Sual (131) : İslam dininin təhlükə qarşısında qaldığını gördükdə, onun müdafiəsinə qalxan zaman validеynlər narazı olsa, onun hökmü nеcə olar?
Ad: Qasim, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İslam və müsəlmanların vacibi müdafiəsi validеynlərin icazəsindən asılı dеyildir; lakin bununla yanaşı, çalışmaq lazımdır ki, onların da razılığı əldə olunsun.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (132) : Salam aleykum men bilmek isterdim ki hezret xanim Fatimeyi Zehranin bu sehadet gunlerinde ezadarliq meclisinde istirak etmek necedir. bu da imamlarin ezadarliqi kimi savablidirmi?
Ad: Yaver, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Həzrət Siddiqeyi-Tahirə Fatimeyi Zəhra (s) həqiqətdə öz atası həzrət Peyğəmbər (s) kimidir və əhli-beytin (ə) yanında xüsusi məqamı vardır. Belə ki, bütün İmamlar (ə) onun varlığı ilə fəxr edirlər. O müqəddəs varlıq bütün əhli-beyt (ə) üçün höccətdir. Yəni özlərinin haqlı olması, qəsbkarların və zalımların qüvvədən düşməsi üçün o xanımın vücudu irəli sürülür. Bütün əhli-beyt (ə) höccətdir, lakin həzrət Zəhranın (s) bu cəhətlərdən höccət olması hər kəsdən çoxdur.

O, iffəf, ismət və kəramətdə İslamın ilk qadınıdır və onun varlığı bir örnəkdir. Önəmli məsələlərdən biri Fatimiyyə günlərinin hörmətini saxlamaqdır. Fatimənin (ə) vəzifələri, təqvası, ibadəti, elmi və hikməti gərək həmişə belə proqramların içində olsun. Bu vəzifələr çıxışlarda, yazılarda və münasib olan hər fürsətdə açıqlanmalıdır.
Fatimiyyə günlərində o həzrətin (ə) ilahi şəxsiyyətinə ehtiram qoyumaq vacibdir. O həzrətin (ə) sözləri bütün qadınların və hətta kişilərin də həyat nümunəsi olmalıdır. Fatimiyyə günləri bir tarixdir. Fatimiyyə günlərini qeyd etmək zalımlara qarşı fəryaddır. Fatimiyyə günləri-yəni cihad. Fatimiyyə günləri-yəni həzrət Məhdinin (ə) ilahi höküməti günü. Həmçinin Fatimiyyə günləri Aşuradır, Qədr gecəsidir. Qədr gecəsi və Fatimiyyə günləri-yəni haqqın batilə qalib gəldiyi gün deməkdir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (133) : Bəzi şəxslər fala baxmaqla, bürclər vasitəsilə gələcəkdən, keçmişdən və müraciət edənlərin xəstəliklərindən xəbər verir və belə deyirlər: “Sənin filan problemlərin var və ya olacaq, filan qədər verməlisən ki, təsirli bir dua yazım”. Onlar qızlar və oğlanlar arasında, ər-arvad arasında məhəbbət duası, dəlilər üçün, cin toxunan insanlar üçün dua yazaraq, külli miqdarda pul alırlar və bundan əlavə, cümə və camaat namazlarında da iştirak edirlər. Buyurun ki, bu işlərin müqabilində pul almağın hökmü nədir?
Ad: Fatimə aşiqi, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Belə işlərin müqabilində pul almaq icazəli deyil.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (134) : Bir qadın öz etirafına görə neçə illər mütəmadi şəkildə əxlaqsız işlərə (fahişəliyə) məşğul olmuş və bu yolla məişətini təmin etmişdir. O, bu qanunsuz və haram qazancla ev-eşik əldə etmişdir. İndi tövbə etmək istəyir. Onun ev və digər avadanlıqdan ibarət əmlakının hökmü nədir?
Ad: Anonim, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Sahiblərini tanıyırsa onları sahiblərinə qaytarmalıdır. Tanımırsa məchulul-malik hökmündədir və onun özünün buna kiçik ehtiyacı varsa, şəriət hakimi onun tövbə etdiyini nəzərə alaraq bu əmlakı “rəddi-məzalim” ünvanı ilə ona verə bilər.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (135) : Xahiş edirik novruz barədə müqəddəs şəriətin nəzərini açıqlayasız? Onu bayram ünvanında qəbul etmək olarmı?
Ad: Gul, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Safi

Bismillahir-rəhmanır-rəhim

İslami olan əsas şəri və məzhəbi bayramlar "Fitr", "Qurban", "Qədir" bayramları, həzrət Rəsul- əkrəmin (s) və məsum imamların (ə) dünyaya gəldikləri günlərdir.
Novruz bayramında da əgər möminlər, mömin qardaşlar ilə görüşmək, xəstələrə baş çəkmək, fəqirlərin halından xəbərdar olmaq və onlara kömək etmək kimi proqramları yerinə yetirsələr və eyni zamanda insanları xoşa gəlməyən yollara sövq etdirən işlər etməsələr, belə bir bayramın keçirilməsi münasibdir.
Hədisdə vardır "كل يوم لايعصي الله فيه فهو يوم عيد" (Allaha qarşı üsyan olunmayan hər bir gün bayramdır).
Novruz, yəni yeni gün, bahar fəslinin birinci günü.

Bahar fəsli bir həqiqətdir və yaradılmışdır, Cəmşid ilə də heç bir əlaqəsi yoxdur. Təkcə Allah bilir ki, bahar fəsli Cəmşiddən neçə min, yaxud neçə milyon il əvvəl yaranmışdır. Yerin öləndən və bitkilərin quruyandan sonra yenidən dirilməsi (canlanması), Allahın nişanələrindəndir. Necə ki, Qurani-Məciddə buyurur: "إعلموا أن الله يحيي الأرض بعد موتها" (Bilin ki, Allah-Taala yeri, öləndən sonra dirildir).
Novruz bayramında qüsl yaxud hər hansı digər bir ibadətin də həmin münasibətə olması mümkündür.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (136) : Bildiyiniz kimi artıq bir neçə ildir ki, ölkəmizdə möminlər arasında hz. Fatimə (s) günləri keçirmək adət halına keçir və bu məsələ öz yerini tutmaqdadır. Bu illəri (2014 cü il) hz. İslam Peyğəmbərinin əziz qızı, onun ürəyinin parası hz. Fatimənin (s) şəhadət günləri ölkəmizdə həmişə bayram keçirdiyimiz və çox xoşladığımız Novruz bayramı ərəfəsinə düşür. Mən şəxsən özüm belə fikirləşirəm ki, bayram keçirmək, şadlıq etmək düzgün deyil. Qeyd edim ki, bu təkcə mənim fikrim deyil artıq çoxlu möminlər belə düşünür. Onlar bir-birlərinə deyirlər ki, bu günlərdə bayramı bir-birimizə təbrik deməyək və bayram keçirməyək, şadlıq etməyək. Hz. Fatimənin (s) hörmətini saxlayaq və bu bayram keçirməkdən çox-çox üstündür. Hətta, bu günlərdə bəziləri qonaqlığa getməyi, qoz-fındıq almaq, şirini bişirmək kimi bayram tədarükü etməyi də düzgün hesab etmirlər. İndi mən bir dəstə möminlər adından yazaraq sizdən aşağıdakı suallara cavab verməyinizi xahiş edirəm: 1. Hz. Fatimənin (s) şəhadət günlərində bayram, şadlıq etməyi, bayram tədarükü görməyi, o cümlədlən bayram münasibətilə şəkərbura-paxlava kimi şirniyyatlar bişirməyi siz icazəli bilirsinizmi? 2- Bu günlərdə şadlıq-bayram etməyib, əzadarlıq etməyi şəxsi mövzu bilirsiniz, yoxsa ictimai? Yəni əgər görsək ki, bir nəfər Novruz bayram keçirir, şənlik-şadlıq edir, ona bu işi eləməməsini deməliyikmi? Şəhadət günləri olmasını ona xatırlatmalıyıqmı? Ümumiyyətlə, bu barədə bizə tövsiyəniz nədir?
Ad: Mehdi, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

1. Xatırladaq ki, həzrət Fatimənin (s) şəhadət gününün (95 və 75 gün hədislərinə əsasən olan şəhadət günlərinin özü) Novruz bayramı gününə düşmür. Ona görə də bu ilki Novruz bayramında şadlıq etməyin, eybi yoxdur. Lakin şəhadət günlərinin özündə şəhadəti nəzərə almaq və bu məsələyə riayət etmək lazımdır.

2. Fatimiyyə günlərində (həzrət Fatimənin (s) şəhadət günləri) şadlıq-şənlik etmək haram olmasa da lakin, islami ürf və adət-ənənələr belə tələb edir ki, şəhadət günlərində qeyri-məntiqi və qeyri-şəri şənliklərdən çəkinilsin. Çünki Quran və rəvayətlər Peyğəmbərin (s) ailəsini sevməyi vacib etmişdir ("Şura" surəsi, ayə 23, "Hud" surəsi, ayə 29).

Sevginin də bır sıra lazimə və əsərləri vardır və sadiq, doğru sevgisi olan o kəsdir ki, sevginin ədəb və qaydalarını lazımınca yerinə yetirsin. Sevginin ən əsas laziməsindən biri budur ki, sevdiyin insanların qəminə şərik olasan, onlarla həmdərd olasan, şad günlərində də onların sevincinə şərik olasan və şad olmağını bildirəsən. Bu üzdən əhli-beytin (ə) şadlığında şad olmağa, qəmlərində qəmlənməyə təkid edən çoxlu hədislər vardır. Həzrət Əli (ə) buyurur: "Bizim şiələrimiz və ardıcıllarımız bizim şadlığımız və qəmimizə şərikdirlər, öz varlarından və canlarından bizim yolumuzda keçirlər. Onlar bizdəndirlər və qayıdacaqları yer bizik" ("Bihar əl-anvar", c. 1, səh 114). Digər bir hədisdə imam Sadiq (ə) buyurur: "Bizim şiələrimiz, vücudumuzun bir hissəsidirlər və bizim gilimizin artığından yarandılıblar. Bizi qəmləndirən işlər onları da qəmləndirir, bizi sevindirən işlər, onları da sevindirir" ("Bihar əl-anvar", c. 64, səh 76).

Əqli və şəri vəzifə belə tələb edir ki, əhli-beytin (ə) əzadarlıq günlərində qəmgin olaq. Necə ki, imamlarımız Məhərrəm ayında belə olardılar. İmam Rza (ə) Rəyan ibn Şəbibə sifariş edir ki, imam Hüseyn (ə) üçün əzadarlıq etsin ("Əmali-Səduq", səh. 130).

Əhli-beytə (ə), o cümlədən həzrət Zəhraya (ə) əzadarlıq etməyin həm şəxsi, həm də ictimai təsirləri vardır. Yəni şiə məktəbində və mədəniyyətində əzadarlıq mərifət əsasında olmalı olduğundan, əhli-beytlə (ə) həmdərd olmaq həqiqətdə onların fəzilətlərini, hədəflərini xatırlamaqdır. Beləliklə, insanı onlardan örnək götürməyə sövq edir.

Əlbəttə, qeyd edək ki, əhli-beytə (ə), o cümlədən həzrət Zəhraya (ə) əzadarlıq etməyin mənası heç də həmişə qara geyinib, qəmli olmaq mənasına deyil. Lazım olan budur ki, əhli-beytə (ə) əzadarlıq zamanı onların hörmət və müqəddəsliyini qoruyaq.

Bizim tövsiyəmiz budur ki, camaatımız ənənəvi Novruz bayramını keçirməklə yanaşı Fatimiyyə günlərinin də hörmətini saxlasınlar və biz inanırıq ki, belə olacaq.

Bu mövzunu yaxşı və incə yollarla başqalarına da çatdırmaq olar.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (137) : Cinsiyyət dəyişdirildikdən sonra təyin edilmiş mehriyyənin hökmü nədir? Onun hamısını ödəmək (qadın cinsiyyətini dəyişdirib kişi olduğu təqdirdə) məcburi və vacibdirmi? Mehriyyə ödənilməsə necə? (kişi cinsiyyətini dəyişdirib qadın olduğu təqdirdə). Yaxud evlilik müddəti və mehriyyənin miqdarı bir-biri ilə müqayisə edilməli və birgə yaşadıqları müddət üçün mehriyyə şamil olmalıdır?
Ad: Eldar, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Nikah əqdi bağlanmaqla mehriyyə borc olaraq kişinin boynuna gəlir və aydındır ki, mehriyyənin hamısı kişinin öhdəsindədir. Buna əsasən cinsiyyət dəyişdirilsə belə kişi mehriyyənin hamısını ödəməlidir. Çünki cinsiyyət dəyişdirilməklə kişinin boynunda olan öhdəçilik (əlbəttə mehriyyə baxımından) dəyişmir. Həmçinin qadın da cinsiyyətini dəyişdirdikdə, bu hökm öz qüvvəsində qalır. Zahirən, mehriyyənin hamısının yaxud yarısının ödənilməsində yaxınlıq olub-olmaması baxımından yaxınlıqdan öncə talaq hökmü deyil, yaxınlıqdan öncə ölmək hökmü icra olunur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (138) : Sual: Salam. Bildiyiniz kimi son zamanlar ölkəmizdə cinə inanma, cinlə müalicə, cinvurma, cinçıxarma kimi məsələlər çox pis bir şəkildə yayılmaqdadır və hətta bunlar televiziya verlişlərində də açıq-aşkar təbliğ edilir. Bütün bunları nəzərə alaraq sizi bir mötəbər qaynaq bilərək aşağıdakı sualı soruşmaq istərdim. Zəhmət olmasa bu baarədə alimlərimizin nəzərini və bu barədə hökmlərini deyəsiniz. Sualımız belədir: İnsan cinlə əlaqədə ola bilərmi? Ola bilərsə onu necə izah edə bilərsiz? Zəhmət olmasa bunu şəri və fiqhi hökmünü də bizim üçün aydınlaşdırasınız. Əvvəlcədən öz təşəkkürümüzü bildiririk.
Ad: Elnur, Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

Qurani-kərim cinin olmasını (mövcudluğunu) təsdiqləmiş və onun üçün aşağıdakı xüsusiyyətləri sayır:
1. Cin oddan yaranmış bir varlıqdır. İnsan isə torpaqdan yaranmışdır.(Rəhman, 15)
2. Elm, idrak, haqqı batildən seçmək və məntiq və arqumentə malikdir. (Cin surəsinin müxtəlif ayələri)
3. Təklif, vəzifə və məsuliyyətə malikdir. (Cin və Rəhman surələrinin ayələri)
4. Onların bir dəstəsi mömin və əməli saleh, digər bir dəstəsi isə kafirdirlər.( Cin və Rəhman surələrinin ayələri)
5. Qiyamət və məadları var. (Həmin, 15)
6. Göylərə nüfuz edib gizlincə qulaq asmaq qüdrətləri varları idi və sonradan qadağan oldular. ( Həmin, 9)
7. İnsanların bəzisi ilə əlaqə yaradırlar və gizli bəzi sirlərə məhdud məlumatları ilə insanları aldadırlar. (Həmin 6)
8. Onların bəzisinin qüdrəti daha çoxdur. Necə ki, insanlarda da belədir. (Nəml surəsi, ayə 39)
9. İnsanın ehtiyacı olduğu bəzi işləri yerinə yetirməyə gücləri çatır. (Səba surəsi, ayə 12-13)
10. Yer üzündə onlar insanlardan qabaq yaranıblar. (Hicr surəsi, ayə 27)
11. Həzrəti Süleymanın əhvalatında, cinlərdən olan ifrit, Bilqeysin təxtini yerindən qalxmamış Süleymanın yanına gətirəcəyini iddia edən zaman, ( Nəml surəsi, ayə 30-40) həzrət Süleyman onu inkar etmir, baxmayaraq ki, Quranda da o cinin təxti gətirməsi gəlməyibdir. (Cavadi Amuli, Abdulla, təfsiri- mövzui, cild 1, səh 119)
Bu ayələrin hamısından cinin xəyali varlıq olmaması başa düşülür. Deməli, cin həqiqi maddi bir varlıqdır ki, onunla əlaqə yaratmaq mümkündür. Bir dəstə də onunla əlaqə yaradıblar. Baxmayaraq ki, qədim zamanlardan insanla cin arasında müxtəlif formada əlaqələr təsəvvür olubdur. Amma biz yalnız mötəbər rəvayətlərdə gəlmiş formaları qəbul edə bilərik.
Burada Quran, rəvayət və alimlərin dilində açıqlanmış bu əlaqələrin bəzi formalarına işarə edirik:

a). Cinə pənah aparmaq. Quranda deyilir: "Həqiqətən (cahiliyyət dövründə) bəzi insanlar bir para cinlərə pənah aparırdılar, bununla onların çətinliklərini artırırdılar." (Cin surəsi, ayə 6)
Ərəblərin adəti belə idi ki, qorxulu biyabana çatan zaman, o məntəqənin cininə pənah aparırdılar. İslam bu işi qadağan edib və insan və cini yaradana pənah aparmağı əmr etmişdir.( Biharul-ənvar, cild 92, səh 148)
b). Cini özünə tabe etdirmə. (təsxir). Cinləri özünə tabe etmək və onları öz xidmətinə almaq mümkün olsa da, amma fəqihlər arasında belə bir işin doğru olub, olmamasında fikir ayrılığı vardır. Lakin yekdil qəbul etdikləri rəyləri budur ki, bu iş şəri cəhətdən haram olan yolla baş verməməli və ya onların əziyyətinə səbəb olmamalıdır. Həmçinin onları işlətmək, haram və qeyri-şəri işlər üçün olmamalıdır. Çünki qeyri-şəri iş görmək, istər vasitə ilə istərsədə vasitəsiz, haramdır. (Minhacus-salehin, Xoyi, Əbulqasim, cild 2, səh 8)

Məsələnin fiqhi hökmü

Ayətullah əl-üzma Xamineidən, cinləri və ruhları təsxir etmə (tabe etmə, ələ alma) yolu ilə yalnız xeyir işlər görməsinə əmin olduğumuz şəxslərə müalicə üçüm müraciət etməyin hökmü barəsində soruşuldu, buyurdu: "Bu işin öz- özlüyündə iradı yoxdur, bu şərtlə ki, şərən halal olan yollardan yerinə yetirilsin". (Tozihul- məsail (Əl-məhşi lil- imamil- Xomeyni), cild 2, səh 980)
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (139) : İslam dinində başqa planetdə yaşamağın hömkü necədir? İslam dini buna icazə verirmi?
Ad: Coqfafiyaci, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

Başqa planetlərdə yaşamaq sualı bizim əsrdə ortaya çıxmış bir mövzudur. Ona görə də biz bu sualı iki baxışdan açıqlamaq istəyirik.
1). Görəsən başqa planetlərdə yaşamaq mümkündürmü?
Bu sualın cavabı astronomik və təbiətşunas alimlərin və mütəxəssislərin öhdəsindədir.
2). Belə təsəvvür edək ki, başqa planetlərdə yaşamaq imkanı insan üçün reallaşdı və insanlar yaşamaq üçün o yerlərə üz tutdular. Bu yerdə ikinci bir sual irəli gəlir ki, planetlərə yaşamağa gedən insanların şəri vəzifələri necə olacaqdır. Onlar öz şəri təkliflərini necə yerinə yetirəcəklər?
Bu sualın cavabı isə alimlərin və fiqh mütəxəssislərinin öhdəsindədir. Onlar gərək ayə və hədislərə istinad edərək bu kimi məsələlərin həllini tapsınlar. (şükürlər olsun ki, bu məsələnin öhdəsindən layiqincə gəlmişdirlər və sualı cavablandırmışlar).
İlkin cavab: İslam dininin ümumi qayda-qanunlarına istinad edərkən deyə bilərik ki, başqa planetlərdə yaşamağın heç bir maneəsi yoxdur.( Həkim, Seyyid Möhsin, Həqaiqətul- usul, cild 2, səh 223) Amma əsas şərti də budur ki, o yerdə yaşamaq onun həyatı və başqalarının həyatı üçün təhlükə mənbəyi olmasın. Həmçinin, əgər onun orada yaşamasının fərdə və ictimaiyyətə zərəri olarsa şəri baxımdan qəbahətli sayılır.
Amma əsas sual budur ki, orada insan öz şəri vəzifələrini necə yerinə yetirəcəkdir?
Bu sualın cavabı üçün hər bir insan öz müctəhidinə müraciət edəcəkdir. (məsələn: Qiblənin hökmü, namazın beş vaxtını və sair).
Nümunə üçün böyük müctəhidlərdən biri bu barədə verilmiş suala belə cavab vermişdir: (Suala və cavaba diqqət edin).
Sual: Bu günkü texnoloji inkişaf əsasında insan gün ərzində bir neçə dəfə yer kürəsinin başına fırlana bilər. Belə olan halda onun namazlarının vaxtları necə olacaqdır?.
Cavab: Hər kəs kosmik gəmi ilə yer kürəsini tərk edib onun ətrafını dövr etmək istərirsə, getməzdən öncə beş günün namazını qılsın və Yer kürəsinin üzərindəki "miqyası"( Qrenvic, Merdian) özünə vətən bilsin.
Sözümüzün sonunda bunu da qeyd edək ki, İslam dini daim bütün elmi məsələləri şəri baxımdan cavablandırmış və belə nəzərləri geniş surətdə dəyərləndirmişdir. Bundan əlavə Qurani-kərimdə insanın kosmik gəmilərdə ayı və günəşi seyr edəcəyinə işarələr olunmuşdur (Saffat surəsi, ayə 139- 148). Müqəddəs Qurani-kərim hətta balığın qarnındakı yaşayışdan belə xəbər verərək "həzrət Yunisin tövbəsi qəbul olmadığı halda balığın qarnında qiyamətə kimi qalacağını" söyləmişdir. (Şeyx Abbas Qumi, Səfinətul- bəhar kitabı, cild 2, səh 707)
Balığın qarnında necə yaşamaq isə bu gün heç bir insanın zehninə belə gəlmir.
Peyğəmbər (s) buyurub: "Əgər elm Sürəyyada (ulduz adıdır) olsa belə insanlar ona yiyələnəcəkdir".

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (140) : Salam necəsiniz. 1. bəzən olur ki günahdan heç cür qaçmaq olmur məsələn avtobus,taksi və digər kimi ümumi nəqliyyat vasitələrində, bəzən sürücülər musiqi diskləri oxudurlar,biz burda nə edə bilərik yaxud nə etmək lazımdır? 2. Bildiyiniz kimi, kütləvi informasiya vasitələrində, xüsusi ilə televizordas hicabsız qadınlar və ya ləhv musiqiləri olan şəriət əksinə olan bəzi filmlər verilir, bizim vəzifəmiz nədir? Əvvəlcədən təşəkkür edirəm
Ad: Nazim, Ölkə: AZERBAYCAN, Müctəhid: Ayətullah Safi

Bismillahir-rəhmanır-rəhim

1. Təsir qoyma ehtimalı verdikdə, xəbərdarlıq edin, əks halda lazım deyil və ona qulaq asmaq olmaz.
2. Müsəlmanların hamısı baş verən pis işlər qarşısında pislikdən çəkindirməkdə vəzifəlidirlər. Əgər hamı bu iffətsizliklərin yayılması qarşısında bu barədə etiraz etsələr, bu pis işlərin yayılmasının qarşısı alınar.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Go to TOP