Sual (271) :
Kür və axar su ilə olan təharətin (paklamanın) fərqi nədir?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu barədə onların heç bir fərqi yoxdur.
Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (272) :
Bəzi vaxtlar suya bir maddə qatırlar ki, onu süd rəngli edir. Bu su müzaf sudurmu? Bu su ilə olan dəstəmazın, təharətin hökmü nədir?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
(Siz dediyiniz su) müzaf su hökmündə deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (273) :
Mərhum İmamın (r.ə) risaləsində, 147-ci məsələdə deyilir ki, “müməyyiz [5225] uşağın həddi-büluğa çatana kimi pak və nəcis barədə dediyi sözə etina etmək vacib deyildir”. Bu fitvaya əməl etmək çox çətindir. Məsələn, belə çıxır ki, valideyn öz uşağını 15 yaşına çatana kimi ayaq yoluna gedəndən sonra pak etməlidir. Burada şəri vəzifə nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
Həddi-büluğa yaxınlaşan uşağın sözü etibarlıdır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (274) :
Suyun kür olmasında onun kür olmasını yəqin etmək vacibdirmi, yoxsa məqsədimizi elə onun kür olmasına qoymaq kifayətdir? (Məsələn, qatarda və s. mövcud olan paltaryuyan yerlərin suyu kimi.)
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
Əgər suyun əvvəlcə kür olması məlum olsa, elə onu kür hesab etmək olar.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (275) :
Öz-özlüyündə bulaşıq olan su ilə (məsələn, təbii duzluluğunun çoxluğu suyunu bulaşıq edən dənizlər, göllər (məsələn, Urmiyə gölü) kimi, yaxud ondan da çirkli olan sular) qüsl, dəstəmaz almağın hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Sual (276) :
Nəcis olmuş parçanın axar, yaxud kür suda yuduqdan sonra pak olsun deyə onu sudan çıxarıb sıxmaq vacibdirmi, yoxsa elə suyun içində sıxmaqla da pak olur?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
Parça və onun kimi şeylərin kür, yaxud axar suda pak edən zaman sıxılması şərt deyildir. Bu işdə (paklamada) parçanın daxilindəki suyun çıxmasına səbəb ola biləcək hər bir əməl, iş kifayətdir, hətta onu şiddətlə hərəkət etdirsə də belə.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (277) :
Əgər üzü aşağıya təzyiqsiz gələn qəlil [5221] suyun aşağı hissəsi nəcasətlə qarışsa, onda onun yuxarı hissəsi pak qalır, ya yox?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
Əgər qəlil suyun axmasında “su yuxarıdan aşağıya axır” deyilməsi düzgün
olarsa, onda onun (aşağısı nəcislə qarışsa) yuxarı hissəsi pakdır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (278) :
Həzrət İmamın (quddisə sirruhuş-şərif) risaləsində oxudum ki, əgər insandan məni gəlsə, istər ixtiyarla olsun, istərsə ixtiyarsız; istər şəhvətlə olsun, istərsə şəhvətsiz, cünub (cənabətli) olur. Hal-hazırda mən əsgərəm. Xidmət etdiyimiz hərbi hissədəki tualetlər çox qaranlıqdır. Bir müddət olar ki, bövl vaxtı və ya bövldən sonra məndən ixtiyarsız məni çıxır. (Bu barədə əminəm). Həzrət İmamın (rizvanullah taala ələyh) fitvasına görə mən cünub (cənabətli) oluram. Problem burasındadır ki, gecələr bövlü dəqiq görmək olmur. Əgər məndən məni gəlməsinə şəkk etsəm, qüsl almalıyam ya yox? Əlavə etməliyəm ki, burada hamamların qızdırıcı cihazı yoxdur. (Çünki yalnız gecələr hamama gedə bilərik.) İndi də qışdır. Gecə su soyuq olur. Bir neçə dəfə hamama getdim, böyrəklərimə soyuq dəydi. Hamama getmək də bir qədər zəhmətlidir. Xahiş edirəm yazasınız ki, mən nə etməliyəm? Sözü gedən hallarda cünub (cənabətli) sayılırammı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Mənini tanımaq üçün əlamətlər
var. Onları öyrənmək üçün "Tozihul-məsail"- imizin 361-ci məsələsinə
müraciət edin. Yeri gəlmişkən, insandan rütubət çıxarsa və bunun məni və ya
başqa rütubət olduğunu bilməsə (yəni məzi, vəzi və vədinin hər üçü pakdır,
qüslü yoxdur və dəstəmazı da batil etmir,) bu halda əgər sıçrayış və şəhvətlə
olsa (yəni ləzzət almaq və xoşallanmaq) o rütubət məni hökmündədir. Amma
bövldən sonra gələn yapışqan rütubət məni deyil. Hər yerdə şəkkiniz olsa qüsl
almaq vacib deyil. Hər vaxt məni gəlməsinə yəqin əldə etdinizsə, isti su
olmadığına görə və ya digər səbəblərdən qüsl ala bilməsəniz, qüsl yerinə
təyəmmüm alın. Bədəninizi paklayın. Pak paltarlarla namazınızı qılın. Bunun
müddəti çox olsa belə, sizin üçün işkalı yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (279) :
Qadınların məni xaric olmaqla cünub (cənabətli) olmasında kişilər üçün deyilən şərtlər lazımdırmı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Qadında sıçrayışla xaric
olması lazım deyil. Hətta əgər rütubət cinsi şəhvətin ən yüksək həddinə çatan
zaman gəlsə məni hökmündədir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (280) :
Müəyyən səbəblərə görə bövl edəndən sonra özünü su ilə yuya bilməyən xəstə, özünü parça ilə təmizləsə namaz qıla bilərmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Sual fərzində zərurət halı
olduğuna görə eybi yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.