Ad: Bir qrup mömin, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sübhani
Vəli, vilayəti olduğu şəxslərin telefon, komputer kimi şəxsi vəsaitlərinə nəzarət edə bilər. Bundan qeyri hallarda axtarış icazəli deyil. Əlbəttə, əgər axtarış etməmək daha böyük fəsadların yaranmasına səbəb ola bilərsə, bu surətdə də axtarış etməsi lazımdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. İl boyu hər
zaman Allaha ibadət məqsədilə ən azı üç gün məsciddə qalıb, oruc tutmağa qadir
olan hər bir müsəlman, mötəkif ola bilər (yəni etikafı yerinə yetirə bilər).
Etikaf üçün ən
üstün zaman mübarək Ramazan ayı, xüsusilə də onun son 10 günüdür. Bundan sonra
fəzilətli aylardan sayılan Rəcəb ayının 13, 14 və 15-ci günləridir.
Beləliklə,
etikafın 4 əsas şərti vardır:
1. Allaha ibadət
(qürbətən iləllah) niyyətilə olsun.
2. Onun müddəti
üç gündən az olmasın.
3. Məsciddə yerinə
yetirilsin.
4. Etikafı məsciddə
davam etdirsin və ordan xaric olmasın (zəruri hallar istisnadır).
2. Yuxarıdakı şərtlərdən
də aydın oldu ki, etikaf yalnız məsciddə düzgündür və məsciddən digər yerlərdə
düzgün sayılmır. Məscidlər arasında da aşağıdakı məscidlərdə etikafı yerinə yetirmək
olar:
- Məcsidul-həram
- Məscidun-nəbi (s)
- Kufə Came məscidi
- Bəsrə məscidi.
Digər məscidlərdə
rəca (ümid və savab) niyyəti ilə mötəkif olmaq olar. Bu şərtlə ki, came məscid
olsun.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: keblei, Ölkə: rusiya, Müctəhid: Ayətullah Xamenei
Ümumiyyətlə vəhdəti (birliyi) qorumaq üçün onlarla birlikdə namaz qılmaq doğru və icazəlidir. Lakin namaz əsnasında əlləri bir-birinin üzərinə qoymağa icazə yoxdur, amma əgər zərurət tələb edərsə maneəsi yoxdur. Əgər təqiyyəyə (özünün və müsəlmanların canı təhlükədə olarsa, həqiqəti gizlətməyə) zidd olmazsa, gərək üzərinə səcdə etməyin doğru olduğu yerlərə səcdə etsin.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Xəzər, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
1. Əgər şərab məclisi sayılarsa, ehtiyat vacibə görə orda iştirak icazəli deyil, baxmayaraq ki, hal-hazırda orda şərab olmasın.
2. Əgər o toyda iştirak etmək sizin üçün zəruri bir hala çevrilsə, zərurətin aradan qalxması miqdarında icazəlidir. Lakin belə halda da mümkün həddə şərab stolunun arxasında oturmayın, musiqiyə ixtiyari halda qulaq asmayın, zikrlə məşğul olun, əmr be məruf və nəhy əz münkər üçün şərait yarandıqda bu ilahi vəzifəni yerinə yetirin və zəruri miqdardan artıq məclisdə qalmayın.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
1. Birinci surətdə otlaq sahibinin ondan icazəsiz biçilən otları aparmağa haqqı var.
2. İkinci surətdə otları biçmək üçün alınan icazənin müqabilində pul almağın eybi yoxdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Tibbi məqsədlər üçün böyrək alıb-satmaq icazəlidir, lakin daha yaxşısı budur ki, pulu onun (böyrəyin) özünün qarşılığında yox, şəxsin böyrəyi götürmək üçün verdiyi icazənin müqabilində alsınlar.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Əbdülhüseyn, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
2. İstixarəyə əməl etmək vacib deyil, lakin imkan daxilində əksinə əməl olunmasın. Amma (bu işi görmək istəsə) onu müəyyən bir müddət təxirə salsın, sonra ona əməl etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Abdulla, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
2. Bu məsələdə meyar ürfdür (camaatın baxışı). Yəni əgər camaat arasında zinət əşyası sayılsa (qızıl kimi), onu naməhrəmdən örtmək lazımdır, amma zinət hesab edilməsə, örtmək lazım deyil. Qeyd edək ki, əqiq adətən camaat arasında zinət hesab edilmir.
3. Əgər qadının kişiyə məxsus geyimi geyinməsi onun özünü kişiyə oxşatmaq məqsədilə olmasa, qısa zaman üçün geyinməyin iradı yoxdur. Məslən, sualda qeyd etdiyiniz kimi işləri yerinə yetirmək üçün icazəlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Eli, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İmam Sadiq (ə) bir qrup əzadar
toplaşmış məclisə daxil oldu və onlara xitab edərək buyurdu: "Allah, sizə
üz vermiş müsibətin əvəzini versin, səbr və dözüm sizə əta etsin, vəfat etmiş şəxsi
Öz rəhmətinin sayəsində qərar versin". İmam (ə) bu duanı edib, məclisdən
xaric oldu.
Bu rəvayət göstərir ki, əzadarlıq
məclisi sadə təşkil olunmalıdır. Əzadar şəxsin tanışları və yaxın adamları
onunla həmdərd olduqlarını bildirsinlər, başsağlığı verməklə kifayətlənsinlər.
Əgər əza sahibinə ruhi rahatlıq gətirmək üçün məsləhət üzündən onun yanında bir
az artıq qalmalı olsalar, müsibət görmüş ailənin yemək-içmək hazırlamasına,
onların zəhmətə düşmələrinə icazə verməsinlər. Üstəlik, çalışmalıdırlar ki,
onların da yeyib-içməyin özləri təmin etsinlər. İmam Sadiq (ə) buyurub: "Müsibətlə
üzləşmiş şəxsin evində xörək yemək,
cahiliyyət dövrünün rəftar və xüsusiyyətlərindəndir. İslam sünnəsi odur ki,
müsibət görmüş şəxslərin yeməyini başqaları təmin etsin. Necə ki, İslam Peyğəmbəri
(s) Cəfər ibn Əbu Talib barədə belə rəftar etdi".
Təqlid mərcələri də belə
buyurublar: Dəfndən sonra əza (matəm) sahiblərinə başsağlığı vermək müstəhəbdir.
Amma bir müddət keçər və başsağlığı verməklə yaslarını xatırlayacaqlarsa, onu
etməmək daha yaxşıdır. Həmçinin üç günə qədər meyit sahibinin evinə yemək göndərmək
müstəhəbbdir. Onların yanında və mənzillərində yemək yemək məkruhdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq