Sual (21) :
Dövlət əmlakı sizin nəzərinizdə məchulul-malik (sahibi məlum olmayan) hökmündədirmi?
Ad:
Mahir,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Məchulul-malik hökmündə deyil. Əmlak dövlətindir, ayrı-ayrı şəxslərin deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (22) :
Qeyri-müsəlman ölkələrdə tapılan qiymətli mal və əşyaların hökmü nədir?
Ad:
Elnur,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Heç bir əlaməti yoxdursa, onları öz mülkiyyətinə keçirmək olar. Əlaməti varsa və sahibini tapması mümkündürsə, ona qaytarmalıdır. Lakin İslamla müharibədə olan ölkələrdə tapılana sahib çıxmağın bütün hallarda eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (23) :
eger men kulli miqdarda pul tapsam ve bilsem ki bunun sahibi bu pullla fesada xerc edecek bu halda men bu pullari neylemeliyem
Ad:
Arif,
Ölkə:
Azerbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim Hər halda sizin vəzifəniz həmin pulu öz sahibinə qaytarmqdır.http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (24) :
Heyvan hansı qaydada kəsilməlidir?
Ad:
Zamin,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Heyvanın kəsilməsinin beş şərti
var:
1. Heyvanı kəsən şəxs müsəlman
olmalıdır və peyğəmbər əhli-beyti ilə düşmənçiliyini izhar etməməlidir;
2. Heyvanın başı dəmir alətlə
kəsilməlidir;
3. Başı kəsilən heyvanın bədəni
üzü qibləyə olmalıdır;
4. Heyvanın kəsilməsi məqsədi ilə
«Bismillah» deyilməlidir;
5. Heyvan kəsildikdən sonra
hərəkət etməlidir ki, diri olduğu bilinsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (25) :
Tapılmış malı sahibi bilinənədək saxlamaq olmazmı?
Ad:
Zamin,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Mal tapıldıqda ilk həftədə
gündə bir dəfə, sonra bir ildə həftədə bir dəfə cəmiyyət arasında bu barədə
elan etmək lazımdır. Əgər bir il ərzində malın sahibi tapılmasa, vacib ehtiyata
əsasən mal həmin şəxs tərəfindən sədəqə verilməlidir və ya sahibi üçün
saxlanılmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (26) :
Bir şəxs tapılmış mala sahib durursa, malı ona vermək olarmı?
Ad:
Zamin,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər həmin şəxs malın
nişanələrini deyirsə, malı ona vermək lazımdır. Amma həmin şəxsdən diqqəti cəlb
etməyən nişanələri tələb etmək olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (27) :
Tapılmış malla necə rəftar etmək lazımdır?
Ad:
Zamin,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər tapılmış malın nişanəsi
yoxdursa, vacib ehtiyata əsasən sahibi tərəfindən sədəqə vermək lazımdır.
Nişanəsi olan malın sahibi
tapıldıqda dəyərindən asılı olmayaraq ona qaytarılmalıdır. Amma sahibi
tapılmadıqda malın qiyməti on ikidə altı noxud gümüş sikkəsindən ucuzdursa, onu
götürmək olar. Qiyməti on ikidə altı noxud gümüş sikkəsindən baha olan malı isə
sahibi tərəfindən sədəqə vermək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (28) :
İki il bundan əvvəl müqəddəs yerlərin birində dostumla oturmuşdum. bir neçə nəfər daxil olub qızıl qolbaq tapdıqlarını dedilər. tapılan əşyaları qəbul edən şöbə bağlı olduğundan onu mənə tapşırdılar. sabahı gün şöbənin müdirinə və bir neçə işçiyə məsələni dedim, xülasə heç kim bu əşyanın sorağına gəlmədi. İtmiş əşyaları tapan şöbədə yanında oturduğum iki uşağı və bir həyat yoladaşı olan adam çox ehtiyaclı şəxsdir ki, bəzən on ya yüz tümənə ehtiyacı olur. hal-hazırda qaynatasının evində çətinliklə yaşayır. həmin qızıl qolbağı sahibinin tərəfindən satıb pulunu onlara verə bilərəmmi?
Ad:
Elnur,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qızıl əşyanın özünü onun həqiqi sahibinin niyyətiylə adı çəkilən şəxsə sədəqə adıyla verin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (29) :
Bir müddət qabaq parkda bir Quran kitabı tapmışam. Ona qarşı vəzifəm nədir?
Ad:
Zamin,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İtirilmiş malların hökmündədir
və bizim “Tovzihil-məsail” risaləmizin 2193- cü məsələsindən sonra deyilən
göstərişlərə uyğun əməl etmək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (30) :
Bir şəxs içində pul və şəxsiyyət vəsiqəsi olan pul kisəsi tapmışdır. O, kisəni poçt vasitəsi ilə sahibinə göndərmək üçün bu puldan bir miqdarını xərcləyə bilərmi?
Ad:
Zamin,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər xərcin miqdarı azdırsa,
öz öhdəsinə götürsün. Amma xərcin miqdarı çoxdursa və onun sahibinə çatdırmaq
üçün bu pulu xərcləməkdən başqa yol olmasa, bu pulu götürə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.