Sual (71) :
Nəcis (dəymiş) su ilə hazırlanmış palçıqdan düzələn təndiri pak etmək mümkündürmü?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Təndirin (divarlarının) üzü yuyulmaqla pak oluna bilər. Və çörək bişirmək üçün xəmirin yapıldığı təndirin divarının üzünü (zahirini) paklamaq kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) :
Heyvanlardan çıxarılan nəcis piy kimyəvi parçalanmadan sonra (belə ki, bu parçalanmadan sonra yeni xassələrə malik olan maddəyə çevrilir) nəcis olmağında qalırmı, yoxsa onda istihalə hökmü vardır.
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəcis maddələrin, yaxud heyvanların haram şeylərdən alınan maddələrin pak və halal olması üçün, onlar üzərində təkcə onlara təzə xassələr verən kimyəvi əməliyyat aparmaq kifayət deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) :
Bizim kənddə bir hamam var, tavanı müstəvi şəkildədir. Oradan hamama gedənlərin başlarına su damcıları düşür. Bu su da hamam suyunun buxarlarının soyumasından əmələ gəlir. (Başlara düşən) bu su damcıları pakdırmı? O damcılar düşəndən sonra edilən qüsl səhihdirmi?
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hamamın buxarı pak hökmündədir, həmçinin o buxardan əmələ gələn su damcıları da pakdır. O damcıların bədənə düşməsi qüslün düzlüyünə zərər yetirməz, bədənin nəcis olmasına da gətirib çıxarmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) :
İçməli su mədən maddələri ilə, torpaqla və s. qarışdıqda su üçün 0,1 faiz ağırlıq gətirir. Bu, elmi tədqiqatlara əsaslanır. Sutəmizləyici komplekslər məsrəf olunan suların (tərkibini) dəyişir, ondan bu maddələri fiziki, kimyəvi, bioloji əməliyyatlar aparmaqla ayırır, təmizləyir. Belə ki, bu sular bir neçə cəhətdən: fiziki cəhətdən (rəngi, dadı, iyi), kimyəvi cəhətdən (mədən maddələri, duzlar, qarışıqlardan) və səhiyyə (bioloji) cəhətdən (zərərli maddələr, torpaqlar, mikroskopik canlıların yumurtalarından) saflaşdırıldıqdan sonra çaylarda, göllərdə olan suların çoxundan, xüsusilə də işlənmiş sulardan qat-qat yaxşı, təmiz olur.
Əgər məsrəf olunan sular nəcis olsa, yuxarıda qeyd etdiyimiz əməliyyatlardan sonra pak olurmu və istihalənin hökmü ona şamil olurmu, yoxsa saflaşdırılmadan sonra da nəcis sayılır?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İstihalə təkcə kimyəvi maddələrin, torpağın, duzların və s. (məsrəf olunan sudan) ayrılması (çökdürülməsi) ilə baş vermir; amma əgər saflaşdırma işi distillə yolu ilə (yəni əvvəlcə buxarlandırılıb sonra yenidən suya çevrilməsi ilə) olsa, onda (əvvəlcə nəcis olan su) pak olar. Məlumdur ki, bu hökm məsrəf olunan suyun nəcis olma hallarında cərəyan edir. Heç də məlum deyildir ki, o sular həmişə nəcis olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) :
Bizim məntəqəmizdə meyyiti taxta təxtin üzərində yuyub qüsl verirlər. Meyyitin bədəninin də zahirini nəcis olması ehtimalı var. Bu halda meyyit pak olanda buna uyğun olaraq təxt də pak olurmu? Halbuki, təxtin birinci dəfə tökülən suyun canına çəkməsini bilirik.
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Təxt meyyitin pak olması ilə pak olur və ayrıca pak etməyə də ehtiyac yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (76) :
Köçərilərin, xüsusilə köç mövsümündə bövlün (sidiyin) məxrəcini paklamaq üçün kifayət qədər suları olmur, bu halda odun, yaxud daşla paklamaq kafidirmi?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bövlün məxrəci sudan qeyri heç bir şeylə pak olmaz. Və əgər su ilə pak etməyə imkan olmasa, namazı düzdür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (77) :
Qəlil su ilə (məsələn, aftaba suyu ilə) bövl və ğaitin məxrəcini paklamağın hökmü nədir?
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bövlün məxrəcini paklamaqda (qəlil) su ilə bir dəfə yumaq kifayətdir, amma ğaitin məxrəcini yuyanda nəcisin eyni və onun əsər-əlaməti aradan gedənə qədər yumaq vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (78) :
Namaz qılan bir şəxsə adəti üzrə bövl etdikdən sonra istibra etməsi vacibdir. Mənim övrətim yaralanmışdır. İstibra əsnasında sıxanda da qan gəlir, paklamaq üçün tökülən su ilə qarışır, bədənim və paltarım nəcisə bulaşır. Və əgər istibra etməsəm, ola bilsin ki, yaram sağalsın. Yəqin də bilirəm ki, istibra etdiyimə, övrətimi sıxdığıma görə yara öz halında qalır, sağalmır. Bu hal (istibra etdikdə) davam etsə, yara 3 aydan sonra sağalacaq. Lütfən, mənə buyurun görüm, istibra edimmi, ya yox?
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İstibra vacib deyildir, (müstəhəbdir) hətta əgər zərər yetirsə, caiz deyildir. Amma əgər bövldən sonra istibra etməsə və sonra da şübhəli rütubət xaric olsa, bövl olmasına hökm olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (79) :
Mən institut tələbəsiyəm, bir neçə il bundan əvvəl məndə bir xəstəlik tapılmışdır, mənə çox əziyyət verir. Bəzi vaxtlar bövldən və istibradan sonra bövlün məhəllindən maye çıxır, onun həcmi damcının dörddə birinə çatır. Bu maye (istibradan) 5 dəqiqə, (yaxud daha çox) sonra görünür. Amma keçmişdə, istibra etmədiyim vaxtlar o suyun həcmi tam bir neçə damcı qədərində idi. Amma indi ki istibra edirəm, o su qeyd etdiyim qədər (dörddə bir, yaxud daha az) olur. İndi bilmirəm ki, o su pakdırmı və namazlarım da onunla düzdürmü?
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İstibradan sonra xaric olan şübhəli rütubət bir halda ki bövl olmasına yəqinlik hasil edilmədi pak hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (80) :
Bəzi vaxtlar bövl və istibradan sonra insandan ixtiyarsız olaraq rütubət xaric olur və bövlə oxşayır. Bu rütubət pakdır, yoxsa nəcis? Və əgər insan təsadüfən bir müddətdən sonra bu işin baş verməsindən xəbərdar olsa, əvvəllər qıldığı namazların hökmü nədir? O şəxsə gələcəkdə ixtiyarsız olaraq çıxan bu rütubətin barəsində axtarış aparması vacibdirmi?
Ad: vasif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: vasif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İstibradan sonra rütubət xaric olsa və onun bövl olub-olmamasında şəkk etsələr, onda bu rütubət üçün bövl hökmü yoxdur və pak sayılır. Bu barədə də axtarış, təftiş aparmaq vacib deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.