Ad: Rauf, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ayətullah əl-üzma Xamenei buyurub: Əhli-sünnənin müqəddəs simvollarını və islami şəxsiyyətlərini, o cümlədən İslam Peyğəmbərinin (s) həyat yoldaşını təhqir etmək haramdır. Bu mövzu bütün peyğəmbərlərin həyat yoldaşlarına, xüsusilə də İslam Peyğəmbərinin (s) həyat yoldaşlarına aid olur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Marif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Sualın fərzində qızın bu hərəkəti düzgün deyil. Çünki burda qanı dayandırmaq üçün digər mümkün surətlər mövcuddur. O cümlədən, oğlan öz paltarından da istifadə edərək ayağını bağlaya bilərdi.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Bir qrup mömin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Naməhrəm
kişi və qadının yazılı mesaj və danışıq yolu ilə əlaqə saxlamaları icazəli
deyil. Birbaşa yazmaq və danışmaqda hansı həddə icazəidirsə, burda da həmin miqdarda icazəlidir. Qadının öz ərini şübhəyə salacaq hərəkətlər etməsi yaxşı deyil. Həmçinin
övladların da hökmü budur və onların öz ata-analarını şübhəyə salacaq hərəkətlər
etmələri yaxşı deyil. Üstəlik, bəzi vaxtlar bu iş haramdır. Məsələn, qadının rəftarı
elə şübhəli olsa ki, ağıl baxımından ərin hüquqları ilə zidd sayılsa, ya övladın hərəkəti
ata-ananın onları sevməsi və onlara mehribanlığı üzündən əziyyətinə, inciməsinə
səbəb olsa, bu hərəkətlər haramdır.
Əgər bu
problemi həll etmək gedib-gələn mesaj və danışıqların məzmunundan xəbər tutmağa
bağlı olsa, öz ardınca qorxu gətirmədiyi surətdə bu iş (mesajların məzmunundan xəbər tutmaq) onlar
üçün təyin edilir (yəni bu onların şəri vəzifəsi olur). Ümumiyyətlə, diqqət etmək
lazımdır ki, ər və ata öz həyat yoldaşı və övladları qarşısında şəri baxımdan məsuliyyət
daşıyırlar. Allah Taala buyurur: "Ey
iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun
yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın
onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli
(heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)".
Zövcə və
övlad da ər və ataya öz vəzifələrini yerinə yetirməkdə kömək etməlidirlər. Ər və
ataya vacibdir ki, əmr be məruf və nəhy əz münkərin qaydalarına uyğun olaraq öz
vəzifələrini həyata keçirsinlər.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Heyat terzi, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sübhani
İsraf, mütləq şəkildə haramdır. Xüsusilə də ümumi insanların ehtiyacı olan qida maddələrində. İinsanın, yaxud quşların və heyvanların istifadə edə biləcəyi hər növ qida maddəsini atmaq haramdır. Habelə, bir tərəfi yazılmayıb ağ qalmış kağızlar da atılmamalıdır. Mərhum imam Xomeyni ona yazılmış və bir tərəfi ağ qalmış məktubları dərs yazılarında istifadə edirdi.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Kent, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Hətta, günaha düşmək ehtimalı olmasa belə , vacib ehtiyata əsasən, icazəli deyil.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Yaver, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ayətullah Məkarim: Şiə kişilərinin əhli-sünnə qadınlarla ailə qurmasının iradı yoxdur. Amma şiə qadınlarının əhli-sünnə kişilərlə ailə qurması məzhəbin dəyişdirilməsinə səbəb olur deyə iradlıdır.
Ayətullah Behcət: Şiə qadının əhli-sünnə ilə ailə qurmasına ehtiyati-təklifə görə icazə verilmir.
Ayətullah Fazil: Şiə qadının əhli-sünnə ilə izdivacı məkruhdur. Şiə kişinin əhli-sünnə qadın ilə ailə qurmasının maneəsi yoxdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Yaver, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müstəhəbdir insan namazdan sonra namazın təqibini yəni zikr,
dua və Quran oxusun. Rəvayətlərdə ona sifariş olunmuş bu təqiblərdən biri də
odur ki, namazdan sonar səcdə yerinə əl çəkib (üzərinə səcdə etmək düzgün olan şeylərə) sonra üzünə çəksin.
1. Rəvayətlərdən birində İbrahim ibn Əbul Həmiddən nəql
olunmuşdur: "İmam Sadiq (ə) bir kişiyə buyurdu: Sənə bir qəm-qüssə üz versə, əlini səcdə yerinə çəkib sonra sol üz tərəfdən alın və
sağ üzünə tərəf çək, sonra üç dəfə de:
«بِسْمِ اللَّهِ الَّذِی لا إِلهَ إِلَّا هُوَ عالِمُ الْغَیْبِ وَ الشَّهادَةِ، الرَّحْمنُ الرَّحِیمُ اللَّهُمَّ أَذْهِبْ عَنِّی الْغَمَّ وَ الْحَزَنَ»
O Allahın adıyla ki, ondan başqa Allah yoxdur, aşkar və
qeybə alimdir, bağışlayan və mehriban. Ey mənim Rəbbim çətinlik və qəm-qüssəni
məndən uzaq et. (Şeyx Səduq, Mən la yəhzuruhul- fəqih, cild 1, səh 331).
2. Hüseyn Xorasani deyir: "Öz xəstəliyimdən imam Sadiqə
(ə) şikayət etdim; o həzrət buyurdu: Namaz qıldıqdan sonra əlini səcdə etdiyin
yerə qoy və sonra de:
«بِسْمِ اللَّهِ مُحَمَّدٌ رَسُولُ اللَّهِ
-صلّی الله علیه و آله-اشْفِنِی یَا شَافِی لَا شِفَاءَ
إِلَّا شِفَاؤُکَ شِفَاءً لَا یُغَادِرُ سُقْماً شِفَاءً مِنْ کُلِّ دَاءٍ وَ
سُقْمٍ»
Allahın adı ilə. Muhəmməd Allahın rəsuludur. Allahın salamı
ona olsun. Mənə şəfa ver, ey şəfa verən! Hec bir şəfa yoxdur yalnız səndəndir
şəfa. O şəfa ki, hər bir xəstəlikdən və hər bir dərddən qoruyar. ( Kuleyni,
Məhəmməd ibni Yəqub, Əl- Kafi, Təqiq: Qəffari, Əliəkbər, Axundi, Məhəmməd, cild
2, səh 567)
Fiqh alimləri də yuxarıdakı rəvayətlərə əsasən, səcdə yerinə əl çəkib məsh
etməyi müstəhəb olmasına fətva verirlər.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Safi
Etibarlı sübutla məsum imamlardan (ə) nəql olunmuş duaları yazmaq və onların qarşılığında pul almağın, iradı yoxdur. Amma müxtəlif forlamarda şəri etibarı olmayan mənbələrdən nəql edən ya dua yazan, dua yazanlara müraciət etmək icazəli deyil. Belə pulu almaq batil yolla mal yemək və haramdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Samir, Ölkə: , Müctəhid: Ayətullah Safi
Ümümiyyətlə əgər diskin satışa buraxılması zamanı ya digər bir lazımi şeyin bağlanması zamanı, şərt rayt etməmək və ya diskin kodunu sındırmamaq olsa, onu rayt etmək və kodunu sındırmaq icazəli deyil. Amma rayt və kodu sındırdıqdan sonra, sonrakı şəxslər üçün alqı- satqı və ondan istifadə etməyin maneçiliyi yoxdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Marif, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Siz mehriyyəni öz həyat yoldaşınıza borclusiniz və müəyyən bir vaxt təyin etmisinizsə, imkan olduqda onu ödəməlisiniz. Amma mehriyyəni ödəmək üçün müəyyən bir zaman təyin etməmisinizsə və həyat yoldaşınızla indiyə kimi cinsi yaxınlıq etməmisinzsə, o mehriyyəsini alana kimi sizinlə cinsi yaxınlıq etməkdən boyun qaçıra bilər.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq