Sual (141) : Mən bir neçə övlad anasıyam. Onlar yuxarı siniflərdə oxuyurlar. Kömək istədiyim çətinlik təharət məsələsidir. Çünki mən dindar bir ailədə böyümüşəm, buna görə də bütün İslam təlimlərinə riayət etmək istəyirəm. Amma kiçik yaşlı uşaqlara da sahib olduğum üçün daimi onların bövl-ğait işlərilə məşğul oluram. Onların bövlünü paklayanda, bövl və ğaiti aparmaq üçün suyun şırıltı ilə (gur) axması nəticəsində su ayaqlarıma, üzümə, hətta başıma sıçrayır. Hər dəfə bu işi görəndə nəcis sıçramış bu üzvləri paklamaq kimi müşküllə qarşılaşıram. Bu da mənim məişətimdə çoxlu əlavə çətinliklərə səbəb olur; bir tərəfdən bu işlərə (paklığa) riayət etməyə bilmirəm, çünki bu iş əqidəm, dinimlə əlaqədardır. Bu barədə hətta həkimlərə də müraciət etmişəm, lakin heç bir nəticə hasil olmayıb. Başqa işlərdə də -məsələn nəcis şeyin tozu, yaxud uşağın nəcisə bulaşmış əlləri kimi işlərdə də əziyyətə düşürəm- ya paklamaq lazımdır, ya da onu (uşağı) başqa əşyalardan uzaqlaşdırmaq lazımdır. Halbuki, nəcis olan şeyi paklamaq mənim üçün çətindir. Lakin özü-özlüyündə bu paltarların və qabların yuyulması yalnız çirkli olduqda çox asandır. Buna görə də ümidvaram ki, mənə yol göstərməklə məişət işlərimi mənə asanlaşdırasınız.
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Təharət və nəcasət babında müqəddəs şəriət nöqteyi-nəzərindən əsl (olan şey) təharətdir (pak olmasıdır). Yəni hər hansı bir yerdə nəcasətin olub-olmamasında azacıq da olsa şəkk hasil olsa, vacib olan budur ki, nəcasətin olmamasına hökm edəsən.
2- Nəcasət işlərində şiddətli nəfsani həssasiyyətləri olan şəxslər (bunlara İslamın fiqh terminində “vəsvas adamlar” deyirlər) hətta bəzi hallarda şeylərin nəcis olmasını yəqin etsələr də, onun nəcis olmamasını hökm etmələri vacibdir (nəcis olmağın hasil olmasını öz gözləri ilə görən hallar istisna olmaqla). Belə ki, əgər başqa bir şəxs onu görsə, nəcasətin keçməsinə yəqinlik tapar. Yalnız belə olan hallarda nəcis olmasını hökm etmək vacibdir. Bu hökm o şəxslər üçün bu həssaslıq tamamilə aradan qalxana kimi davam etməlidir.
3- Hər bir şey, yaxud bir üzv nəcis olsa, onu paklamaq üçün nəcasətin eyni yox olduqdan sonra krant suyunda yalnız bir dəfə yumaq kifayətdir; təkrarən yumaq, yaxud suyun altında qoymaq vacib deyildir. Əgər bu nəcis olmuş şey parça və bu kimi şeylərdən olsa, camaat arasında olan qayda üzrə sıxmaq (ondan su çıxana kimi) lazımdır.
4- Sən nəcasət məsələləri barədə şiddətli həssaslığa düçar olduğun üçün bilməlisən ki, nəcis (şeydən qalxan) tozlar sənə qarşı heç bir halda nəcis deyildir. Uşaqların pak, yaxud nəcis əlləri barədə muğayat olmağın lazım deyildir. Həmçinin qanın da bədəndən gedib-getməməsində dəqiqlik lazım deyildir. Bu hökm sənin barəndə bu həssasiyyət aradan qalxana kimi qalmalıdır.
5- İslam dinində asan və gözəl qanunlar vardır, bu qanun və hökmlər bəşər fitrəti ilə uyğundur. Onları uzatmaq və ləngitməklə özünü çətinliyə salma, öz cisminə, ruhuna zərər, əziyyət yetirmə. Bu hallarda baş verən iztirab və narahatçılıqlar ailə həyatına acılıq gətirir. Allah-Təala isə sənin və səninlə rabitədə olan adamların əzaba düşməyinə razı deyildir. Asan dinin nemətlərinə şükr et; bu nemətlərə şükr etmək Onun təlimlərinə müvafiq olaraq əməl etməkdən ibarətdir.
6- Bu halət tezkeçən və əlac olunası bir halətdir, çoxları da bu bəlaya düçar olandan sonra qeyd etdiyimiz qaydalara adət edərək rahatlanırlar.
Siz də Allaha təvəkkül edib, özünüzü iradə və səylə rahatlayın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (142) : Mən atrapin-sulfat dixlofosu hazırlamaq istəyirəm. Bu da spirt düzəltmək üçün onun dərman tərkibində (formulunda) əsas mərhələdir. Yəni, əgər biz bu tərkibə spirt əlavə etməsək, dixlofosu hazırlamaq mümkün olmayacaq. Əməliyyat nahiyələrində də qeyd olunan dixlofos dezinfeksiya maddəsidir, bununla əsəb sistemini iflic edən qazlar işlədiləndə İslam qüvvələrini mühafizə etmək mümkündür. Sizin mübarək rəyinizə əsasən, şəri nöqteyi-nəzərdən qeyd etdiyimiz tərzdə dava-dərman hazırlanmasında spirtdən istifadə etmək caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər spirt əsl maye və məstedici olsa, nəcis və haramdır; lakin dərman kimi işlədilməsinin heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (143) : Bir firqə var ki, özlərini Əliallahı adlandırırlar və deyirlər ki, Əli Allah deyil, lakin heç Ondan da geri qalmır. Bunların hökmü nədir?
Ad: Vasif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onlar Vahid, Mənnan və Mütəal Allah üçün şərik qoşmasalar, onların hökmü müşrik hökmü deyil. (Müşriklər nəcisdir).
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (144) : 12 imamçı şiələr tərəfindən imam Hüseyn (ə), yaxud Ali-əba (s) üçün nəzir olunan şeyləri Əliallahı firqəsindən olan şəxslərin yığışdığı mərkəzlərə, yaxud müəyyən yollarla o mərkəzlərin dirçəldilməsinə səbəb olan mərkəzlərə təqdim etmək olarmı?
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Təkallahlıların ağası Əmirəl-mömininin (ə) Allah olmasına etiqad bəsləmək batil bir əqidədir. Onun Allah olmasına etiqad bəsləmək İslamdan çıxmağa səbəb olar. Bu batil əqidəni yaymaq üçün göstərilən kömək haramdır. Bundan əlavə, nəzir olunan şeyləri onun nəzir olunduğu yerdən başqasına istifadə etmək caiz deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (145) : Bizim məntəqənin ətraf nahiyələrində, həmçinin başqa nahiyələrdə “İsmailiyyə” adlı bir firqə vardır. Onlar məsum imamlardan (ə) altısının imamətinə etiqad bəsləyirlər. Lakin heç bir dini vacibatlara imanları yoxdur, həmçinin vilayəti-fəqihə də inanmırlar. Buna görə də rica edirəm ki, buyurun görək, bu firqənin ardıcılları nəcisdir, ya pak?
Ad: Vasif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sırf şəkildə yerdə qalan 6 imama, yaxud hər hansı bir şəriət hökmünə etiqad bəsləməmək nə qədər ki, bu şəriətin əslinin inkarına gətirib çıxarmır, həmçinin Xatəmün-nəbinin (s) nübüvvətinin inkar olunmasına gətirib çıxarmır, küfrə və nəcasətə səbəb olmur. Amma əgər onlardan hər hansı bir imama qarşı söyüş, yaxud əhanət baş versə, nəcis sayılırlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (146) : Biz yaşadığımız yerdə camaatın əksəriyyəti kafirdir. Universitet tələbəsi bir ev icarə edəndə bu evin pak, yaxud nəcis olması hökmü nədir? Bu evi yumaq zəruridirmi? Həm də evlərin çoxu taxtadan hazırlanıb, yuyulması da mümkün deyil. Həmçinin, mehmanxanalar, onlarda olan avadanlıqlar və s. qarşısındakı hökm nədir?
Ad: SHahin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nə qədər ki kitab əhlindən olmayan kafirlərin bədənindəki keçici rütubətin dəyməsi aşkar olmayıb, nəcis hökmündə deyil; və (o evin) nəcis olmasına yəqinlik olan halda o mənzilin, yaxud mehmanxananın divarlarını, qapılarını, həmçinin o evdə olan ev əşyalarını paklamaq vacib deyil. Amma əgər yemək-içmək və namazda işlədilən şeylər nəcis olsa, yalnız bunları paklamaq lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (147) : Bəzi fəqihlər kitab əhlini nəcis, bəziləri isə pak hesab edirlər. Bu barədə Sizin rəyiniz nədir?
Ad: Mahammad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Kitab əhlinin zati nəcasətliyi qeyri-məlumdur. Biz isə onların zatən pak olmalarına hökm edirik.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (148) : Xatəmün-nəbinin (s) peyğəmbərçiliyinə əqidə cəhətindən iman gətirən, lakin öz əcdadlarının adətləri əsasında rəftar edən kitab əhli təharət məsələlərində kafir hökmünə məhkum edilirlərmi?
Ad: Natiq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sırf şəkildə Xatəmün-nəbi(s)nin peyğəmbərçiliyinə etiqad bəsləmək İslamı qəbul etməyə dair hökm etmək üçün kifayət deyildir. Lakin onlar kitab əhlindən sayılsa, bu halda pak hökmündədirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (149) : Mən və dostlarımdan bir qrupu bir evdə kirayə otururuq və bilirik ki, onlardan biri namaz qılmır. Ondan izahat istədikdə cavab verdi ki, qəlbdə Allah-Təalaya imanı var, amma namaz qılmır. Biz onunla birlikdə çörək yeyib-içirik. Bizimlə onun arasında geniş miqyasda rabitə var. Bunları nəzərə almaqla, buyurun görək, o nəcisdir, yoxsa pak?
Ad: Murad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sırf şəkildə oruc, namaz, yaxud sair şəri vacibatları tərk etmək müsəlman şəxsin mürtəd olmasına, nəcis olmasına səbəb olmaz. Nə qədər ki, bir müsəlmanın mürtəd olması aşkar olmayıb, sair müsəlmanlar hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (150) : “Əhli-kitab” dedikdə hansı dinlərin tabeçiləri nəzərdə tutulur? Onlarla əlaqələrin həddi-hüdudunu təyin edən meyar nədir?
Ad: Meherrem, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Kitab əhli dedikdə özünü hər hansı bir ilahi dinin ardıcılı hesab edən, özünü Allah peyğəmbərlərindən birinin ümmətindən hesab edən və peyğəmbərlərə nazil olan bir səmavi kitabları olan (yəhudi, xaçpərəst, zərdüşt) şəxslər nəzərdə tutulur. (Bizim apardığımız təhqiqatlara əsasən, sabiunlar (ulduzpərəstlər) da əhli-kitabdandır.) Bu kimi şəxslərlə İslam qayda-qanunlarına, əxlaqına riayət etməklə rəftar etməyin heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP