Sual (81) : İmkan daxilində, insandan xaric olan rütubətlərin necəliyi barədə izahat verin.
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bəzi vaxtlar mənidən (spermadan) sonra gələn rütubətə “vəzi”, bövldən sonra çıxan rütubətə “vədi”, ər-arvad arasında olan zarafatlardan sonra çıxan rütubətə isə “məzi” deyilir. Hamısı da pakdır, təharət onların vasitəsilə batil olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (82) : Tualetin oturacaq yeri qiblə hesab etdiyimiz cəhətlə tamamilə müxalif olan bir cəhətə qoyulmuşdu. Bir müddətdən sonra məlum oldu ki, oturacaq cəhəti qiblə ilə 20-22 dərəcə arasında fərqlidir. Rica edirəm, bu Suala cavab verəsiniz: -Oturacaq yerinin cəhətini dəyişmək vacibdir, ya yox?
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Fərz olunsa ki, qiblədən olan inhiraf bucağının miqdarı o qədərdir ki, artıq qiblədən dönmüş hesab olunur, bu halda heç bir işkal yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (83) : Mənim bövlümün məcrasında bir xəstəlik var ki, bövl və istibradan sonra da bövl məndən kəsilmir və rütubət görürəm. Həkimə müraciət etdim, məsləhət gördüyü işləri yerinə yetirdim, lakin faydası olmadı. Mənim vəzifəm nədir?
Ad: vasif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İstibradan sonra bövlün çıxmasındakı şəkkə etina olunmamalıdır. Və əgər bövlün qətrə-qətrə çıxmasına yəqinlik hasil olsa, İmam Xomeyninin (r.ə) risaləsində olan kimi ixtiyarsız sidiyi gələnin vəzifəsinə əməl etməyin vacibdir. Bundan sonra sənin öhdəndə heç bir şey yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (84) : İstincadan (ğaitin məxrəcinin paklanmasından) əvvəl olan istibranın keyfiyyəti necədir?
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İstincadan əvvəl olan istibra ilə istincadan və ğaitin məxrəcini paklamadan sonra olan istibra arasında keyfiyyət cəhətindən heç bir fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (85) : Bəzi şirkət və müəssisələrdə işə qəbul olmaq tibbi axtarış icrasına bağlıdır. Bunların da bəzisi övrətin açılmasına şamildir. Bu, işlərə olan ehtiyacla belə caizdirmi?
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Mükəlləf üçün ona baxan möhtərəm şəxsin yanında öz övrətini açması caiz deyildir, hətta işə qəbul olmaq ondan asılı olsa da.
Amma əgər işlərin tərk edilməsi onu çətinliyə salsa və bu iş üçün naçar olsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (86) : Mən 22 yaşlı bir gəncəm. Bir müddətdir ki, tüklərim tökülməyə başlayıb. Bu da məni qəm-qüssəyə salmışdır. Qərara almışam ki, tükəkmə müəssisəsində başıma tük əkdirəm. Sualım budur: Əgər tük əkilməsi başımın bəzi yerlərinin dərisinə su çatmamasına səbəb olsa, bu halda qüslun hökmü nədir?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər əkilən tüklərin aradan götürülməsi mümkün olmazsa, yaxud aradan götürüldükdə sənə zərər, yaxud əziyyət versə və bununla belə, suyun dəriyə çatdırılması mümkün olmasa, bu halda qüsl səhih hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (87) : Qan pakdırmı?
Ad: vasif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Atıcı qanı olan canlıların (istər insan olsun, istərsə də qeyri-insan) qanı nəcisdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (88) : İmam Hüseynə (ə) əzadarlıq edəndə başın divara möhkəm vurulması nəticəsində insanın başından axan, oradan da mərasimdə iştirak edənlərin üzlərinə, başlarına sıçrayan qan pakdırmı?
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İnsanın qanı bütün hallarda nəcisdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (89) : Paltarda olan qanı yuduqdan sonra bir az əsər-əlaməti qalır. Qanın bu açıq rəngli izi nəcisdirmi?
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qanın özü yox, yalnız onun rəngi qalsa və yumaqla da aradan getməsə, pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (90) : Yumurtada olan kiçik qan hissəciyinin hökmü nədir?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Pak hökmündədir. Lakin yeyilməsi haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP