Sual (131) : Qohumlarımızdan biri kommunist olmuşdur. Uşaqlıq vaxtında isə bizə çoxlu mal-dövlət, avadanlıq vermişdir. O mal-dövlət və avadanlıqlar hal-hazırda mövcud olsa, hökmü nədir?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
O qohumun küfrü, mürtəd olması sübut edilsə və küfrü də həddi-büluğ çağında, İslamı qəbul etməzdən əvvəl seçmişdirsə, onda onun mal-dövlətinin hökmü sair kafirlərin hökmü kimidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (132) : Rica edirik, aşağıdakı Suallara cavab verəsiniz: 1. Müsəlman şagirdlərlə azğın bəhai firqəsinin şagirdləri (istər oğlan olsun, istərsə də qız; istər mükəlləf olsun, istərsə də qeyri-mükəlləf; istər məktəbin daxilində olsun, istərsə də xaricində) arasında (ibtidai, orta və müqəddimati illərdə) bir yerdə oturmaq, gediş-gəliş, (əllə) görüşmək kimi işlərin hökmü nədir? 2. Müəllimlər, tərbiyəçilər öz bəhai olmalarını aşkar edən, yaxud bəhai olmaları barədə yəqinlik hasil olan şagirdlərlə necə rəftar etməlidirlər? 3. Şəriət nöqteyi-nəzərindən bütün şagirdlərin istifadə etdikləri avadanlıqların -su və tualet krantları, su lülələri, sabunlar və s. kimi- hökmü nədir? Halbuki, onların bədən və əllərinin rütubətli olmasına yəqinliyimiz var.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Azğın bəhai firqəsindən olan şəxslərin hamısı nəcisdir. Onlar bir şeyə toxunduqda təharət məsələlərinə riayət etmək (təharətlə şərtlənən işlərdə) vacibdir. Lakin müəllimlərin, müdirlərin, tərbiyəçilərin bəhai şagirdlərlə rəftarları hökmən İslam əxlaqına, qoyulan qanunlara müvafiq olmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (133) : Bəzi vaxtlar zəlalətdə olan bəhai firqəsinin ardıcılları bizə yeyinti məhsulları və başqa şeylər gətirirlər. Bu kimi şeylərdən bəhrələnmək bizim üçün caizdirmi?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onların hədiyyələrini geri qaytarmaq, onları qəbul etməkdən imtina etmək vacib deyil. Əgər onların bədənlərinin o hədiyyələrə toxunmasında (rütubətli olan halda) şəkk edirsinizsə, (o şeylərin) pak olduğunu qəbul etməlisiniz. Lakin sizin vəzifəniz budur ki, onları İslama təmayüllü edib yol göstərəsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (134) : Müsəlmanların və kafirlərin istifadə etdikləri qatar və maşın oturacaqlarının hökmü -bəzi məntəqələrdə kafirlərin müsəlmanlardan çox olmasını bilərək- nədir? Bu oturacaqlar pak sayıla bilərmi, halbuki, havanın istiliyi bədənlərin tərləməsinə və bu rütubətin oturacaqlara keçməsinə səbəb olur!
Ad: Seyid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu oturacaqların nəcisliyinə dair elm olmadıqda pak hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (135) : Xarici ölkələrdə təhsil almaq kafirlərlə əlaqə saxlamağı tələb edir. Belə olan hallarda o kafirlərin əlləri ilə hazırlanan yeyinti məhsullarının (təzkiyə olunmamış ət və s. kimi haram qarışıqların olmaması şərtilə), bu məhsulların kafirin əlinə rütubətli olan halda toxunması ehtimalı ilə hökmü nədir?
Ad: davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Kafirin rütubətli əllərinin o məhsullara toxunmasını sırf olaraq ehtimal vermək ondan çəkinməyin vacibliyinə səbəb olmaz; nə qədər ki, əllərin toxunmasına dair yəqin hasil olmayıbdır, pak hökmündədir. Kafir də kitab əhlindən olsa, nəcis olması zati deyildir və onun rütubətli əllərinin toxunması nəcisliyə səbəb olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (136) : İslam hökuməti sayəsində yaşayan müsəlman bir şəxsin bütün məxarici və məsrəfləri təmin olunsa və həmçinin qeyri-müsəlman bir şəxsin qulluğunda olsa və o şəxslə yaxın əlaqəsi olsa, bu halda onunla möhkəm ailəvi əlaqələr bərqərar etmək, bəzi vaxtlar onun yeməyindən yemək caizdirmi?
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müsəlmanların qeyd olunan müsəlmanla əlaqə yaratmasında heç bir işkal yoxdur. Lakin qeyd olunan müsəlman şəxsdə xidmət etdiyi qeyri-müsəlman şəxs tərəfindən öz əqidəsindən inhirafa yuvarlanması və sair qorxulu olsa, bu halda bu əməldən uzaq olması vacibdir. Fərz olunan halda başqalarına da vacibdir ki, o müsəlmanı pis işlərdən çəkindirsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (137) : Arvadımın qardaşı müxtəlif səbəblərə görə fəsada çəkilmiş, tamamilə dindən çıxmışdır. Hətta iş o yerə çatıb ki, bəzi dini müqəddəslərə təhqirlə yanaşır, bunu ört-basdır etmək istəyir. Hal-hazırda, İslamdan çıxıb mürtəd olmasından bir neçə il keçəndən sonra, göndərdiyi bir məktubda bildirmişdir ki, o, İslama iman gətirib, lakin qəti olaraq namaz qılıb oruc tutmur. Bu halda atasının, anasının və başqa ailə üzvlərinin ona qarşı məhəbbəti necə olacaq? Kafirin hökmü ona aiddirmi və onu nəcis hesab etmək vacibdirmi?
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onun keçmişdə dindən çıxmasının sübut edildiyi halda, əgər bundan sonra tövbə etsə, pak hökmündə olar; onun valideyninin, sair ailə üzvlərinin onunla əlaqə saxlamalarının heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (138) : Dinin bəzi zəruri işlərini, oruc və s. kimi, inkar edən şəxsə kafirin hökmü aid edilirmi?
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onun dinin zəruri işlərindən birini inkar etməsi risalətin inkarına, yaxud İslam Peyğəmbərinin (s) təkzib olunmasına, yaxud da şəriətə nöqsan gətirilməsinə səbəb olarsa, bu küfr və dindən çıxmaq olur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (139) : Mürtəd və hərbi kafirlər üçün nəzərdə tutulan cəza tədbirləri siyasi işlər sırasındadırmı, rəhbəriyyət məsuliyyətindəndirmi, yoxsa bu cəzalar qiyamət gününə kimi sabit olaraq qalır?
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu cəza tədbirləri ilahi-şəri hökmdür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (140) : Bir neçə il bundan qabaq vəsvəsə bəlasına düçar olmuşam, bu da mənə doğrudan da əziyyət verir. Günbəgün bu vəsvaslıq haləti şiddətlənir, hətta, hər bir şeydə şəkk edirəm, bütün həyatım şəkk üzrədir. Şəkklərimin də əksəriyyəti yemək və rütubətli şeylərdədir. Buna görə də adi şəkildə, başqa adamlar kimi təsərrüf edə bilmirəm. Bir yerə girəndə corablarımı çıxarıram, çünki elə bilirəm ki, corabım tərləmişdir və sonra nəcis şeylərə dəyərək nəcis olacaqdır. Mən hətta səccadənin üstündə də otura bilmirəm; amma elə ki oturdum, daxilimdən gələn təhriklə ayağa dururam ki, səccadədə olan balaca tüklər paltarıma yapışmasın. Əgər yapışsa, naçar qalıb su ilə yuyuram. Keçmişdə isə belə deyildim. Hazırda öz əməllərimdən xəcalət çəkirəm. Həmişə yuxuda bir adamı görmək, Suallarımı ona demək istəyirəm. Yaxud istəyirəm ki, bir möcüzə olsun, həyatımı dəyişsin və mən əvvəlki halıma qayıdam. Bu barədə mənə yol göstərin.
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Təharət və nəcasət hökmləri təfsilatı ilə əməliyyə risalələrində yazılmışdır. Şəriət nöqteyi-nəzərindəndə şəriət sahibinin nəcis olmasına hökm etdiyi və insanın (nəcis olmasını) yəqin etdiyi şeylərdən başqa hər şey pakdır. Belə hallarda vəsvaslıqdan xilas olmaq yuxunun, yaxud möcüzənin baş verməsinə bağlı deyil. Əksinə, mükəlləf şəxsə vacibdir ki, öz şəxsi zövqünü bir tərəfə qoysun, müqəddəs şəriət təlimlərinə qeydsiz-şərtsiz təslim olaraq qəbul etsin, onlara iman gətirsin, nəcis olduğunu yəqin etmədiyi şeyləri nəcis hesab etməsin. Sənə qapının, divarın, səccadənin, istifadə etdiyin sair əşyaların nəcis olması barədə haradan yəqin hasil olmuşdur? Haradan bilirsən ki, üstündə yeridiyin, yaxud oturduğun səccadənin tükləri nəcisdir və sonradan sənin corabına, paltarına və bədəninə keçəcək? Hər halda sənə caiz deyil ki, bu halətlə belə vəsvaslığa etina edəsən. Nəcasət vəsvaslığına etina etməməyin, həmçinin bu etinasızlığı artırmağın inşallah sənin vəsvaslıqdan xilas olmağına kömək edəcək.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP