Sual (21) : Əgər böyük oğul hər hansı bir səbəbə görə atanın qəza namaz və oruclarını yerinə yetirməsə, başqa oğluna vacibdirmi?
Ad: Aydin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyr, vacib deyil. Əlbəttə yerinə yetirsə savab iş görmüş olar və böyük qardaşın da öhdəsindən götürülər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (22) : Mən ailənin böyük qızıyam, atam dünyadan getmişdir, bilirəm ki, qəza namazı vardır. Xahiş edirəm ki, mənim vəzifəmi bəyan edəsiniz?
Ad: Zahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər atanız öz oruc və namazı haq da vəsiyyət edibsə, gərək vəsiyyətə əməl olunsun (malının üçdə birindən bu iş üçün xərclənsin). Amma vəsiyyət etməyibsə, böyük oğlana vacibdir ki, atasının qəza namaz və oruclarını yerinə yetirsin. Qız övladına bir şey vacib deyil. Bəli, əgər böyük oğlan yerinə yetirməsə siz atanızın qəza namazlarını qəza edə bilərsiniz və ya öz pulunuzla onun üçün əcir tutasınız. Bu işin çoxlu savabı vardır, amma sizə vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (23) : Mənim ata-anam ömürlərinin axırına qədər namazlarını səhv qılıblar, vəsiyyət də etməyiblər. Onların böyük oğlu olduğum üçün mənə onların bütün namazlarını qəza etmək vacibdirmi?
Ad: Kamran, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər ehtimal versəniz ki, onların səhv oxumaları səhih oxumağa qüdrətləri olmadığındandır və öyrənməyə də səhlənkarlıq etməyiblər, qəzası yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (24) : Böyük qardaşım atamın ölümündən sonra dünyasını dəyişdi. Onun ömrü fürsət vermədi ki, atamın namazlarını qəza etsin. Mən ondan bir il yarım kiçiyəm. Mənə atamın namazlarını qəza etmək vacibdirmi?
Ad: Aydin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyr, Sizə vacib deyil, amma qəza etsəniz savabı var.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (25) : Böyük qardaşım atamın sağlığında dünyasını dəyişib. Atam dünyasını dəyişəndə mən böyük övladı idim; atamın qəza namazları mənim öhdəmdədirmi?
Ad: Kamran, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, ata-ananın qəza namazları vəfat edən zaman böyük oğluna aiddir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (26) : Əgər ata-ana ayət namazlarını tərk edib, ya unudublarsa, böyük oğluna onların ölümündən sonra ayət namazlarını qəza etməsi vacibdirmi?
Ad: Tahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, gündəlik vacibi namazlarla ayət namazı arasında fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (27) : Həddi-büluğa çatmayan oğlan uşağı öz ata-anasının qəza namazlarını qıla bilərmi?
Ad: Tahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər yaxşını pisdən ayıra bilərsə (yəni muməyyiz), dəstəmaz və namaz məsələlərini səhih bilirsə, ata və anasının qəza namazlarını qılsa caiz və səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (28) : Ömrünün axırlarında Bəhayi olan bir şəxs o halda dünyadan köçüb. Böyük oğluna onun namazlarını qəza etmək vacibdirmi?
Ad: Yadulla, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyr, vacib deyil, hər kəs namaz və orucu inkar etsə və o halda dünyadan getsə onun namazları heç kəsə aid deyil və qəzası da yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (29) : Ata-anamdan əvvəl bir böyük qardaşım vəfat edib. İndi atam dünyadan gedib, onun qəza namazları mənə vacibdir, ya xeyr?
Ad: Hesenaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən sizin böyük qardaşınız atanızdan əvvəl dünyasını dəyişib. Hal-hazırda siz böyük oğlan övladısınız və atanızın namazlarının qəzası sizə vacibdir, oruclarını da tutmalısınız.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (30) : Bir müsəlman 45 il əvvəl kafir bir qadınla evlənib və bir oğlan uşağına sahib olub. Sonra onları atıb və 35 il əvvəl ikinci dəfə başqa bir qadınla evlənib yenə bir oğlan uşağına sahib olub. İndi dünyasını dəyişib, onun birinci arvadı və oğlundan əldə heç bir məlumat yoxdur. Onun qəza namaz və orucu ikinci arvadından olan oğluna vacibdir, ya xeyr?
Ad: Yadulla, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən ikinci arvadından olan oğlu birinci arvadından olan oğlundan böyük deyilsə, vacib deyil. Buna baxmayaraq yaxşıdır ki, boynundan məsuliyyəti götürmək üçün yerinə yetirsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP