Sual (261) : Heyvanlardan çıxarılan nəcis piy kimyəvi parçalanmadan sonra (belə ki, bu parçalanmadan sonra yeni xassələrə malik olan maddəyə çevrilir) nəcis olmağında qalırmı, yoxsa onda istihalə hökmü vardır.
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Murdar maddələrin, yaxud heyvanların haram şeylərdən alınan maddələrin pak və halal olması üçün, onlar üzərində təkcə onlara təzə xassələr verən kimyəvi əməliyyat aparmaq kifayət deyildir.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (262) : Nəcis (dəymiş) su ilə hazırlanmış palçıqdan düzələn təndiri pak etmək mümkündürmü?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Təndirin (divarlarının) üzü yuyulmaqla pak oluna bilər. Və çörək bişirmək üçün xəmirin yapıldığı təndirin divarının üzünü (zahirini) paklamaq kifayətdir.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (263) : Bir nəfər cənabət qüslü almaq üçün suyu qaba tökür. Qüsl əsnasında bədənindən qabın içinə su tökülür. Bu halda qabdakı su paklığında qalırmı? Və o su ilə qüslü tamamlamaqda bir maneə varmı?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Əgər bədənin pak yerindən qaba su düşsə, qabdakı su pakdır və bu su ilə qüslü tamamlamaqda heç bir maneə yoxdur.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (264) : Paklama əsnasında nəcis olmuş paltarın rəngi suyun rəngini dəyişdirir. Bu halda o paltar necə paklanmalıdır?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Paltarın rənginin suda yayılması suyun müzaf olmasına gətirib çıxarmazsa, onda o paltar üzərinə suyun tökülməsi ilə pak olar.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (265) : Günəş (günün nuru, şüası) pakedicilər sırasındadırmı? Əgər pakedicilərdəndirsə, onda onun paketmə şərtləri hansılardır?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Bəli yer, həmçinin bir yerdən başqa yerə nəql oluna bilməyən hər şey (bina və ona birləşən şeylər, onun üstündə olan şeylər, taxtalar, qapılar və s.) günəşin saçması (şüalarının birbaşa ona saçması) ilə, həm də nəcasətin eyninin aradan getməsindən sonra pak olur, bu şərtlə ki, günəş onlara saçanda rütubətli (nəm) olsun.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (266) : Asfalt və s. döşənmiş küçələr pakedici sayılırmı, belə ki, onun (asfaltın) üstündə getdikdə ayağımızın altı pak olsun?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Asfalt, qır kimi şeylərlə döşənmiş yer ayaqların altını, yaxud ayağı qoruyan şeyləri (ayaqqabı kimi) pak etmir.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (267) : Ayağın pak olmasında 15 addım yol getmək şərt sayılır? Bu (15 addım) eyni-nəcasətin təmizlənməsindən sonradırmı, yoxsa elə nəcasət olan halda? Və eyni-nəcasət aradan getdikdən sonra ayaq 15 addım (yol) getməklə pak olurmu?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Şərt 15 addım getmək yox, eyni-nəcasətin aradan getməsi miqdarında yerimək kifayətdir. “Yeriməyin”-də ən aşağı həddi budur ki, həmin həddən qabaq nəcasətin aradan getməsi fərz olunsun.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (268) : Nəcis xalça-palazı və s. borulara birləşmiş su krantından gələn su ilə yumaq istədikdə krantın suyu nəcis olan yerə çatan kimi pak olurmu, yoxsa (paltarın) yuyulduğu suyun (ondan) ayrılması vacibdir?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Krant suyu ilə paklamada (paltar) yuyulan suyun ondan ayrılması şərt deyildir. Elə nəcasətin eyni (özü) aradan getdikdən sonra və həmçinin nəcasət dəymiş yerin suyu öz yerindən nəql olunduqdan sonra suyun nəcis dəyən yerə çatması ilə (o paltar) pak olar.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (269) : Nəcis olmuş paltarı çox su ilə yuyanda onu sıxmaq lazımdırmı, yoxsa nəcasət aradan gedəndən sonra suyun nəcis olan yerin üstündən axması kifayətdir?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Kəsir suyun daxilində suyun nəcis olan yerin üstündən axması, sonradan isə ondan çıxması (hətta suda hərəkət etdirməklə də olsa) kifayətdir. Sıxmaq isə lazım deyildir.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (270) : Əgər duzlu su qaynadılsa, onun buxarından (distillədən) əldə edilən su ilə dəstəmaz almaq səhihdirmi?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Buxarlanmış duzlu suyun damcılarından (yığılan) suya mütləq su adı deyilsə, (mütləq suyun hökmü də) ona aid olar.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik. 

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Go to TOP