Sual (101) : Təzkiyə olunmamış heyvan dərisindən hazırlanan ayaqqabılardan istifadə etdikdə dəstəmazdan əvvəl ayaqları yumaq vacibdirmi? Bəziləri deyirlər ki, ayaq ayaqqabının içində tərləsə ayaqları yumaq vacibdir. Halbuki, görürük ki, ayaq hər növ ayaqqabının içində az, yaxud çox tərləyir. Bu məsələdə Sizin rəyiniz nədir?
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər qeyd olunan ayaqqabının içində ayağın tərləməsi məlum olsa, namaz üçün ayaqları paklamaq vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (102) : Özünü batıran uşağın əli (rütubətli), ağzının suyu, yeməyinin artığının hökmü nədir? Həmçinin rütubətli əllərini ayaqlarının üstünə qoyan uşaqların hökmü nədir?
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nə qədər ki nəcis olmasına yəqinlik hasil olmayıb, pak sayılır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (103) : Mənim dişlərinmin dibinin əti qanaxma xəstəliyinə tutulub. Həkimin məsləhəti ilə mənə vacibdir ki, həmişə dişlərimin dibinə yağ sürtəm. Bu da orada çoxlu yerlərin qaralmasına səbəb olur, elə bil içində qan yığışmışdır. Onun üstünə salfetka qoyanda isə rəngi qızarır. Buna görə də ağzımı kür su ilə yuyuram. Amma bərkimiş qan uzun müddət qalır, yumaqla getmir. Kür su kəsiləndən sonra ağzımın içində qalan və bu (qaralmış) yerlərə dəyən, sonra isə dişin dibində olan qana dəyərək çıxan su nəcisdirmi? Yoxsa ağzımın suyunun bir hissəsi sayılır və pakdır?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Pak hökmündədir. Hərçənd ki, ehtiyat müstəhəb ondan çəkinməkdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (104) : Soruşmaq istəyirəm ki, yediyim yemək tikələri dişimin dibindəki qonmuş qanla qarışır. Bu tikələr nəcis olur, ya yox? Nəcis olsa, ağızın içi bu tikələri udandan sonra da nəcis olaraq qalırmı?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Fərz olunan halda ağızdakı tikələr nəcis deyildir və onu udmağın eybi yoxdur, ağız boşluğu da pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (105) : Bir neçə müddətdir ki, belə şayiə yayılmışdır ki, gözəlləşdirmə maddələri (kosmetika) nəcisdir. Həmçinin deyirlər ki, guya uşaq doğulanda cifti götürüb soyuducuda saxlayırlar, (bəzən deyirlər ki, hətta ölmüş uşaqları da belə edirlər) bundan kosmetika maddələri -pamada kimi- hazırlayırlar. Biz də bəzi vaxtlar bu maddələrdən istifadə edirik. (Hətta dodağa çəkilən qırmızı (pamada) dodağı islatma zamanı udulur.) Bu nəcisdirmi?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yayılan şayiələr şəri nöqteyi-nəzərdən kosmetika maddələrinin nəcis olmasına dair dəlil ola bilməz; və nə qədər ki, onun nəcis olması mötəbər şəri yolla aşkar edilməyib, ondan istifadə etməyin heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (106) : Hər bir paltardan, yaxud parçadan çox nazik olan tüklər (tükcüklər) tökülür. Biz paltarları paklayanda teştdəki suya baxıb orada bu nazik tükləri görürük. Bu halda əgər teşt krantın suyuna birləşən halda su ilə dolu olsa, paltarı teştin içinə atanda su da onun kənarlarını isladır. Suda olan bu tüklərin hesabına bu sudan ehtiyat edirəm, hər yeri paklamağa başlayıram, yaxud uşaqların nəcis paltarlarını çıxaranda o paltarı çıxardığım yeri, hətta quru olsa da belə paklamağa başlayıram. Çünki fikirləşirəm ki, bu tüklər o teştə tökülmüşdür. Bu cür ehtiyat lazımdırmı?
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Teştə qoyularaq üstünə krant suyu tökülən və su ilə əhatə olunan paltarı paklama zamanı paltar, teştin içində olan su, paltardan ayrılan və suda dolanan tüklər hamısı pakdır. Bu zaman nəcis paltardan düşən tüklər, yaxud toz-torpaq paklanır. Amma əgər o tüklərin nəcis yerdən ayrılmasına dair yəqinlik hasil olsa, pak olmaz. (Tüklərin) ayrılmasında, yaxud nəcis bir yerdən ayrılmasında sırf şəkildə şəkk etməklə ehtiyat etmək lazım deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (107) : Bir şeydən başqa bir şeyə keçməyə səbəb olan rütubət hansıdır?
Ad: Hesenaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Rütubətin keçici olmasında əsas şərt budur ki, o, (rütubət) nəm olan bir şeydən başqasına, hiss olunan dərəcədə nəql olunsun (bu iki şey bir-birinə toxunduqda).
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (108) : Paltarları yuyub qurudan yerlərə verilən paltarların paklıq cəhətindən hökmləri nədir? Həmçinin, qeyd etməyi lazım bilirəm ki, məzhəbi cəhətdən azlıq təşkil edənlər (yəhudi, nəsrani və s. kimi) də öz paltarlarını yuyub qurutmaq üçün oraya verirlər. Həmçinin bilirik ki, bu paltar yuyanlar kimyəvi maddələrdən istifadə edirlər.
Ad: Gulaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Paltar yuyub qurulayan yerə verilən paltarlar əvvəllər nəcis olmamışsa, pak hökmündədir; və kitab əhlindən olan, məzhəbi azlıqda olan şəxslərin paltarlarına toxunmaqla o paltarlar nəcis olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (109) : Avtomatik işləyən ev paltaryuyan maşınlarında tam şəkildə yuyulan paltarlar paklanırmı? Bu maşınların işləmə tərzi belədir: Birinci dəfə o maşın paltarları su, sabun və s. ilə qarışdırıb fırladır və sonra ona su tökürlər ki, paltarda olan sabun və s. köpükləri getsin. Daha sonra isə maşın paltarı qəlil su ilə 3 dəfə yuyur. Buradan da paltarın yuyulduğu su maşından çıxır. Buyurun, görək, bu yol ilə yuyulan paltarlar pak olur, ya yox?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəcasətin eyni zail olduqdan sonra əgər kranta birləşik olan su maşının içində paltarlara və maşının tamamilə içərisinə çatıb sonra ayrılaraq çölə çıxırsa, bu halda o paltarlar pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (110) : Əgər su yerə, hovuza, yaxud da paltar yuyulan hamama tökülsə və sonra da bu suyun nəmişliyi paltara dəysə, bu halda paltar nəcis olarmı?
Ad: Fidan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər su pak olan məkana, yaxud pak olan torpağa tökülsə, ondan qalxan nəmişlik də pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP