Sual (61) : Bir şəxs namaz və orucu tamam olsun deyə, bir yerdə on gün qalmağını qərara alsa, öz niyyətini dilə gətirməsi lazımdırmı?
Ad: Hesenaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bir yerdə on gün qalacağını qərara aldığı surətdə namaz və orucu səhihdir, dilə gətirmək, ya qəlbdən keçirtmək lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (62) : Həddi-büluğ olmayan bir uşaq on gün qalmaq niyyəti ilə Müqəddəs-Məşhəd şəhərinə gəlmiş, gəldiyi gündən beş gün sonra həddi-büluğa çatmışdır. İndi qalan beş günün namazını qəsr qılmalıdırmı?
Ad: yusif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əvvəldən on gün qalacağını qəsd etdiyi üçün gərək namazını tamam qılsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (63) : Səfərdə olan qadın adət günlərində Müqəddəs-Məşhəd şəhərinə daxil olmuşdur və hələ onun adətindən üç gün qalmışdır. İndi bu şəhərdə on gün qalmaq qəsdi vardır. Bu qadın pak olana qədər səbr edib sonra qəsd etməli, yoxsa şəhərə daxil olan gündən on gün qalmaq niyyət etməlidir? İlk üç günü bu on gündən hesablamalıdırmı?
Ad: Islam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Təkcə on gün qalmaq niyyəti (baxmayaraq ki, bundan bir miqdarı adət günlərinə düşəcəkdir) kifayət edir. Hətta daxil olduğu gündən onuncu günə qədər heyz olsa da, on gün qəsdi kifayətdir. Ondan sonra bir gün də qalsa namazı bütöv qılmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (64) : Bir şəxs Məşhəd şəhərində on gün qalmaq qəsdi ilə oraya getmişdir. Harada namazını tamam qıla bilər?
Ad: Islam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Məşhəd şəhərinə çatdıqda namazı tamam qılmalıdır. Amma Müqəddəs Məşhəd şəhərinə çatmamışdan əvvəl şəhərin divarları görünən və azan səsi eşidilən bir yerdə namaz qılmaq istəsə, ehtiyat vacib budur ki, namazını həm qəsr və həm də tamam qılsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) : Bir yerdə on gün qalacağını niyyət edən tələbə dərsinin ləğv olmasına görə cümə axşamı günü səfərə getmək istəyir. Bu səfər caizdirmi?
Ad: yusif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) : Tələbələr ramazan ayında bir kənddə qalacaqlarını qəsd ediblər. Əvvəldən qərara alıblar ki, bu kənddən beş və ya on beş kilometr aralıda yerləşən kəndlərə də bir neçə saatlıq təbliğ üçün getsinlər. Bəzən gecələr də orada qalırlar. Lütfən xahiş edirik ki, namazı bütöv qılmağın və oruc tutmağın yolunu bəyan edəsiniz.
Ad: Terlan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bir yerdə on gün qalacaqlarını qəsd etdikləri surətdə orada bir dörd rəkətli namaz qılandan sonra, onu başqa yerlərə dəvət etsələr, qəsd etdiyi yer və gedəcəyi kəndlər dörd fərsəxdən uzaqda olmasa namaz tamam və səhihdir, hətta gecələr o kəndlərdə qalsalar da belə. Eləcə də on gün niyyəti ilə bir yerdə qalsa, on birinci gündən sonra dörd fərsəxdən uzaq olmayan ətraf kəndlərə də gedib qayıda bilər. Onların namaz və orucu orada gecələr qalsalar da belə, tamam və səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (67) : Mən təbliğ üçün bir-birinə yaxın olan iki kənddə qalıram. Bu iki kənddə niyyət etməyim düzgündürmü?
Ad: vasif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
O iki kənd el arasında bir kənd hesab olunsa səhihdir. Amma onlar bir kənd sayılmasa o iki kənddən birində qalmağı niyyət etsəniz, o biri kəndə hər gün gedib-qayıtmaq niyyətiniz olduğu halda etdiyiniz qəsdə zərər gəlməz. Bu şərtlə ki, gecə orada qalmayasınız. Bu surətdə etdiyiniz qəsd həqiqiləşir, amma dörd fərsəx getmək istəsəniz də qalmaq qəsdi həqiqiləşmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) : Öz əsli vətənindən başqa bir yerdə yaşayan bir şəxs öz iş yerinə getmək üçün tərəxxüs həddini keçir. Onun namaz və orucunun hökmü yaşadığı və işlədiyi yerdə necədir?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər müvəqqəti yaşadığı yerdə on gün qalmaq qəsdi etməyibsə hər iki yerdə onun namazı qəsr və orucu batildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) : Bir şəxs təhsil almaq üçün əsas vətəni olmayan bir şəhərə gəlmişdir. Bu şəxs təhsil aldığı şəhərdə on gün qalmaq qəsdi etsə, qaldığı müddət ərzində təhsil aldığı şəhərə yaxın olan başqa şəhərlərə səfər edə bilərmi?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər şəri məsafəyə qədər səfər etsə niyyəti pozulur, amma şəri məsafədən az olan bir yerə bir-iki saatlıq qalmaq üçün getsə etdiyi qəsd pozulmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (70) : Mən öz əsli vətənimdən Tehrana gəlmişəm və on gün qalmaq qəsdi də etmişəm. Əvvəldən niyyətim bu olub ki, bütün günü iş üçün “Behişti-Zəhra”-ya gedəm. Mənim namaz və orucum səhihdirmi?
Ad: yusif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Namaz qəsr və oruc səhih deyil, çünki bir yerdə on gün qalmaq qəsdi yoxunuzdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP