Sual (201) :
Paltarları bir neçə dəfə yuyub suyunu sıxan avtomat paltaryuyan maşınlar vasitəsilə yuyulan paltarlar pak olurmu?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanır-rəhim
Pakdır. İstər paltarları
yuyarkən borulardan gələn suya birləşmiş olsun, istər su kəsiləndən sonra
yumağa başlasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (202) :
Donuz qabdan bir şey yeyərsə, yaxud səhra siçanı qabın içində düşərsə qabın hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Donuz qabdan maye bir şey
yeyərsə onu yeddi dəfə su ilə yumaq lazımdır. Onu torpaqla sürtmək lazım deyil.
Donuz qabı yalasa və, yaxud səhra siçanı onu içində ölsə ehtiyat vacibə görə
yeddi dəfə yumaq lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (203) :
Hökmlərdə deyilir ki, it bir qaba dilini vurarsa onu torpaqla sürtmək lazımdır. Zəmanəmizdə spirt, qab yuyan maddələr və s. olan təqdirdə torpaqla sürtmək lazımdır?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bəli, lazımdır
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (204) :
Müasir dövrdə müsəlman qadınlarının istifadə etdikləri kosmetika maddələrinin çoxu körpənin ciftindən hazırlanır. Ondan istifadə etməyin hökmü nədir? Yeri gəlmişkən, deyin görək, körpənin cifti nəcisdir, yoxsa mütənəccis?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ciftin nəcis olması barədə
sübut yoxdur. ("Ürvə"-nin təliqəsində yazdığımız kimi). Buna görə də
qana bulaşmış olmasa və ya (qana bulaşmasında) şübhəmiz olsa, pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (205) :
Əgər diri siçan yeməyin içinə girib diri halda da çölə çıxarsa, o yemək pakdırmı?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Pakdır, lakin bulanmışdır.
Yaxşı olar ki, ondan pəhriz olunsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (206) :
Nəcisliyin sikkə və pul vasitəsilə keçməsinin hökmü nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Nə qədər ki, nəcasətə yəqin
əldə olunmayıb, paklığına hökm olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (207) :
Nəcasət məsələsində yəqin lazımdır, yoxsa zənn və güman da kifayətdir?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Nəcasət məsələsində qəti və
yüz faizlik yəqin lazımdır. (Bir şeyin nəcis olmasına dair) belə yəqin hasil
olmayınca, heç bir vəzifəniz yoxdur. Əgər yüz faizli yəqin hasil olsa, ictinab
(çəkinmək) lazımdır. Yalnız iztirar (məcburiyyət və çıxılmaz) halları bu
hökmdən istisnadır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (208) :
Buyurmuşsunuz ki, narkotik maddələrdən istifadə etmək haramdır. 20 il və daha çox müddətdə tiryəkdən istifadə edən və yaşları ötmüş şəxslərə də haramdırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Narkotik maddələrdən istifadə etmək heç bir kəsə caiz deyil. Yalnız onu atmaq istədiyi təqdirdə canı təhlükəyə düşən şəxslər müstəsnadır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (209) :
“Narkotik maddələrin alqı-satqısı şərab alveri kimidir”, – desək, səhihdirmi? Bu mənaya ki, alıcı bu maddələrin sahibi (maliki) olmur və satıcı məbləğin və vəsaitin sahibi olmur.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bəli, səhihdir və bu
maddələrin müamiləsi batildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (210) :
Spirtin hökmünü paklıq və nəcasət baxımından bəyan edin.
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Texniki-tibbi spirt pakdır. Lakin məst edici spirtli içkilər (paklıq baxımından) işkallıdır.