Sual (21) : Salam Əleykum. Hər tərəfi yaş olan əşyanı (məsələn, ayaqqqabını) nəcis yerə qoysaq hər tərəfi nəcis olar, yoxsa yalnız altı?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Vəhid
Bismillahir-rəhmanır-rəhim
Yalnız murdara toxunmuş yeri murdar olar.
http://sual.nur-az.com/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (22) : Salam Əleykum. Nəcis bir şeyi yuyarkən sıçrayan su nəcisdirmi? Bu məsələdə suyun kür və ya axar olmasının fərqi var?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Vəhid
Bismillahir-rəhmanır-rəhim
Əgər qəlil su ilə yuyulsa, murdardır. Əgər kür su ilə yuyulsa, murdarlığın eyni (özü) onda olmasa, murdar deyildir.
http://sual.nur-az.com/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (23) : Salam aleykum ve rehmetullah. Paltaryuyan pak edirmi? Suyun kure yaxud az suya qosulmasinin ferqi var? Allah razi olsun sizden?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Libasları bir-iki dəfə yuyucu tozla yuyan və murdarlığı aradan qadlırdıqdan sonra axırıncı dəfə xalis suya çəkən və suyunu boşaldan avtomatik paltaryuyan maşınların yuduğu paltarlar pakdır. Maşının özü də pakdır. Əlbətdə özü suya çəkməyən köhnə model paltaryuyanlar da əgər libasların arasında murdar paltar olsa, həm maşının daxili fəzası və suyu, həmdə digər libaslar muradar olur. Paklamaq üçün suya çəkmək lazımdır.
http://sual.nur-az.com/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (24) : Əti haram olan heyvanların( canavar, dələ və s.) dərisindən düzəldilən geyimlərdən istifadə haramdırmı?
Ad: Əli, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə haram deyil. Lakin qeyri-şəri yolla zibh olsa (kəsilsə, ovlansa və s.) murdardır.
Qeyd edək ki, əti haram olan heyvanların dərisi pak olsa da, onunla namaz qılmaq namazı batil edir.

http://sual.nur-az.com/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (25) : Salamu aleykum ve rehmetullahi ve bereketu. Yodla deri ustunnen kampres etmek olarmi? Yodun terkibi Namazi batil edirmi? Eyer edirse yumaqla kifayetlenirmi?
Ad: Emrah , Ölkə: Kurdemir , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bunun öz-özlüyündə bir iradı yoxdur. Lakin onun tərkibində spirt olsa və bu spirt əsli maye olan və məstedici spirt olsa, bu surətdə murdardır. Belə olan halda namaz üçün bədən və libasınızı paklamalısınız.
Amma tərkibində spirt olmasa, yaxud maye və məstedici spirtlərdən olmasa və ya hansı spirtdən olması sizin üçün məlum olmasa, onda pak olmasına hökm olunur.
http://sual.nur-az.com/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (26) : Salamun Aleykum əgər bir şəxs İmam Və Peyğəmbərləri İnkar Edirsə O Şəxs Nəcis Hökmündədir Yoxsa Yox?
Ad: ulvi, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Kafir, yəni Allaha və Onun vahidliyinə inanmayan şəxs və ğulat, (yəni imamlardan (əleyhimussalam) hər hansı birisinin Allah olduğuna inanan və ya Allahın onlarda hülul etdiyini söyləyən kimsə), həmçinin xəvaric və nəvasib, (yəni imamlara (ə) düşmənlik elan edənlər,) murdardırlar. Həmçinin nübüvvəti (Allah tərəfindən peyğəmbərlər göndərildiyini) və ya dinin zəruri hökmlərindən birini (namaz və oruc kimi), inkar edərsə, bu iş hətta ümumi şəkildə olsa belə, Peyğəmbərin (s) təkzib olunmasını lazım tutarsa, nəcisdir. Amma kitab əhlinin, (yəhudi, xristian və məcusilər) pak olmasına hökm olunur.
http://sual.nur-az.com/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (27) : Assalamu aleykum.Imkan daxilinde zehmet olmasa deyin xristianlsr kafir qismindedirlermi?Allah sizden razi olsun!
Ad: Niyazi, Ölkə: russiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xristianlar kafir sayılır, lakin kitab əhli olduqları üçün pakdırlar.
http://sual.nur-az.com/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (28) : SaLaM.sualim buduki tibbi isbirtle iyne vurdurmaq olar 95 fayizliqla?
Ad: RehmaN, Ölkə: SaLyAN, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur. Ümumiyyətlə, tibbi spirt murdar deyil.
http://sual.nur-az.com/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (29) : teze paltar yuyan mashin necisi temiz edirmi?
Ad: huseyin, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Murdarın еyni (özü) aradan qalxdıqdan sonra əgər kranta (kürrə) birləşik olan su maşının içində paltarlara və maşının tamamilə içərisinə çatıb sonra ayrılaraq çölə çıxırsa, bu halda o paltarlar pakdır.
http://sual.nur-az.com/az/50/Pakl%C4%B1q-v%C9%99-murdarl%C4%B1q/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (30) : salam aleykum, eger gece boynuna qusul gelse, yatdigim doweyin batib batmamagina yaqinliyim olmasa,hal buki boyuk ehtimal ediremki, nemiwdik yatagimada kece biler, o halda doweyimi ve ya odeyalimi deyiwmeliyemmi, (yaqinliyim yoxdu batmagimda ) 2 qulaga su duwende orucumu batil edirmi? bilmeden olsa bele
Ad: Cowqun, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
1. Döşəyi paklamaq vacib deyil.
2. Oruca ziyan yetirmir.

Go to TOP