Sual (121) : Ağ spirtlərdən əllərdə dezinfeksiya məqsədləri üçün, həmçinin tibbi vəsaitlərdən (qızdırmaölçən kimi) tibbi işlər sahəsində (təbibin və cərrahın vasitəsi ilə) işlətmək məqsədilə istifadə etmək caizdirmi? Ağ spirt tibbdə işlədilən, içilmə qabiliyyəti olan bir spirtdir. Onun kimyəvi tərkibi S2 NO-ONdır. Üstünə bu spirtdən bir damcı (yaxud daha çox) düşən paltarda namaz qılmaq caizdirmi?
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əsli maye olmayan (hərçənd məstedici olsa da) spirt pak hökmündədir. Ondan tibb və s. işlərində istifadə etməyin heç bir maneəsi yoxdur. Bu cür spirt dəyən paltarda qılınan namaz düzdür, o paltarı paklamağa da ehtiyac yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (122) : Bir növ maddə var ki, (adına “kəfir” deyirlər) yeyinti, dərman maddələri hazırlanmasında istifadə olunur. Xəmir yoğrulma əsnasında əmələ gələn qarışıq maddədə 5-8% o spirt əmələ gəlir. Az miqdarda olan bu spirt xəmirdə həll oluqda heç bir növ məstliyə səbəb olmur. Bu halda şəri nahiyədən bunları istifadə etməyin işkalı varmı?
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər qarışıq maddədə mövcud olan spirt öz-özlüyündə məstedici olsa, nəcis və haramdır; hərçənd o spirt miqdarının azlığına və qarışıq maddəsi ilə qarışdığına görə məstedici olmasa da belə. Amma, əgər onun öz-özlüyündə məstedici olub-olmamasında, yaxud əsl etibarı ilə maye olmasında şəkk olsa, bu halda hökmlər fərqlənir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (123) : 1-Etil spirti nəcisdirmi? (Zahirən bu spirt məstedicilər sırasındadır və məstliyə səbəb olur) 2- Spirtin nəcis olmasında əsas götürülən şey nədir? 3- Hər hansı bir içkinin məstedici olmasını isbat etmək üçün hansı yollar var? 4- Texniki spirt dedikdə məqsəd nədir?
Ad: Yadulla, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
1- Əsl etibarı ilə maye olan bütün məstedici şeylər nəcisdir.
2-Əsas budur ki, məstedici və əsl etibarı ilə maye olsun.
3- Əgər mükəlləfin özündə yəqinlik olmasa, etimadlı və (bu barədə) mütəxəssis olan şəxslərin deməsi kifayətdir.
4- Texniki spirt rənglərdə, boyalarda, rəssamlıqda işlənən rənglərdə, cərrahiyyə avadanlıqlarını və vurulan iynələri və s. dezinfeksiya etməkdə istifadə olunan spirtdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (124) : Satışda mövcud olan spirtsiz içkiləri, həmçinin ölkə daxilində hazırlanan spirtsiz içkiləri (limonad, koka-kola və s.) içməyin hökmü nədir? Halbuki, deyilənlərə görə, o içkilərin xammalı xaricdən gətirilir və ehtimalı var ki, onların içində spirt olsun.
Ad: Terlan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bunlar pak və halal hökmündədirlər, amma mükəlləfin özündə o içkilərin əsl maye olan məstedici spirtlə qarışdırılması barədə yəqinlik olsa, bu halda nəcis və haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (125) : Ümumiyyətlə yeyinti məhsullarını alanda təhqiqat aparmaq zəruridirmi ki, görəsən onu satanın, yaxud hazırlayanın əli bu məhsullara toxunmuş, yaxud onun hazırlanmasında spirt işlədilmişdir?
Ad: Dilaver, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bunları soruşmaq, yaxud təhqiqat aparmaq lazım deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (126) : Bəzi vaxtlar suya bir maddə qatırlar ki, onu süd rəngli edir. Bu su müzaf [5226] sudurmu? Bu su ilə olan dəstəmazın, təharətin hökmü nədir?
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
(Siz dediyiniz su) müzaf su hökmündə deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (127) : Xuzistanda yaşayanların bir qismi özlərini “sabiə” adlandırırlar, deyirlər ki, “biz Yəhya peyğəmbərin (ə) tabeçiləriyik və onun kitabı bizim əlimizdədir”. Lakin din alimləri üçün sübut olunmuşdur ki, onlar adları Qurani-Kərimdə qeyd olunan sabiunlardır. Rica edirik buyurun görək onlar kitab əhlidirlərmi?
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan tayfa kitab əhli hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (128) : Yəhudilər və sair kafir firqələr üçün işləyib muzd almağın hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nə qədər ki, bu iş haram işlərdən, həmçinin müsəlmanların, İslamın ümumi mənafeyinin ziddinə deyil, öz-özlüyündə bu işin heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (129) : Əsgərlik xidmətini yerinə yetirdiyimiz məntəqədə özlərinin “Əl-həqq” məzhəbində olduqlarını deyən bəzi köçərilər vardır. Onların əllərində mövcud olan südü, yağı, pendiri istifadə etmək olarmı?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər İslam üsullarına etiqad bəsləsələr, təharət-nəcasət məsələlərində sair müsəlmanlar kimidirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (130) : Dərs dediyimiz kəndin əhalisi namaz qılmırlar, çünki onlar “Əl-həqq” firqəsindəndirlər. Biz də çarəsizlik üzündən onların çörəklərindən, yeyinti məhsullarından yeyirik. Gecə-gündüz o kənddə qaldığımız üçün oradakı namazlarımızın işkalı varmı?
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər tövhidi, nübüvvəti, həmçinin dinin zərurətindən olan bir şeyi inkar etməzlərsə və həmçinin İslam Peyğəmbərinin (s) risalətini naqis hesab etmirlərsə, onların küfr, nəcis olmaları hökm olunmaz. Bundan qeyri hallarda onlarla görüşəndə, onların yeyinti məhsullarını yeyəndə təharət-nəcasət məsələlərini nəzərə almaq lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP