Sual (101) : Salam. Size 2 sualim var: 1.eger hansisa meclisde spirtli icki varsa ve dostlarinin qelbini qirmamaq ucun gedirsense bu gunahdirmi ? 2.eger bir shexs ele bir yerde iwleyir ki orda qetiyetle dinle mewgul olmaga icaze vermirler o insan mecburiyyet qarwiliginda namazi bir muddetlik dayandira biler ?
Ad: Azad, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Şərab içilən məclisdə oturub (halal xörək və içməli bir şey) yemək və içmək haramdır. Bəlkə, vacib ehtiytata görə belə məclisdə iştirakın özü də icazəli deyil.
2. Öz dini vəzifəsinə əməl edə bilməyəcəyi bir yerdə işləyə bilməz.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (102) : salam aleykum damino oynamag olarmi yoxsa ???
Ad: ali, Ölkə: Gurcustan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Domino əgər qumar alətlərindən hesab olmasa, maddi udub-uduzmaq şərt olmadan oynamağın eybi yoxdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (103) : Salamu aleykum.Qardas men operatoram,toylarda video kecirem,bilmek isterdim seri chetden hokmu nedir? Bildiyiniz kimi azerbaycanda 90% toylar cahil toy olur,icki meclisi olur,aciq saciqliq ve saire.Men de operator kimi insanlarin icinde oluram,namehrem toxunur,ickili insan toxunur,cox xahis edirem seri hokm nedi yazasiniz mene.Allah razi olsun
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sualda qeyd olunan halda, bucür məclislərdə iştirak etmək və bunu lentə almaq (vidio çəkmək) icazəli deyildir; buradan ələ gələn qazanc haramdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (104) : Şiələrin arasında bir dəstə peyda olub ki, azan və iqamədə "Əşhədu ənnə Əliyyən vəliyullah" ibarəsinin yerinə "Əşhədu ənnə Məhdiyyən huccətullah" deyirlər. Bunun hökmü nədir? Zəhmət olmasa bu barədə Ayətullah Məkarim ağanın da nəzərini buyurun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Sistani:
Azan və iqaməni necə ki, şiənin böyük müctəhidləri (Allah-taala saylarını çoxaltsın) izahlı şəriət məsələləri kitablarında qeyd ediblər, həmin qayda ilə deyin və haqq ya doğru sözlər olmasına baxmayaraq, bir şey əlavə etməyin.
Qeyd edək ki, "əşhədu ənnə Əliyyən vəliyullah" azanın sözlərindən olmamasına baxmayaraq, şiənin şüarı ünvanında demək yaxşı və mühümdür. Qürbət (Allah-taalaya yaxın olmaq) niyyəti ilə deyilməlidir.
Ayətullah əl-üzma Məkarim:

Sualda qeyd olunan halda bu iş icazəli deyil.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (105) : Hansı hallarda qadın şəriət hakiminə müraciət edərək talaq tələb edə bilər?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 
Aşağıdakı hallarda şəri hakimə müraciət edə bilər:
1. Kişi öz həyat yoldaşının nəfəqəsini və yaşayış xərclərini ödəməsə və talaq verməyə də razı olmasa. Həmçinin kişinin ödəməyə imkanı olmasa və talaq da vermək istəməsə;
2. Kişi öz xanımını incitsə və Allahın əmrinə zidd olaraq onunla pis rəftar etsə;
3. Kişi öz xanımını atsa və onun hal və vəziyyətini müəyyənləşdirməsə: Belə ki, qadın ərsiz qalsa.
Əgər kişi qadının cinsi istəklərini kamil şəkildə ödəyə bilməsə, vacib ehtiyata əsasən- hər cür yolla (müalicə ağır və baha olsa belə) qadının istəklərini ödəməli yaxud talaq verməlidir. Hərçənd qadının səbr etməsi müstəhəbdir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (106) : Еvlənmək və sair kimi müqəddəratı həll еdən (həyati) məsələlərdə təsbеh, yaxud Quranla istixarə еtmək olar?
Ad: Məhəmməd, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yaxşı olar ki, insan qərara gəlmək istədiyi işlərdə əvvəlcə dərindən fikirləşib diqqət еtsin, yaxud təcrübəli və еtimadlı şəxslərlə məsləhətləşsin. Bu işlərlə onun hеyrət və narahatçılığı aradan qalxmazsa, istixarə еdə bilər.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (107) : Salam. sizə belə bir sualım var. əgər mənim qonşumda bir qıza elçi gəlibsə və onun barədə elçilər mənimlə məsləhətləşirlərsə və o qız barədə məlumat istəyirlərsə, özü də elçi də çox çox mömin və alicənab bir insandırsa, mən o qız barədə bildiklərimi elçilərə desəm bu qeybətdi, günahdı? əvvəlcədən minnətdarlığımı bildirirəm.
Ad: Nurka, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bir neçə yerdə həqiqəti söyləmək qeybət sayılmır və bu icazəli yerlərdən biri də məşvərət zamanıdır. Önəmli şəxsi və ya ictimai məsələlərdə (evlənmək, alış-veriş, işçiləri, müdirləri işə götürmə və ya təyin etmə kimi yerlərdə) bir başqası ilə məşvərət edərkən nəzərdə tutulan şəxsin zəif cəhətlərini və eyiblərini söyləməyə ehtiyac olarsa, bunlar barədə məlumat verməyin heç bir zərəri yoxdur, əksinə, bəzən bunu söyləmək hətta lazım olur. Əmirəlmöminin Əli (ə) buyurur: "Məşvərətə çağırılan şəxs əmin olmalı və xəyanətə yol verməməlidir". Buna görə də məşvərət edənə bütün həqiqətlər bəlli olmalıdır ki, o, qabaqcadan xəbərdar olub işini düzgün qura bilsin. Əgər həqiqət deyilməsə, məşvərətçi tərəflərdən biri xəyanət etmiş olur. Şeyx Ənsari buyurur: "Qeybətin müstəsna hallarından biri də məşvərət edənin nəsihətidir, çünki məşvərət edilən şəxsin vəzifəsi, məşvərətçi tərəfin xeyrinə lazım olanları söyləməkdir, əgər həqiqəti deməsə, ona xəyanət etmişdir. Bəzi vaxtlar nəsihət etməməyin ziyanı qeybət etməkdən daha çox olur. ...Hətta əgər bir şəxs məşvərət etmədən haqqında heç bir məlumatı olmayan bir qadınla evlənmək istəyərkən onun yaxın adamı bu qadının eyiblərini bilib ona deməsə, bu, pis aqibətlə nəticələnə bilər. Burada qeybətə mübtəla olsa da, onu gerçəklikdən xəbərdar etməlidir. Şübhəsiz, belə qeybət möminə nəsihət etməməkdən yaxşıdır, xüsusilə bəzi rəvayətlərin zahiri mənası möminə nəsihət etməyin vacib olmasına dəlalət edir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (108) : Salam aleykum. qizin ere getmesi ucun atasinin icazesi mutleq lazimdi? ola biler ki atanin icazesi lazim olmasin meselen qiz ere getmey isteyir amma ata vermir.
Ad: Sevda, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vacib ehtiyata görə bakirə qızın izdivacı üçün onun atasının ya ata tərəfindən olan babasının izni şərtdir.
Aşağıdakı surətlərdə bu izin götürülür:
Qızın izdivac etməyə ehtiyacı olsa və onun üçün şəri və ürfü baxımdan (camaatın nəzərincə) tay elçi tapılmışdır, hal-hazırda da ondan başqa münasib elçi yoxdursa, atanın (və ata babasının) izni götürülür.
Habelə, əgər ata ğayib olsa və icazə almaq üçün onu tapmaq mümkün deyilsə, yaxud ata izdivac işini qızın özünə tapşırıbsa, yenə onun izni götürülür.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (109) : Saqqal uzunluq və qısalıq baxımından hansı miqdarda olmalıdır?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onun hər hansı bir müəyyən həddi yoxdur, mеyar budur ki, camaat arasında ona saqqal dеsinlər. Onun əlin tutumu qədərdən artıq olması məkruhdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (110) : Qadını, ərindən başqasının mənisi ilə mayalandırmaq olarmı? əgər bu iş baş versə, övladın hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Qadını, ərindən başqasının sperması ilə mayalandırmaq icazəli deyildir, istər ərli olsun istər ərsiz, İstər ər və arvad buna razı olsunlar, istər razı olmasınlar, istər bu iş ərinin vasitəsi ilə baş versin, istərsə də başqasının vasitəsi ilə.
Əgər bir qadın, öz ərindən başqasının sperması ilə mayalandırılsa və hamilə olub övlad dünyaya gətirsə, bu hadisə səhv üzündən baş vermiş olduğu halda, yəni onu ərinin sperması ilə mayalandırmaq istədikləri halda başqasının sperması ilə səhv düşübsə, belə olan surətdə şübhəsiz övlad spermanın sahibinə mülhəq (aid) olur. Bu məsələnin hökmü vəty be şübhə (şübhəli yaxınlıq) kimidir. Lakin əgər belə bir mayalandırma agahlıq üzündən və qəsdən olarsa, yenə də övladın sperma sahibinə mülhəq olması uzaq deyildir və bütün nəsəb hökmləri, hətta irs belə onların arasında sabitdir. Çünki irsdən istisna olunan hallar zinadan əmələ gələn övladdır. Nütfənin bağlansamına səbəb olan bir işin haram olmasına baxmayaraq, bu məsələ zina hökmündə deyildir.
Həmçinin bu övlad hər iki surətdə anasına mülhəq edilir və onunla sair övladları arasında heç bir fərqi yoxdur.

Əgər qadın öz ərinin nütfəsini müsahiqə və sair yollarla başqa bir qadının bətninə daxil edərsə və o qadın hamilə olub övlad dünyaya gətirərsə övlad nütfənin sahibinə və onu dünyaya gətirən qadına aiddir, baxmayaraq ki, bu əməl haramdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Go to TOP