Sual (81) : Allahın salamı və rəhməti üzərinizə olsun. Mən öz qohumlarımla həmişə əlaqə saxlayıram. Yoldaşımın qohumları ilə də əlaqə saxlayırdım. Gördüm ki, onlar xoşlamırlar, mən daha zəng etmədim. Bunu düzgün edirəmmi, mənə günah gəlirmi.? Onlarla əlaqə saxlamamağım sileyi-rəhm etməmək kimi qiymətləndirilərmi? Allah razı olsun.
Ad: Günahkar bəndə, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qəti-rəhim (qohumlarla əlaqəni kəsmək) haramdır və qohumlardan məqsəd nəsəbi (bir kökdən gələn yaxın) qohumlardır, qohumluğun uzaq olmaması şərtdir belə ki, el arasında yaxın qohum sayılmasın. Əlbətdə sileyi-rəhim (qohumları yad etmək) yalnız gedib görüşməklə məhdudlaşmır belə ki, kef-əhval tutmaq, xəbər göndərmək, telefon, məktub və bunun kimi vasitələr ilə də yad olunarsa, kifayətdir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (82) : eşitmişəm ki pendir yemək məkruhdur. zəhmət olmasa pendir yeməyin hökmün yazn
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yaxşı olar ki, pendir qoz ləpəsi ilə birlikdə yeyilsin.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (83) : SUALIM BU IDI KI GOYERCIN SAXLAMAQDA NESE GUNAH BIR IS VAR YA YOX.BIRDE GOYERCIN UCURTMAQDA,GOYERCIN TUTMAQDA ALIMLER NESE DIYIBLER............INDIDEN TESEKKUR ELIYIREM
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Göyərçin saxlamaq günah deyil, əksinə bəyənilən və müstəhəbdir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (84) : Aybaşı olan qadınların üstündə Pеyğəmbərin ya imamların adı yazılan boyunbağı asması nə dərəcədə düzgündür?
Ad: Almaz, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Boyuna belə boyunbağı salmağın iradı yoxdur. Amma bu halda vacibdir ki, o ad bədənə toxunmasın.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (85) : Ərzaq mallarının üstündə hansı emulqator kodları olan məhsulları yemək olmaz?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bunu müəyyən etmək mükəlləfin öz vəzifəsidir.
Əlbəttə, əgər islami ölkələrin istehsalı olsa və sizin onun tərkibində haram və ya murdar bir şeyin olmasına əminliyiniz yoxdursa, ondan istifadə edə bilərsiniz və axtarış etmək də lazım deyil. Həmçinin, bitkidən hazırlanıbsa- istər islami ölkənin istehsalı olsun, istərsə də qeyri-islami ölkənin- ondan istifadə edə bilərsiniz.
Lakin heyvandan hazırlansa və qeyri-islami ölkənin istehsalı olsa, o heyvanın şəri zibh olunması sizə müəyyən olmasa, ondan çəkinmək lazımdır və yuxarıda qeyd etdiyimiz kimi əgər bunun üçün xüsusi kodlar qoyulubsa, onu müəyyən etmək mükəlləfin öz vəzifəsidir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (86) : salam,umumi dilde heci pivesi deyilib delster adlanan icki halaldir yoxsa haram
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər tərkibində haram, yaxud murdar bir şey olmasa, onu içməyin eybi yoxdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (87) : Salam.menim bele bir sualim vardi. Usagin on gunu tamam olanda 10u tokmek ucun deyilen hansi dua var.birde onda evvel usaq cimmelidi yoxsa ana qusul edib sonra usagi cimizdirmelidi? Birde suyu hansi qabda tokmek lazimdir. Umumiyyetle qusl ederken mutleq qabla tokmeliyik suyu,yoxsa tujdan istifade etmek olarmi? Evvelceden tesekkur edirem.Allah razi olsun…
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Müstəhəbdir ki, uşaq doğulduqdan sonra əgər zərəri yoxdursa ona qüsl verilsin; sağ qulağına azan, sol qulağına isə iqamə oxunsun; ona Fərat çayının suyundan və İmam Hüseyn (ə) türbətindən verilsin; uşağa ən yaxşı adlar qoyulsun; ən yaxşı adlar Allaha bəndəlik mənalarını verən adlardan, məsələn Abdulla, Əbdurrəhim, Əbdurrəhman və bu adlardan sonra ən yaxşı adlar peyğəmbərlərin və imamların adlarıdır və bunların ən yaxşısı Məhəmməd adıdır, hətta 4 oğlu olan şəxs oğullarının birinin adını Məhəmməd qoymasa məkruh iş görmüşdür.
Müstəhəbdir ki, uşağın saçını yeddinci gündə qırxsın və saçın ağırlığı qədər qızıl və ya gümüş sədəqə versin. Məkruhdur ki, başın bir tərəfini qırxsın və digər tərəfini qırxmasın.
Uşaq dünyaya gəldikdə vəlimə (qonaqlıq) vermək müstəhəbdir və bu, vəlimənin müstəhəb olduğu beş hadisədən biridir. Həmçinin uşaq sünnət olunduqda vəlimə vermək müstəhəbdir. Birinci vəlimənin doğulan gün verilməsi mötəbər deyil, onu bir neçə gün təxirə salmağın işkalı yoxdur. Əgər yeddinci gün və ya ondan qabaq sünnət olunsa sünnət olunan gün hər iki niyyətlə vəlimə versə hər iki müstəhəb əməl yerinə yetirilmiş olur.
Oğlan uşaqlarını sünnət etmək vacibdir və müstəhəbdir ki, yeddinci gündə olunsun və yeddinci gündən sonraya saxlamaq da icazəlidir. Əgər həddi buluqdan sonraya qədər təxir edilsə özünə vacibdir ki, özünü sünnət etdirsin.
Müstəhəbdir ki, körpənin dunyaya gəlişinin 7-ci günündə ata körpədən bəlaların uzaqlaşması məqsədilə bir qoyun və ya inək quraban kəsib ətini və ya bişmişhini yoxsullar arasında paylasın. Yaxşı olar ki, qurbanlıq qoyun oğlan uşağı üçün erkək, qız uşağı üçün dişi və eyibsiz olsun. Qurabnlıq ətin tamamilə yoxsullara paylanması mustəhəbdir. Yaxşı olar ki, əti bişirib müsəlmanlara (ən azı on nəfər) qonaqlıq versinlər. Həmçinin, əqiqənin dörddə birinin yaxud bir ayağının (budunun) mamaya (doğuş zamanı uşağı tutana) verilməsi müstəhəbdir. Əgər mama olmasa həmin miqdarı uşağın anasına vermək lazımdır ki, o özü istədiyi şəxsə hədiyə etsin.
Valideynlərin qurbanlıq ətdən yemələri məkruhdur. Həmçinin bu qurbanlıq təkcə vilayət əhlinə verilsin.
Əgər valideynlər uşaq üçün əqiqə etməyiblərsə, müstəhəbdir ki, uşaq özü üçün əqiqə etsin.
Əqiqəyə oxunan dua:
Bismillahi və billah. Alahummə əqiqətun ən fulan ("fulan" sözünün yerinə korpənin adi deyilsin) ləhmuha biləhmihi və dəmuha bidəmihi və əzmuha biəzmihi. Allahummə icəlhu viqaən liali Muhəmmədin səlləllahu ələyhi və alihi.
2. Suyun qabla, yaxud duşdan tökülməsinin fərqi yoxdur.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (88) : salam aleykum qardaslar fitre pulunu bir nece gun gecikdiirsek olar cunki bir xeyriye ise pul yigilir maddi komey edilecey bunu nezere alaraq gecikdirmey olar eyer olmazssa tecili ne etmey lazimdi ?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əvvəla qeyd edək ki, fitrə zəkatı vacib ehtiyata əsasən, yalnız fəqirə verilməlidir. Məqsəd budur ki, fitrə zəkatı mal zəkatına müstəhəqq olanların şərtlərini özündə toplayan şiə fəqirlərə verilməlidir. Amma əgər onun şəhərində şiə fəqir yoxdursa, başqa müsəlmanların fəqirlərinə də verə bilər. Amma hər təqdirdə gərək nasibiyə (əhli-beytlə düşmənlik edənə) verilməsin.
Fitrə verilən fəqirin adil olması lazım deyildir. Lakin vacib ehtiyata əsasən, şərab içən, namaz qılmayan və aşkara günah edənə fitrə verilməsin.
Fitrəni günah işlərdə xərcləyən şəxsə, gərək fitrə verilməsin.
Əgər fitrə niyyəti ilə malından bir miqdarını kənara qoyub, bayram günü zöhrə qədər müstəhəqqə verməsə, onu hər vaxt versə, fitrə niyyəti etsin. Əgər təxirə salmaq ağıllı bir məqsəd üçün olsa, eybi yoxdur.
Əgər bayram günü zöhrə qədər fitrəni verməsə və kənara da qoymasa, vacib ehtiyata əsasən sonradan əda və qəza niyyəti etmədən fitrəni versin.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (89) : Teqlid etdiyim mucethid ayin 30-u ramazan ayinnin başlanmasini deyir , men isə ayin 29-u başlamişam oruc tutmaqa , indi mən nevxat orucumu bitirim?
Ad: Elmar, Ölkə: Baki, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Sistaninin nəzərinə əsasən, ayın əvvəli dörd yolla sübut olunur:
1. İnsan özü Ayı görsün.
2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir dəstə şəxsin "Ayı gördük" deməsi ilə və ya hər hansı bir şeylə insana üqəlayi mənşəyi olan yəqin ya da xatircəmliyin hasil olması ilə.
3. İki adil kişinin, "gecə Ayı gördük" demələri ilə; Amma ayın xüsusiyyətini bir-birinin əksinə deyərlərsə, ayın ilk günü sübut olunmur. Həmçinin əgər insan onların səhvə yol verdiklərinə yəqin edərsə və ya xatircəm olarsa yaxud onların verdiyi şəhadət zidd, yaxud hökmündə olan bir məsələ ilə qarşılaşarsa ayın əvvəli sübut olunmaz məsələn; əgər şəhər əhalisnin çox hissəsi Ayı görmək üçün baxdıqları halda iki adil kişidən başqa heç bir şəxs Ayı gördüyünü iddia etməzsə və ya bir dəstə Ayı görmək üçün baxdıqları halda onların arasından yalnız iki adil şəxs Ayı gördüyünü iddia edərsə, başqaları isə görməzsə, belə ki, Ayın yerini bilmək və yaxşı görmə və digər xüsusiyyətlərdə birinci iki adil şəxs kimi olan iki ayrı adil şəxs onların arasında olarsa, hava da açıq-aydın olsa, o iki nəfərin görməsinə ehtimal olunan bir maneə də olmasa, bu halda ayın əvvəli iki nəfər adil şəxsin şəhadəti ilə sübut olunmaz.
4. Şəban ayının əvvəlindən 30 gün keçmiş olsa; bunun vasitəsi ilə Ramazan ayının əvvəli olması sübuta yetir. Yaxud, Ramazan ayının əvvəlindən 30 gün keçsə, bu halda Şəvval ayının olması sübut olunur.
Şəriət hakiminin hökm etməsi ilə ayın əvvəli sübut edilməz. Amma əgər onun hökmündən və ya ayın (əvvəli) olmasını sübut edilməsi ilə Ayın görünməsinə xatircəmlik hasil olsa, (ayın əvvəli sübut olunar).

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (90) : salam aleykum. sualim budurki haram yolla pul qazanan bir insan o qazandigi haram pulla ehsan verirse o ehsanin hokmu ve o ehsani yemeyin hokmu nedir?
Ad: seymur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Haram yolla əldə edilmiş malla (ya pulla) ehsan vermək düzgün deyil və Allah dərgahında qəbul deyil. Əgər ehsanın haram maldan verilməsini bilsəniz, onu qəbul edə, yaxud ondan istifadə edə bilməzsiniz.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Go to TOP