Sual (11) : Salamun aleykum.men siğə haqda REHBERin risalesinde bir hokm tapa bilmemisem.bundan elave men hansisa meselede oz muctehidimden basqa muctehidin fetvasina muraciet ede bilermmi??her hansi bir meselede ister ölü muctehide ister diri muctehide onun risalesine muraciet edib fetvasina emel ede bilerem oz muctehidimden basqa??Allah sizleri hifz elesin vesselamun aleykum ve rehmetullah.
Ad: iltifat, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Xameneinin müqəllidləri Əcvibətul-isteftaat (ibadat və muamilat hökmlərinin sual-cavab şəklində izahatı), Mənasiki-həcc və Cuzvə,  Rəhbərin imam Xomeyninin (rh) fətvalarından bəzi fərqli nəzərlərini ehtiva edən kitablarına, həmçinin, o həzrətin saytında yerləşdirilmiş sual-cavablara müraciət edə bilərlər. Fətva fərqliliyini bilmədikləri məsələlərdə isə həzrət imam Xomeyninin (rh) risaləsinə, yaxud yazılı və şifahi şəkildə, ya da internet vasitəsilə Böyük Rəhbərin özünə müraciət edə bilərlər.
http://sual.nur-az.com/az/51/T%C9%99qlid/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (12) : Salamun aleykum.men siğə haqda REHBERin risalesinde bir hokm tapa bilmemisem.bundan elave men hansisa meselede oz muctehidimden basqa muctehidin fetvasina muraciet ede bilermmi??her hansi bir meselede ister ölü muctehide ister diri muctehide onun risalesine muraciet edib fetvasina emel ede bilerem oz muctehidimden basqa??Allah sizleri hifz elesin vesselamun aleykum ve rehmetullah.
Ad: iltifat, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Xameneinin müqəllidləri Əcvibətul-isteftaat (ibadat və muamilat hökmlərinin sual-cavab şəklində izahatı), Mənasiki-həcc və Cuzvə,  Rəhbərin imam Xomeyninin (rh) fətvalarından bəzi fərqli nəzərlərini ehtiva edən kitablarına, həmçinin, o həzrətin saytında yerləşdirilmiş sual-cavablara müraciət edə bilərlər. Fətva fərqliliyini bilmədikləri məsələlərdə isə həzrət imam Xomeyninin (rh) risaləsinə, yaxud yazılı və şifahi şəkildə, ya da internet vasitəsilə Böyük Rəhbərin  özünə müraciət edə bilərlər.
http://sual.nur-az.com/az/51/T%C9%99qlid/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (13) : Salam Bu islam da olan hedis Bir hedis.bir kishi sefere gedir qadina tapshirir cixmasin cole qadina xeber gelir atasi xestedi Peygembere(s) xeber gonderir Peygember diyir cixmasin ikinci defede eyni tekrarlanir ucuncu defe deyurler atasi artiq olum ayagindadi yene Peygembere(s) xeber gonderir. Peygember diyir cixmasin oda cixmir. Sonra xeber gəlir ki atasi dunyasini deyishib. Peygember xeber gonderirki sənin bu hereketine gore atanin gunahlari bagishlandi. Bu ise fiqhde olan hökm Həmçinin qadının vacib həcc ziyarətinə getməsi, ata, ana, bacı, qardaş və bunlar kimi yaxın qohumlarla lazım olan miqdarda sileyi-rəhim etmək kimi zəruri məsələlərdə, həmçinin lazım olan dini məsələləri öyrənmək üçün məscid və onun kimi yerlərə getməsi, məcbur olarsa zəruri olan ev vəsaitlərini hazırlaması, zəruri olan seçki və mitinqlərdə iştirak etməsi, həkimə müraciət etməsi kimi məsələlərdə ərindən icazə alması vacib deyil. İndi saulım budur ki yuxarda deyilir ki erin icazəsi olmadan çıxmaq olmaz ama fiqhde icazəsi zeruri məsələdə çıxa bilər məgər yuxardakı zəruri məsələ deyildimi Peyğəmber s Qadina erinin icazesi olmadan çıxmağı qoymamışdır çünki bu hökmden sui istifade edenlərdə az olmayacaq bizə etraflı cvb yazın.? başa salın.Həm fiqhi həm əxlaqi.Allah razi olsun
Ad: , Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bir məsələdə fətva vermək üçün ona aid bütün ayə, hədis və lazım olan digər dini materialların hamısına baxılır və bir-bir lazımınca araşdırılır. O cümlədən hədislərin mətni, onların sənədinin nəql, rical və hədis elmi baxımından etibarı, səhih, yaxud zəif, ya müstəfiz olması və s. Hansı hədis sənəd baxımından daha etibarlıdırsa, həmin hədis fətvada təsirli olur.
Bundan əlavə hansı hədisin vacib ya müstəhəbliyə, haram və məkruha dəlalət etməsini də sərf, nəhv, məntiq, üsul və hədis elmi əsasında aydınlaşdırılır və məhz hədisin özün oxumaqla mütəxəssisdən başqa heç kəs onun sənədinin etibarını və nəyə dəlalət etdiyini başa düşə bilməz. Adi insanlar yalnız ondan əxlaqi və ibrətli nöqtələr özləri üçün götürə bilər.
Ona görə də hədis araşdırmasını və fətva məsələlərini öz mütəxəsislərinin (müctəhidlərin və bu sahənin alimlərinin) öhdəsinə buraxın və onların verdiyi fətvaya əməl edin.
http://sual.nur-az.com/az/51/T%C9%99qlid/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (14) : Salam.Sistani Ağanın bank meselesinde diger müctehide udul etmək olar?
Ad: , Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bankla bağlı çoxlu məsələlər vardır. Konkret olaraq hansı məsələni bilmək istədiyinizi qeyd etməmisiniz.
Ümumiyyətlə ehtiyat deyilən məsələlərdə ələmlik dərəcəsini gözləməklə başqa müctəhidə  müraciət etmək olar. Amma fətva və qəti nəzər bildirilmiş məsələlərdə rücu icazəli deyil.

http://sual.nur-az.com/az/51/T%C9%99qlid/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (15) : assalamu aleykum! eger bir insan teqlid etdiyi muctehidin bezen cavablari ile razilasmirsa onun hokmu nedir?2. onunla unsiyyetin hokmu nedir?
Ad: salman azeri, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Razılaşmasa da ələm mərcəyi-təqlidin hökmlərinə əməl etməlidir. Lakin ehtiyat edə də bilər.
2. Onunla ünsiyyət saxlamağın öz-özlüyündə eybi yoxdur.
http://sual.nur-az.com/az/51/T%C9%99qlid/

Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (16) : salam aleykum.sualim budur ki ADIL wexs kime deyilir? ve ne demekdir Adil Insan
Ad: seymur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Adil, vacib olan işləri yerinə yetirib, ona haram olan şeylərdən çəkinən şəxsə deyilir. İnsanın zahirdə yaxşı olması ədalətin nişanəsidir, belə ki, onunla bir yerdə yaşayan camaatdan, qonşulardan və ya onunla münasibətdə olan şəxslərdən onun haqqında soruşsalar, onun yaxşı bir insan olduğunu təsdiq etsinlər.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (17) : Bismillah.Salam aleykum sualim beledir menim teglidim Xamenei agayadir aganin istiftati mende var ancag risalesi yoxdur.Xomeyni aganinda risalesi mende yoxdur tapa bilmirem ele meseleler olurki Sistani aga,Mekarim Sirazi aga,Lenkarani aga,risalelerine muraciet ede bileremmi?bu is caizdirmi?
Ad: Megincapaqani Eziz, Ölkə: Azerbaycan , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müraciət etməyin eybi yoxdur. Lakin əməl edərkən əgər fərqli hökmlər varsa, onda öz təqlid mərcənizin fətvalarına əməl etməlisiniz. Risalənin olması lazım deyil. Fətvaları müxtəlif yollarla ələ gətirmək mümkündür. Xüsusilə də indiki dövrdə harda yaşamaqdan asılı olmayaraq telefon, internet və s. kimi vasitələrdən istifadə edərək öz məsələlərinizi asanlıqla öyrənə bilərsiniz.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (18) : Salamun aleykum.Ayatullah Sistaniyə görə qızlarda və oğlanlarda həddi-büluğ neçə yaşdan hesablanır.Dəqiq?
Ad: Elvin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Büluğ olmaq, qız uşağında qəməri tarixi ilə 9 yaşın tamam olması, oğlan uşağında isə bu üç şərtdən biri ilə müəyyənləşir:
1. Övrətinin yuxarısına qalın tüklərin çıxması;
2. Spermanın xaric olması;
3. Qəməri ili ilə 15 yaşın tamam olması.
Üzdə və dodağın üstündə (bığ yerində) qalın tük çıxmasının büluğ həddinə çatmaq nişanəsi olması uzaq deyildir, amma sinədə və qoltuq altında qalın tük çıxması, səsin qalınlaşması və buna bənzər şeylər, büluq həddində olmaq nişanəsi deyildir.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (19) : İnsan özünün gündəlik qarşıya çıxdığı məsələlərini öyrənməyi tərk еtməklə günahkar sayılırmı?
Ad: Kerim, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
O məsələlərin öyrənilməməsi vacibin tərk olunmasına, yaxud harama düşməyə səbəb olarsa günahkardır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (20) : Valiyyi fagih na demakdir?
Ad: rasim.aliyev.75@mail.ru, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
"Vilayət, sözü ərəb dili lüğətində "vəli" söz kökündən tutulmuşdur. Ərəb diliçilərinin bəyanına əsasən, bu sözün yalnız bir mənası vardır. "Vəli" sözünün əsil mənası yaxınlaşmaq, yaxınlıq mənasındadır. (Müqayisu- əl luğət, 4- cü cild səh 141, Əl qamus əl muhit, səh 1732, Əl- misbah Əl- mənar, cild 2, səh 396, Əl- sihah, cild, 6 səh 2528, tac- əl ərus, 10- cu cild, 398- səh) Bundan əlavə "vəli" dost, yaxın və köməkçi mənalarında da işlədilir. "Vilayət" sözü (Bəzi tədqiqatçılar vəli sözünün dost mənasında olmasını qəbul etmirlər və yalnız onun rəhbər mənasını daşıdığını deyirlər. Bax: drasaət fi vilayət əl- fəqih və fəqih əl dulə əl İslamiyyə, əl- muntəziri, Hüseyn Əli, 1- ci cild, 55- ci səhifə) isə səltənət, hakimiyyət, rəhbərlik mənalarında işlədilir. (Əl- qamus əl- muhit, 1732- ci səhifə, təcəl- ərus, 10- cu cild, 398- ci səhifə, Əl- misbah, əlmənar, 2- ci cild, 396- cı səhifə)
Şiə məzhəbinin inancına əsasən vilayəti-fəqih imam Zamanın qaib olduğu əsrdə məsum imamların hakimiyyətinin davamı hesab olunur. Belə ki Peyğəmbərin (s) hakimiyyəti davam etməlidir. Bildiyimiz kimi Peyğəmbərdən (s) sonra bu məsuliyyət imamların öhdəsində olur. Amma imam qaib olduğu əsirdə isə bu məsuliyyəti İslam dinini layiqincə qoruyan bilən şəxslər (fəqihlər) öhdəsinə götürür.
Bundan belə nəticə alırıq ki, İslam dini ideologiyası daim ictimai səhnədə fəaliyyət göstərməlidir. Bu səbəbdən də İslam dininin ictimaiyyətdə daim aktiv olması üçün onu yönləndirən hakim qüvvələrə və rəhbərlərə ehtiyac vardır. Bu hakim dairələr ictimaiyyətdə İslam dininin dəyərlərini bərpa etməli və bütün aldığı nəticələri İslam dininin mənbələrinə əsaslandırmalıdır.
Əlbəttə bu şəxs İslamdan xaricdə olan məsələləri də dərk etməli, onları düzgün analiz etməli və İslam dininin mənafeini onların şərindən qorumalıdır. Yəni bu vəzifənin sahibi aqil və agah insan olmalıdır.
Şeyx Səduq etibarlı dəlillərlə İshaq ibni Yəqubdan belə nəql edir: "Məhəmməd ibni Osman Əmridən (İmam Zaman ağanın kiçik qeybəti zamanı onun ikinci naibi olub) xahiş etdim ki, içində bəzi çətin məsələlərin həlli üçün soruşulmuş suallar olan məktubu İmam Zamana (ə) çatdırsın. O da bunu qəbul edib sonra imam Zamanın öz mübarək xətti ilə yazılmış məktubu mənə gətirdi. Məktubda yazılanların bir neçə kəlməsinə işarə edirik:
«...و اما الحوادث الواقعة فارجعوا فیها الی رواة حدیثنا، فانهم حجتی علیکم و انا حجة الله علیکم...»
"İrəli gələn məsələlər barəsində bizim hədis deyənlərimizə müraciət edin. Onlar mənim sizin aranızda olan höccətlərim və mən də Allahın sizin aranızda olan höccətiyəm" (Vəsailuş- şiə, 27- ci cild 140- cı səhifə).
Mühəqqiq Kərki deyir: "Bütün şiələrin nəzərinə əsasən fəqih gərək adil, əmin, hər şeydən bilən və tam şəraitli bir kəs olmalıdır. Onlar hidayət yolçularının (ə) (imamlar) qeybəti dövründə onların hakimiyyətini davam etdirməlidirlər. Çünki onların naibidirlər. (Vilayət və dəyanət kitabı, səh 94- 102)
Sualın aid olaraq bir neçə məsələyə işarə edirik:
Şiə məzhəbinə əsasən mərcəlik (müctəhidlik) ən uca və ağır vəzifələrdən biridir. Fəqih ictihad edərək mərcəi-təqlid məqamına yetişir və insanların bütün suallarını cavabladırır. Onlar xalqın kiçik və böyük suallarına cavab verməklə yanaşı bəzən qazilik işləri də onların öhdəsində olur. Vəliyi-fəqihlə müctəhidin fərqi barəsində deyə bilərik ki, vəliyi fəqih İslam dinin meyarlarına əsaslanaraq bütün İslam dinin ardıcıllarının dəyərlərini qoymalı və daim ağıllı tədbirlər tökməlidirlər. Amma mərcəi-təqlid yalnız şəri sualları cavabladırır və lazım olan fətvaları xalqın ixtiyarında qoyur.
Bu açıqlamaya əsasən deyə bilərik ki, müctəhid yalnız İslam dininin mənbələrinə əsaslanaraq istinbat edərək fətva verməlidir. Amma vəliyi-fəqihin məsuliyyəti bundan olduqca genişdir. Çünki vəliyi-fəqih ictihad və istinbat məsələlərindən əlavə daim ağıllı tədbirlərlə İslam dininin meyarlarlarına əsaslanmalıdır.
Bu səbəbdən mümkündür ki, bir fəqih digər fəqihdən elmi baxımdan üstün olsun.
Amma istedad, rəhbərlik, müdürlük və fəqihlik baxımından üçüncü şəxs yuxarıda qeyd etdiyimiz iki şəxsdən mümkündür daha ələm və alim olsun.
İslam dinində rəhbərlik üçün iki əsas təsəvvür vardır:
Birincisi budur ki, vilayəti fəqih İslam alimləri tərəfindən şura vasitəsi ilə seçilməlidir. Bu o haldadır ki, rəhbərlik üçün lazım olan bütün şərait bir fəqihdə cəmlənməsin.
İkincisi isə əgər rəhbərliyin bütün şəraiti bir nəfərdə cəmləşərsə bu zaman İslam ictimaiyyəti bir nəfər fərdin öhdəsində olacaqdır. Əgər İslam ictimaiyyətində hakim dairələrin nüfuzuna əsasən ölkədə ixtişaş düşərsə, bu zaman bütün şəxslərə və hətta fəqihlərə belə vacibdir ki, vahid rəhbərdən gələn əmri dinləsinlər və ona itaət etsinlər. Xüsusən bu əmr vahid bir ölkədə daha tez icra olunmalıdır. O dövlətdə ki, yalnız İslam dini qanunları çərçivəsində dövlət idarə olunacaqdır bu dövləti qəbul etmək bütün fəqihlərə vacibdir. Amma bir İslam dövlətində vahid rəhbər olarsa bu zaman bütün siyasi və ictimai məsuliyyətləri onun öhdəsinə buraxmaq və ona mane olmamaq lazımdır.
Buna əsasən dəlilimiz budur ki, onun mənbəsi və ümumi meyarları İlahi vəhydən qaynaqlanır. Necə ki, Peyğəmbərimizin hakimiyyəti İlahi vəhydən qaynaqlanırdı. Allah Taala bu ayədə buyurur:
« لتحکم بین الناس بما اریک الله »
"Biz səni seçdik ki, insanlara hakimlik edəsən". (Nisa surəsi, ayə 105) Bu hakimlik də təbii ki, İslam dini qanunları çərçivəsində olmalıdır. Yəni belə nəticə alırıq ki, Peyğəmbər öz nəfsinə və istəklərinə istinad etmədiyi, əksinə Qurandan və İlahi maarifdən bəhrələndiyi üçün bu vəzifəyə təyin olunmuşdur. Rəhbərlik və vilayəti fəqih məsələsi də eyni ilə bu mövzudan bəhrələnir.
İslam ictimaiyyətindən müsəlmanlar vahid bir rəhbəri özünə başçı verməli bütün ictimai məsələlərində onun fikirlərinə əsaslanmalıdır. Heç kəsin İslam dininə və onun qanunlarına nəyisə artırmaq və azaltmaq haqqı yoxdur. Əgər hər hansı bir fəqih adilcəsinə ağıllı, istedadlı və zəmanəsini tanıyaraq qüdrətlə hakimiyyəti idarə edirsə həqiqətdə o fəqih deyil, bizim mövzumuzdan vilayəti fəqihlər (rəhbər). (Cavad Amuli, Abdullah, vilayəti fəqih kitabı, 256- 257- ci səhifələr)

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP