Sual (151) : Bir firqə vardır ki, özlərinə “Əliallahı” adı vermişlər. Onlar belə hesab edirlər ki, Əmirəl-möminin Əliyyibni Əbu Talib (ə) Allahdır. Bu şəxslər oruc-namaz yerinə raz-niyaza, duaya iman gətirirlər. Bu halda onlar nəcisdirlərmi?
Ad: Sahibe, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər o firqə Əmirəl-möminin Əliyyibni Əbu Talib (ə) Allah olmasına etiqad bəsləyirlərsə (Allah belə şeylərdən çox-çox uzaqdır), onların hökmü əhli-kitabdan qeyriləri olan qeyri-müsəlmanların hökmüdür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (152) : Kitab əhli nəcisdir, yoxsa pak?
Ad: Selim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Zatında pakdırlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (153) : Allahin adiyla. Salam. Sual 89. Seri suallara cavablar. Qeyri muselman olkelerinden heyvan derisinden hazirlanmis godekce ve ayaqqabi getirilerse hokmu nedir? Cavab. Eger muselmandan alinsa pak hokmundedir, amma o muselman aldigi kafirden heyvani seri gosterisle kesib kesmemesini sorusmasa necis deyil. Buna baxmayaraq onunla namaz qilmaq duzgun deyil. Sualimin mezmunu budur ki Rusiyada ayaqqabi ticaretiyle mesgul olan qohum terefinden hediyye olaraq gonderilen ayaqqabi necisdirmi ? Eger ondan istifade etsek ayaqlar terleyerek necis olurmu. Sagolun.
Ad: Nasimi, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Mərhum Ayətullah Fazil Lənkərani, habelə Ayətullah Xamenei və Ayətullah Sistani buyururlar ki, xaricdən gələn dəri məmulatlarının, o cümlədən, ayaqqabı, gödəkcə, maşının oturacaqlarının üzlükləri və s. şəri təzkiyə olunmamasına əminliyiniz yoxdursa, pak hökmündədir. Lakin belə libaslarla namaz qılmaq düzgün deyil və namazın batil olmasına hökm olunur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (154) : Salam. Qeyri-muselman olkesinden (yani Rusiya kimi) ,muselman sexs terefinden alinib hediyye olaraq gonderilen deri memulatlarinin (ayaqqabi, godekce) hokmu nedir? Godekceden,ayaqqabidan istifade etmek olarmi?
Ad: Nasimi, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Şəri zibh olması sizin üçün sübuta yetmədiyi surətdə murdar olmasına hökm edilir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (155) : Salam Aleykum.Menim sualim ayaqqabi alarken onun xristian olkesinden olarsa necis olub olmamasi ile baglidir.Mene bir qardas demisdi ki,xristian olkesinden olan deri ayaqqabi onsuz emal prosesinden kecir,yeni ustunde coxlu basqa maddeler cekilir,birbasa temas olmur.Bir de ozum fikirlesirem ki,qeyri muselman olkesinde yasayan muselman ucun ayaqqabi ya tutaq ki,deriden basqa nese almaq heqiqi menada probleme cevrilir.Cunki avropada bu realliqdir ki,turkiyenin ya iranin ayaqqabilarini tapmaq muskul meseledir. Bizim burda vezifemiz nedir muctehide esasen ?Her hansi guzest ya istisna hal varmi ? Eger hesab elesek ki,necisdir yas halda(yaxud ayaq terleyende) onu geyinmek demek olar ki,mumkun olmaz, cunki yagis yaganda ayaqqabi vasitesile shalvara atdanan palciq shalvari da necis eder. Tesekkur edirem haminiza.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Vəhid

Bismillahir-rəhmanır-rəhim
Əgər dəri olub-olmamasını bilməsəniz və ya dəri olmasında şəkk etsəniz, pak hökmündədir. Amma dəri olması məlumdursa, qeyri-islami ölkələrdən gəlsə, şəri zibh olmasına yəqinliyiniz olmalıdır. Əks təqdirdə murdar olmasına hökm olunur.
Müsəlman ölkələrinin istehsalı olsa, axtarış lazım deyil. Amma qeyri-şəri zibh olmasına yəqinliyiniz olduğu surət istisnadır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (156) : Kafirlərin əlindən alınan yeməklərin hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər bu yeyinti məhsullarının sexlər, dəzgahlar və ya əlcək vasitəsilə hazırlandığına ehtimal versək, heç bir eybi yoxdur. Amma əgər bu məhsulların rütubətli halda onların əl və bədəni ilə təmasda olduğuna yəqin əldə etsək, ehtiyata görə zəruri olmayan hallarda bu məhsullardan çəkinmək lazımdır. Lakin zəruri hallarda, məsələn, qeyri-müsəlman ölkələrə səfər zamanı bunlardan çəkinmək çətin olan hallarda çəkinməyə bilərsiniz
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (157) : Su neçə qisim olur?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Su iki qisim olur: müzaf su və mütləq su. Qarpız suyu, gülab kimi qatışıq sulara müzaf su deyilir.
Mütləq su isə beş növdür: 1. Kürr su (eni, uzunu və hündürlüyü üç qarış yarım həcmində su, təxminən 386 kq); 2. Yağış suyu; 3. Quyu suyu; 4. Qəlil su (kürr sudan az su); 5. Axar su.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (158) : Müzaf suyun hansı xüsusiyyətləri var?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Müzaf su murdarı pak etmir, bu su ilə alınan dəstəmaz və verilən qüsl batildir. Müzaf suya bir zərrə murdar düşsə, su murdar olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (159) : Kürr su murdarlana bilərmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər kürr suya sidik və ya qan kimi murdar şeylər toxunsa iyi, rəngi, dadı dəyişmədiyi təqdirdə, bu su pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (160) : Əgər insan suyun kürr, yoxsa qəlil olduğuna əmin ola bilməsə, onun vəzifəsi nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əvvəlcə kürr həddində olmuş suyun hazırda kürr olub-olmadığı şübhə doğursa, onu kürr hesab etmək lazımdır. Əvvəlcə kürr olmamış suyun hazırda kürr olub-olmadığı şübhə doğursa, onu kürr hesab etmək olmaz. Su o zaman kürr hesab oluna bilər ki, ya insan özü buna əmin olsun, ya da suyun kürr olduğunu iki ədalətli şəxs təsdiq etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP