Sual (281) :
Çirkab, kanalizasiya və bu kimi sular sexlərdə və zavodlarda təmizlənəndən və saflaşdırılandan sonra pakdırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
İşkalı var. Lakin cari və kürr
suyuna kifayət qədər qarışsa, eybi yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (282) :
Fars körfəzi, Oman dənizi və bir çox başqa dənizlərin suyunda duzun faizi çox olduğunu – hər kub metrdə 3,200 kq. duz olduğunu nəzərə alsaq bu sular muzaf su hökmündədirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Bu kimi sular muzaf su deyil.
Bu sularda yuyunmaq və ya nə isə yumaq paklığa səbəb olur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (283) :
Xuzistan vilayətinin kəndlərindən birində qəlil suyu olan üç quyu bir-birinin yanındadır. Bu quyuların birindən it su içib (yalayıb) və digərinə nəcis bir şey tökülüb. Amma üçüncüsü pakdır. Lakin biz onlardan hansının pak olduğunu bilmirik. Bu halda şübhə, məhsurə (məhdud, sayı məlum olan) sayılır? Onların hamısından çəkinmək lazımdır?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Əgər bunlar su çıxan
(qaynayan) adi quyulardırsa, sadəcə nəcisə toxunmaqla nəcis olmurlar. Yalnız o
halda nəcis olur ki, onların rəngi, iyi və dadı dəyişmiş olsun.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.