Sual (11) : Salam Aleykum iki sualım var. Biri xums haqqında digəri kəbin haqqında. Sual 1: Bir qardaş 4 ildir ki namaz qılır. Ancaq xumsun vacibliyini yeni anlayıb. Dükan işlədir o işlətdiyi dükanın xumsunu necə çıxartmalıdır? Birdə əgər tövbə edib dükanda olan bütün malların xumsunu çıxardacaqsa malı aldığı qiymətini hesab etməlidir yoxsa malın üstünə qoyduğu pulun xumsunu hesablayıb çıxartmalıdır? Sual 2: Bir şəxs ailə qurdu və 1 ildən sonra ayrıldılar. Bir il ayrı qaldıqdan sonra kişi təlaq verdi və üstündən üç ay keçməmiş təsadüfən qarşılaşdılar rucu oldu. Ancaq kişi ikinci ailə həyatı qurdu. Birinci yoldaşı ona təlaq verilməsini istəmir. Belə olan halda əgər kişi ona təlaq verməsə və həmin qadında ata anasının evində qalırsa bu onlar üçün günahdırmı? Allah razı olsun
Ad: Kamran, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Birinci iş gününüz xüms ilinizin başlanğıcıdır (il başı). Hər il həmin gün artıq qalan nə varsa xümsünü ödəməlisiniz. Buna il ərzində istifadə etmədiyiniz nağd pul, yaxud qida məhsulları məsələn, işlənməyən azuqə, həmçinin avadanlıq, libas və s. daxildir.
Xüms vermədiyiniz keçmiş illərlə bağlı da həmin hesablamanı aparmalısınız. Çünki il başında artıq qalan malın xümsünü vermədən istifadə edirdinizsə, onun xümsü sizin boynunuzda qalmaqdadır. Əgər boynunuzda qalan xümsün miqdarında şəkkiniz varsa, məlum olan miqdarda – hərçənd tədrici şəkildə olsa da - ödəməlisiniz. Dəqiq məlum olmayan hissə ilə bağlı da ehtiyat vacib – müctəhidin vəkili ilə müsalihə etməlisiniz (razılaşmalısınız). Bu şəkildə ki, əgər müəyyən məbləğdə xüms verməli olduğunuzu 50 % ehtimal edirsinizsə, o məbləğin xümsünün yarısını ödəyəsiniz. Amma ev, avadanlıq, maşın və sair yaşayış ləvazimatını ilin gəliri ilə alıb istifadə etmişsinizsə, ona xüms düşmür.
2. Sualınızda bir qədər anlaşılmazlıq vardır. İnşallah, gələn dəfəki məktublarınızda buna aydınlıq gətirməyə çalışın. 
Ümumi şəkildə demək olar ki, rici talaqda əgər ər iddə sona çatmamış arvadına qayıtsa, qayıdış səhihdir. Bu cütlük yenidən ər-arvad sayılır. Onlar ayrı-ayrı evlərdə qalmaq üçün razılığa gələ bilərlər.
http://sual.nuraz.in/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (12) : Salal eleykum menim heyat yoldaşim getirdiyi cehizlerden bezisi şərait olmadığı üçün iki ildir işledə bilmirik meqsed evi temir etdikden sonra işletmeydi yəni indi şərait yoxdur buna xums aidirmi
Ad: Rufet, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İstifadə olunmasa belə cehizin xümsü yoxdur.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (13) : Salam eleykum men işledikim yerden beş ay emek haqqmi almasam sonra beş ayliqi birden alib hamsina qoyun alsam meselen 15 eded. bunda menim vezifem nedir xayis edirem beyan ederdiz
Ad: Rufet, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan şəkildə əmək haqqı almağın maneəsi yoxdur. Əlbətdə aldıqdan sonra, o əmək haqqının üzərindən xüms ili ötərsə, xümsünü ödəməlisiz.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (14) : Salam eleykum aga men bu il oz qazancimnan 20 eded qoyun alsam gelen ile kimi qoyunlar artib torese 30 eded olsa men bu artan 10 eded qoynlara xums vermeliyem yoxsa umumilikde hamsina ve bunu nece hesablamaliyam men
Ad: Rufet, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər qoyunları illik gəlirdən, xümsü verməmişdən öncə almısınızsa, xüms ili çatanda onun və artımının xümsü verilməlidir. Qoyunların artımı xüms ilindən sonra olarsa, sonrakı xüms ilində hesablanar. Zəkata gəldikdə isə, suala əsasən, qoyunların sayı 40 ədəddən az olduğu üçün, sizin heç bir vəzifəniz yoxdur.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (15) : Salam eleykum ağa mənim size sualim belədir ki əgər mən bu il 20 ədəd qoyun alsam və növbəti ilə keçəndə artib töriyerse birinci nisab hedine yetişərsə zəkatdan əlavə bunun artan hissəsinə il axri xums düşür ya yox
Ad: Rufet, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xüms düşür.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (16) : Salam borca xums dusur
Ad: Rufet, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər borc vermisinizsə, borcunuz qaytarılan kimi dərhal onun xümsünü verməlisiniz.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (17) : Assalamualeykum! Ziyaretlere serf olunan pula xums verilirmi? Allah sizden razi olsun !
Ad: Ruhullah, Ölkə: rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Xüms ili çatmamış xərclənən şeylərə xüms gəlməz.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (18) : Salamun eleykum.ehtiyata emel eden sexs ona verilen xumsu oz yanindan seyidler ve diger sexsler arasinda muctehidlere muraciet etmeden bole bilermi?
Ad: Rubab, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Xümsün məsrəfi üçün xüsusi icazə almaq lazımdır. Bu icazəni almaq üçün Böyük Rəhbərin Azərbaycandakı nümayəndəsinə (Seyid Ocaq Nejad cənablarına) müraciət edə bilərsiz.
web ünvanı: http://www.ocaqnejad.net
e-poçtu: ojaghnezhad@hotmail.com
tel: 012 564 37 39

http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (19) : Salam aleykum ve rehmetullah. Men atamgilnen yasayiram. Atam ne xums verir ne zekat verir ustelik saxtakarliqla duzeldirdiye pensiya alir. Menin yediyimin, icidiyimin, geydiyimin, ibadetlerimin hokmu nedir? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanır-rəhim
Əgər xümsü verilməyən puldan olduğuna yəqininiz yoxdursa, ondan istifadə etməyinizin eybi yoxdur. Yəqininiz varsa, biz sizə icazə veririk ki, istifadə edəsiniz və istifadə etdiyinizin xümsünü ehtiyacı olan seyidlərə verəsiniz. Buna imkanınız çatmırsa boynunuza götürün və imkan əldə etdiyiniz vaxt ödəyin.
Əgər halal qazanclarıda olmuş olsa və ixtiyarınızda qoyduğunun halal ya haram mal olduğunu bilmədiyiniz halda sizin üçün ondan istifadə etməyin eybi yoxdur.

http://sual.nur-az.com/az/53/X%C3%BCms/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (20) : hökmet işinde işleyirem ramazanın birine xums teyin etmişdim pulumu Borc vermişdim ama Borc vermemişden teyin etmişdim pulumu ramazandan sonra qaytardılar. bu pula yeniden xums düşürmü.
Ad: etibar, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində borc verdiyiniz pul sizə qaytarılan kimi xümsünü verməlisiniz.
http://sual.nur-az.com/az/53/X%C3%BCms/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP