Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Sualın fərzində oruclarınız düzgündür və qəza etmək də lazım deyil.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Allah bəndəsi, Ölkə: Rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ayın
əvvəli dörd şeylə sübut olunur:
1.
İnsan özü Ayı görsün.
2.
Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin «Ayı
gördük» deməsi ilə və ya hər hansı bir şeylə insana üqəlayi mənşəyi olan yəqin
ya da xatircəmliyin hasil olması ilə;
3.
İki adil kişinin, «gecə Ayı gördük» – demələri ilə; Amma ayın vəziyyətinin
bir-birinin tərsinə deyərlərsə, ayın ilk günü sübut edilmiş olmaz. Həmçinin
əgər insan onların səhvə yol verdiklərinə yəqin edərsə və ya xatircəm olarsa və
ya onların verdiyi şəhadət zidd, yaxud hökmündə olan bir məsələ ilə
qarşılaşarsa ayın əvvəli sübut olunmaz məsələn; əgər şəhər əhalisnin çox
hissəsi Ayı görmək üçün baxdıqları halda iki adil kişidən başqa heç bir kimsə
Ayı gördüyünü iddia etməzsə və ya bir dəstə Ayı görmək üçün baxdıqları halda
onların arasından yalnız iki adil şəxs Ayı gördüyünü iddia edərsə, başqaları
isə görməzsə, belə ki, Ayın yerini bilmək və iti görmə və digər xüsusiyyətlərdə
birinci iki adil şəxs kimi olan iki ayrı adil şəxs onların arasında olarsa,
hava da açıq-aydın olsa, o iki nəfərin görməsinə ehtimal olunan bir maneə də
olmasa, bu halda ayın əvvəli iki nəfər adil şəxsin şəhadəti ilə sübut olunmaz.
4. Şəban ayının əvvəlindən otuz gün keçməsi; bunun vasitəsilə Ramazan
ayının əvvəli sübut edilmiş olur və Ramazan ayının əvvəlindən otuz gün keçməsi
ilə də Şəvval ayının əvvəli sübut edilmiş olur.
Şəriət hakiminin hökm etməsi ilə ayın əvvəli sübut edilməz. Amma əgər onun hökmündən və ya ayın (əvvəli) olmasını sübut edilməsi ilə ayın görünməsinə xatircəmlik hasil olsa, (ayın əvvəli sübut olunar).
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: seymur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Naile, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Qızların
təklif yaşı 9 kamil qəməri ilidir, ancaq eyni zamanda qüdrət təklifin şərtlərindən
hesab olunur. Buna əsasən, qüdrəti çatdığı əməli yerinə yetirməlidir və qüdrəti
çatmayan surətdə təklif ondan saqit olur. Məsələn, oruc tutmağa qüdrəti
yoxdursa, oruc tutmamalıdır və qüdrət tapdığı zaman qəzasını yerinə yetirməlidir.
Amma namaz, hicab və bu kimi əməllər yerinə yetirməlidir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Rəqs mütləq şəkildə haramdır. Yalnız qadının öz əri üçün heç kimin görə bilməyəcəyi və musiqi kimi digər haramla yanaşı olmadığı surətdə rəqs etməsi icazəlidir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Sevda, Ölkə: AZE, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər təhrikedici filmlərdən olsa, şəhvətlə baxmaq haramdır və vacib ehtiyata
görə şəhvətlə baxılmadıqda da yenə haramdır.
Habelə, əgər təhrikedici olmasa, lakin baxdıqda
insanı harama sala biləcək filmlərdən olsa, yenə baxmaq icazəli deyil.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Muraz, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bankdan borc almağın özündə (əslində), bir irad yoxdur. Amma sələmli olduğu halda onu almaq haram sayılır, istər müsəlmanlardan alınsın, istərsə də qеyri-müsəlmanlardan, istər islam dövlətindən alınsın, istərsə də qеyri-müsəlman dövlətindən. Amma harama mürtəkib olmağın icazəli olduğu bir həddə zərurət və çıxılmaz vəziyyətə düşməsi istisna olunur. Lakin o şəxs bankın ondan artıq alacağına tam əmin olduğu halda bеlə, artıq alınacaq hissəni vеrməyəcəyini niyyət еtməklə haramdan qaça bilər.
Sələmli olmadığı halda borc almağın icazəli olması zərurət və еhtiyac halları ilə şərtlənmir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Sahin, Ölkə: , Müctəhid: Ayətullah Sübhani
Heyvanlar, insan həyatının qalması və davamı üçün lazım və zəruri bir mövcuddurlar. Allah Taala buyurur: "Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq!" ("Duxan" surəsi, ayə 38). Burdan başa düşürük ki, hər bir şeyin vücudunda hikmət və xeyir qoyulmuşdur. Yenə buyurur: "Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!" ("Bəqərə" surəsi, ayə 29). Burdan aydın olur ki, hər bir şeyin xeyri insana aiddir və insana qayıdır. Deməli, həşəratlar da insan üçün faydalıdır.
Digər məsələ isə budur ki, dünyada yaşayan bütün heyvanlar da hər biri özlüyündə bir ümmətdir və nəhayət, Allaha tərəf məhşur olacaqlar. Qurani-kərimdə buyurulur: "Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir".
Deməli, heyvanların vücudunun insanlar üçün faydalı olmasına və onların da Allah məxluqu olaraq, yaşam haqları olmalarına diqqət etməklə, onların öldürülməsi yaxşı deyil.
Lakin, insanın əzab-əziyyətinə, narahatlığına səbəb olsalar, yaxud insanın asayişini ondan alsa, onları öldürmək olar. Hər halda əgər əziyyət etməsələr belə onları öldürmək haram deyil.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Elvin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bu barədə əlimizdə bir məlumat yoxdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: ali, Ölkə: gurcustan, Müctəhid: Ayətullah Xamenei
Hər halda Ayətullah əl-üzma Xameneinin fətvasına əsasən, nərd oynanmaq haramdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq