Sual (221) : Əhli-kitab nəcisdir?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyata görə ictinab etmək (çəkinmək) lazımdır. Lakin xarici səfərlərdə və ya öz mühitində onlara ehtiyacı olan şəxslər bu hökmdən istisnadır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (222) : Əgər it bir kəsin paltarına toxunsa və o, həmin paltarla məscidə daxil olsa, məscidi paklamaq lazımdır?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Paltar və ya itin bədəni nəm olmasa nə paltar nəcis olur, nə də məscid.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (223) : Donuz və ya inək sümüyündən hazırlanan jelatinin hökmü nədir? Tərkibində vitamini olan maddələrin çoxu, habelə ABŞ-da istehsal olmuş dərman preparatlarının çoxu və hətta bəzi şirniyyatlar da bu maddədən hazırlanır.
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim

Bu maddədən zərurət halında istifadə etməyin eybi yoxdur.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (224) : Hökmlərdə deyilir ki, it bir qaba dilini vurarsa onu torpaqla sürtmək lazımdır. Zəmanəmizdə spirt, qab yuyan maddələr və s. olan təqdirdə torpaqla sürtmək lazımdır?
Ad: Kerim, Ölkə: AZERBAYCAN, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bəli, lazımdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (225) : Quranın "Əhqaf" surəsinin 15-ci ayəsində insanın 40 yaşında büluğ həddinə çatması bidirilir. Burada büluğ başqa mənanı verirmi?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 

 Qeyd olunmuş ayədəki "büluğ" təklif yaşına çatdığı büluğ mənasına deyil, bəlkə 40 yaşa çatmaqdır.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (226) : Oğlanlarda büluğ həddinin əlamətləri nədir?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 

Büluğ olmaq, qız uşağında qəməri tarixi ilə 9 yaşı tamam olmaqla, oğlan uşağın da isə bu üç şərtdən biri ilə müəyyənləşir:

1.Övrətinin yuxarısına qalın tüklərin çıxması;

2.Spermanın xaric olması;

3.Qəməri ili ilə15 yaşın tamam olması.

Üzdə və dodağınüstündə (bığyerində) qalın tük çıxmasının büluğ həddinə çatmaq nişanəsi olması uzaq deyildir, amma sinədə və qoltuq altında qalın tük çıxması, səsin qalınlaşması və buna bənzər şeylər, büluq həddində olmaq nişanəsi deyildir.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (227) : Qızların nə vaxt büluğ həddinə çatmasını açıqlamağınızı xahiş edirik.
Ad: Elman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 

 Qızların büluğ həddinə çatması, onların qəməri tarixi ilə 9 yaşın tamam olmasıdır.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (228) : Əgər bir yerin hamısına murdarlıq yayılmış olsa və namaz qılmaq üçün də oradan başqa bir yer olmasa, nə etməliyik?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 

 Həmin yerin hamısını paklamaq lazım deyil. Təkcə namaz qılarkən səcdə ediləcək yeri paklasanız, kifayətdir.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.


Sual (229) : Paltaryuyan maşın onunla yuyulan paltarları pak edirmi?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 

 Əgər murdarın eyni aradan getsə, pak edir.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (230) : Əgər qanı hissələrə ayırsaq, onun hissələrinin murdarlığına hökm olunurmu və buna da istihalə deyilirmi?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 

 Əgər qanın həqiqəti və xasiyyəti onda olmasa, pakdır.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Go to TOP