Sual (11) : Salam aleykum. Cənab Seyyid Şübeyr Zəncani (Allah sizi qorusun) cənablarına: Bəziləri sosial şəbəklərdə şəxsin razılığını və icazəsini almadan onun adından səhifə və ya qrup açır. bəzən belə səhifələr onun üçün əzab-əziyyəti və problemlər yaradır. belə bir səhifə açmağın hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Zəncani
Bismillahir-rəhmanır-rəhim
Əgər əziyyət qəsdi ilə olsa, yaxud qeyri-real mövzuların onlara istinad edilməsinə səbəb olsa, icazəli deyil.
http://sual.nuraz.in/az/35/M%C3%BCxt%C9%99lif-m%C9%99s%C9%99l%C9%99l%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (12) : Əmr-be-məruf və nəhy-əz-munkərin vacib olma şərtləri nədir?
Ad: Nurlan, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Məruf və münkəri müxtəsər şəkildə olsa da, tanımaq; Deməli məruf və münkəri tanımayan və onları bir-birindən seçə bilməyən şəxsə əmr bil-məruf və nəhy ənil-münkər vacib deyil. Bəli bəzi vaxtlar əmr bil-məruf və nəhy ənil-münkəri öyrənmək və tanımaq vacibdir.
2. Əmr və nəhyinin təsirli olacağına ehtimal versin; Deməli, onun sözünün təsirli olmayacağını bilsə fəqihlərin arasında məşhur budur ki, onun öhdəsində bir təklif yoxdur və əmr bil-məruf və nəhy ənil-münkər ona vacib deyil. Amma ehtiyat-vacib budur ki, öz narahat və incidiyini hər bir mümkün olan vasitə ilə hətta onda təsir etmədiyini bilsədə, günhkara bildirsin.
3. Günahkarın pis işləri davam etdirməsinə qəsdi olsun; Deməli günahkar pis işləri davam etdirmək istəməsə əmr bil-məruf və nəhy ənil-münkəri etmək vacib deyil.
4. Günahkar pis və xilaf işlərdə üzürlü olmasın; Bu etiqadla ki, etdiyi pis iş haram deyil bəlkə mübah və ya tərk etdiyi yaxşı iş vacib deyildi.
Bəli əgər münkər müqədəs Şarinin edilməsinə razı olmadığı işlərdən olsa ehtiramı olan şəxsin öldürülməsi kimi, hətta işi edən üzürlü olub və mükəlləf olmasa da onun qarşısını almaq vacibdir.
5. Can, abır və mali zərər (əhəmiyyət verici dərəcədə) olsa; Bir şəxs əmr bil-məruf və nəhy ənil-münkər edəni təhdid etməsin. Çətinlik və məşəqqət dözülməz dərəcədə olmasın. Əgər yaxşı və pis iş müqədəs Şarinin yanında çox əhəmiyyətli olsa gərək onun yolunda zərər və çətinliklərə dözülsün.
Əgər əmr bil-məruf və nəhy ənil-münkər edənə zərər olmasa amma digər müsəlmanlara can, abır və mali zərər (əhəmiyyət verici dərəcədə) olsa əmr bil-məruf və nəhy ənil-münkər vacib deyil. Belə olan surətdə zərər və o, işin əhəmiyyəti müqaisə olunur ki, bəzi vaxlar zərər olan halda da əmr bil-məruf və nəhy ənil-münkər tərk olunmur.
http://sual.nuraz.in/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (13) : SaLaM, sualim var, 1 toyda veya basqa merasimlerinde stolun usdunde icqi olsa ve mende o stolda otursam corek yesem olar? 2. Sistani aga yeni fetva veribki turkiyeden bir sey almaq haramdi oz olkemizde turkiyeden getirilen geyim ve s. kimi seyleri aliriq o da haramdi? cox sagolun
Ad: RehmaN, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Şərab içilən süfrədən nə isə yemək haramdır. Həmçinin belə bir süfrədə əyləşmək ehtiyat vacibə əsasən icazəli deyil.
2. Bu sual-cavab saxtadır və həqiqətə uyğun deyil.
http://sual.nuraz.in/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (14) : ümumi və ictimai məkanlarda siqaret çəkirlər və bu da insanların əzab-əziyyətinə düşməsinə səbəb olur. hətta bəzilərinə çox pis təsir edir və onlarda xəstəlik yaradır. belə olduqda ümumi mühitdə siqaret çəkməyin hökmü nədir?
Ad: ehli-beyti seven, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər başqalarının əziyyətinə və narahatlığına səbəb olursa, və siqaret çəkilməsinə razı deyillərsə, icazəli deyil.
http://sual.nuraz.in/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (15) : Əgər mən yemək yeməy üçün hər hansı bir yeməkxanaya daxil olsam və həmin yeməkxanada şərabda verildiyini görsəm, bir qiraqda əyləşib orada olan halal qidalardan yesəm harama düşmüş olarammı?
Ad: Hesen, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Yeməklə yanaşı içki verilən restorana getmək olar. Bu şərtlə ki, sizin ora getməyiniz bu kimi restoranların işinin genişlənməsinə (dəbə düşməsinə) səbəb olmasın. Söz yox ki, şərab və spirtli içkilər içilən mizdən (süfrədən) nə isə yemək haramdır. Hətta vacib ehtiyata əsasən, belə mizin kənarında (yemək yemədən) əyləşmək də haramdır.
http://sual.nuraz.in/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (16) : Salam Aleykum Toy məclisində iştirak etmək olarmı?
Ad: Subhan, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Toy və digər şənlik məclisləri, şəriət qanunları çərçivəsində olsa, orada iştirak etməyin bir iradır yoxdur. Amma haram və günah işlərlə yanaşı olan toy və şənlik məclislərində iştirak etmək olmaz.
http://sual.nuraz.in/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (17) : Yeni il münasibətilə yolka bəzəmək olarmı?
Ad: Leyla, Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Xristian simvollarından istifadə edilmədiyi halda, eybi yoxdur.
http://sual.nuraz.in/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (18) : Bir qadının əri dindar deyil və kafir ölkəsində yaşamaq istəyir. qadın isə buna razı deyil. sual budur ki, o qadın öz ərinin kafir ölkələrə getməklə bağlı sözünə baxmaya bilərmi? yoxsa itaət etməsi vacibdir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər ora getmək dininə, etiqadına və əxlaqına ziyan vuracaqsa, onun sözünə baxmamaq (onunla müxalifət etmək) icazəlidir.
http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (19) : Turizm və səyahət turlarının İsrailə turizm səfərləri təşkil etməsinin hökmü nədir?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Belə səyahət səfərlərinin təşkil olunması İslam düşmənlərinin güclənməsinə, müsəlmanların zəifləməsinə səbəb olur və bu iş heç bir müsəlmana icazəli deyil.
http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (20) : Zinadan əmələ gəlmiş uşaq şəri övladın hökmündədirmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Zinadan doğulmuş uşaq bir çox hallarda məsələn, saxlayıb-böyütmək, xərclərini vermək və sair bu kimi hökmlərdə şəriət baxımından qanuni uşağın hökmündədir. (İrs məsələsi kimi müstəsna olmasına sübut-dəlil olan hallardan başqa.) Buna görə də məhrəmlik, böyüdüb boya-başa çatdırmaq və tərbiyələndirmək kimi hökmlərin hamısı zinadan əmələ gələn övlad üçün var. Təkcə irs ona çatmır.
http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP