, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Ayətullah əl-üzma Sistaninin Müqəddəs Qum şəhərindəki ofisindən əldə etdiyimiz məlumata görə ağanın Azərbaycan Respublikası üzrə səlahiyyətli nümayəndəsi Şeyx Məhəmmədəli Mosulidir.
2. Xums iki hissəyə bölünməlidir: onun yarısı seyyidlərin hissəsidir. O, fəqir, yetim və ya səfərdə möhtac qalmış seyyidlərə verilməlidir. (Sistani ağanın fətvasına görə seyid malını özünüz də verə bilərsiniz). Onun digər yarısı İmamın (ə) payıdır ki, onu bu zamanda gərək camiuş-şərait müctəhidə versinlər, ya da onun icazə verdiyi bir yerdə xərcləsinlər.
Sizin şəri vəzifəniz xümsünüzü verməkdir.

http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (26) : AS SALAMU ALEYKUM.Müeyyen yaşa qeder namaz,oruc , xumsu yerine yetirmemişem,çünki bunların boynuma vacib olduğunu biImemişem.İndi Öyrenmişem kı,keçmişde qıImadığım namazların ve tutmadığım orucların qezasını yerine yetirmeliyem.Bes bilmemezlık üzünden keçmişde ödemediyim xümsleri de vermeliyemmi? (Elbette kı,keçmişde qazanılan pulun hamısı çoxdan xercIenib)
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Namaz və orucun qəzaları vacib olduğu kimi xümsün də qəzası vacibdir. Bunun üçün sizə vacibdir ki, təqlid etdiyiniz müctehidin idarəsinə, yaxud onun nümayəndəsinə müraciət edib keçmişləri həll edəsiniz. Ətraflı məlumat almaq istəsəniz, bu linklərə baxa bilərsiniz:
http://www.nur-az.com/az/author_articles/view/652 (1-ci hissə)
http://www.nur-az.com/az/author_articles/view/654 (2-ci hissə)
http://www.nur-az.com/az/author_articles/view/658 (3-cü hissə)
http://www.nur-az.com/az/author_articles/view/659 (4-cü hissə)
http://sual.nur-az.com/az/53/X%C3%BCms/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq


Sual (27) : salam aleykum. MƏLUM MƏSƏLƏDİKİ NİŞANLANAN QIZA OĞLAN EVİNDƏN XEYLİ HƏDİYYƏLƏR(GEYİM,KOSMETİKA VƏ S)GƏTİRİLİR.ƏGƏR NİŞANLILIQ MÜDDƏTİ BİR İLİ KEÇƏRSƏ VƏ BU MÜDDƏT ƏRZİNDƏ HƏMƏN HƏDİYYƏLƏRDƏN BİR QİSMİ İSTİFADƏ EDİLMƏZSƏ ONA XÜMS DÜŞÜR?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Xüms ilindən artıq qalarsa, ona xüms düşür.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (28) : Allahin salami olsun size. bilmek isterdim ki,cehiz ucun yigilan pula xums dusur?herden o pulun ustunden etiyac olduguna gore goturulub xerclenir,amma cehize yox,amma o pul cehiz niyyeti ile yigilir.yenede o pula xums dusur?Allaha emanet olun
Ad: Sevda, Ölkə: AZE, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Cehiz almaq üçün kənara qoyulan pulun üstündən bir il keçərsə, ona xüms düşür.
Qızın cehizinin neçə il ərzində alınması camaat arasında adət halını daşıyırsa və cehiz almaması  (misal üçün vaxtında hazırlaya bilməməsi) isə onun şəninə (şərəf və heysiyyətinə) uyğun deyilsə, bu təqdirdə həmin ilin qazancından, şənindən artıq olmamaq şərtilə müəyyən qədər cehiz alarsa və camaat arasında da bu miqdarda alınan cehiz adi illik xərclərdən hesab edilirsə, xümsünü vermək lazım deyil. 

http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (29) : salamaleykum,men kecen xums ilinde islediyim isin pulunu yeni xums ilinde almisam,bu halda hemin pulun xumsunu vermeliyem?yani bu pul kecen xums ilinin geliri sayilir?Sistani aga.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər pul sizin keçən il gördüyünüz işə aiddirsə keçən ilin qazancından sayılır və xümsünü verməlisiniz.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (30) : Salam aleykum Ağa, Ümüdvaram yaxşısız. Ağa bizə bəzi şəri məsələrəri aydınlatsanız çox məmnun olarıq: 1. Əger menim 2014 ilde xums verenden sonar 100 manaim gala, sonar onu xerclesem, daha sonra 2015 ilde yeni 100 manatim gala, hemin yeni 100 manata xums dusur o yeni pul oldugu ucun ya yox? 2. Xahis edirem cavablayardiz, eger men borc goturmusem 7-8 ay once, sonradan xums gunum olur. Xums gunu olanda elimde olan pul borcumdan xeyli az idi. Mende dusundum ki hemin pula xums dusmur cunki umumiyyetle gotursem o pulu borcumu baglasaydimda yenede borclu galirdim. Sualim odur ki men duz dusunmusem? 3. Borcum ola-ola men əlimə gelen xums gununden sonra yeni maaşımin bir hissesine borclarimi odedim, birine televizor aldim, aylig dolanmag ucun saxladim ve bir nece aya usag gozlediyim ucun gelecek xerclere saxladim. Amma yenede hemin maashim men borclu olan meblegden xeyli az idi. Indi men hemin maasin xumsunu odemeliyem? Hemin gaytardigim borcun, aldigim televizorun ve xerclerimin xumsunu? Eger odemeliyemse Xamenei Ağa mene 70-80 gun mohlet vere biler xumsu (Imamın və seyyidlərin paylarını) gecikdirim? 4. Diger sualim odur ki xums gunu yetisdikde. Eger menim eve 5 kilo kartof almisamsa ve hazirda 1 kilo galib, icinde 4 dene olan 1 gutu sabun almisamsa ve hazirda yari gutu 2 denesi galib. Onda hemin yari gutu sabuna, 1 kilo kartofa, ve islenmemis amma 2-3 ay once alinmis ve islenen erzag ve temizlik esyalarina xums dusur? 5. Eger qışda yay paltarı almışamsa ehtiyyacım olan, və baharda xumsun yetişir, bu halda o paltara xums düşür? 6. Xüms günümdən bir ay öncə bir ətir sifariş etdim, və o ətiri mənə xüms günündən bir neçə gün əvvəl yaxud sonra gətirdilər, amma mən onu xüms günümdən 10 gün sonra işlətməyə başladım, bu halda xümsu var? 7. Mənim cari ildən böyük borcum varsa, və əgər mənə borclu olan insan kiçik bir borcu mənı versə, və mən öx borcumu bağlamamış xüms günü yetişsə o pula xüms düşür? Çox böyük hörmətlə Rövşən
Ad: Rovshan, Ölkə: Azerbaijan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Əgər qazancın gəlirindən olarsa xümsü verilməlidir.
2. İstər borc və kredit götürmək, istərsə də nisyə alver və s. nəticəsində yaranmış olduğu bu borcu əgər həmin ilin illik xərclərinin təminindən ötrü etmisinizsə, artıq qalan məbləğlə odəmək istəsəniz illik gəlirdən kəsr olacaqdır (çıxılacaqdır, yəni o məbləğə xüms gəlməz, xümsü hesablayarkən həmin məbləğ nəzərə alınmayacaq), yox əgər bu məbləği əvvəlki ilin borclarına görə ödəyirsinizsə, illik gəlirdən götürərək ödəməyin icazəli olmasına baxmayaraq, ilin sonuna kimi ödəməsəniz illik gəlirdən istisna olunmur (yəni xümsü hesablayarkən həmin məbləğin xümsünü də hesablamalısınız).
3. Xüms ilindən sonra əlinizə gələn haqqlarınız (sizə qaytarılan borc pulları və s.) cari ilin gəliri hesab olunur ki, əgər sonrakı xüms ilinin sonuna qədər yaşayış xərclərinə sərf olunsa, o cümlədən borca verilsə xümsü yoxdur, lakin, həmin vaxta qədər qalmış olsa xümsü verilməlidir.
4. İstifadə olunmaqla eyni aradan gedən düyü, noxud, kartof, sabun və s, kimi qazancın gəlirindən satın alınan ərzaqlar isə xüms ilin sonuna qədər istifadə olunmazsa, qalığının xümsü verilməlidir.
5. Ona ehtiyacınız var idisə xümsü yoxdur.
6. Xümsü verilməlidir.
7. Əgər işinizin illik gəlirindən bir malı xümsünü vermədən kimə isə borc vermisinizsə, xüms ilinin sonuna qədər onu borcludan geri ala bilsəniz xüms ili çatanda xümsünü ödəməlisiniz, yox, əgər ilin sonuna kimi ala bilməsəniz onun xümsünü ödəmək hal-hazırda sizə vavib deyil, lakin, geri alan kimi xümsünü ödəməlisiniz.

http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP