Sual (81) : ASSALAM ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.SIQARET CEKMEK DESTEMAZI POZURMU?ALLAH SIZI QORUSUN.
Ad: Zaur, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Xeyir, dəstəmazı batil etmir.
Ümumiyyətlə, səkkiz halda dəstəmaz batil olur: sidik xaric olduqda, nəcis xaric olduqda, bağırsaqdan yel xaric olduqda, yatdıqda (elə bir yuxu ki, düşüncəni saxlayır, göz yumulur, qulaq eşitmir; amma göz görməsə qulaq eşitsə dəstəmaz batil olmaz), vacib ehtiyata əsasən, düşüncəni işdən salan bütün işlər, (məstlik, huşsuzluq, divanəlik), qadınlarda istihazə, qüslü vacib edən işlər, insanın meyyitinə toxunmaq.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (82) : Əgər ana bətnində olan uşaq doğulmamış düşərsə, anaya məssi-meyit qüslu vacib olarmı?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər uşaq 4 ayını başa vurmuşsa, ona toxunmaqla məssi-meyit qüslu vacib olar. Lakin yaşı bundan az olduqda vacib deyil, hərçənd qüsul etmək müstəhəbb-ehtiyatdır.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (83) : Salam olsun.eger bedende sızag olsa onu sıxanda qan cıxarsa destemazı pozar?
Ad: Anar, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xeyir, qan çıxması dəstəmazı batil etmir.
Ümumiyyətlə, dəstəmazı batil edən amillər bunlardır:
1. Sidik. Zahirən insandan, sidikdən sonra və istibradan əvvəl xaric olan yaşlıq də sidik hökmündədir.
2. Ğait (nəcis).
3. Mədə və bağırsaqdan gəlib ğaitin məxrəcindən çıxan yel.
4. Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz.
5. Ağılı aradan aparan şeylər: dəlilik, məstlik, ürəkkeçmə və s. kimi.
6. Qadınların istihazə halları.

7. Cünub olmaq, hətta ehtiyat müstəhəbb olaraq qüslü vacib edən hər bir iş dəstəmazı pozar.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (84) : ASSALAM ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.SIQARET CEKMEK DESTEMAZI POZURMU?ALLAH SIZI HIFZ ETSIN INSHALLAH AMIN.
Ad: Zaur, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Siqaret çəkmək dəstəmazı batil etmir.
Ümumiyyətlə, dəstəmazı batil edən  amillər bunlardır:
1. Sidik. Zahirən insandan, sidikdən sonra və istibradan əvvəl xaric olan yaşlıq də sidik hökmündədir.
2. Ğait (nəcis).
3. Mədə və bağırsaqdan gəlib ğaitin məxrəcindən çıxan yel.
4. Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz.
5. Ağılı aradan aparan şeylər: dəlilik, məstlik, ürəkkeçmə və s. kimi.
6. Qadınların istihazə halları.

7. Cünub olmaq, hətta ehtiyat müstəhəbb olaraq qüslü vacib edən hər bir iş dəstəmazı pozar.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (85) : Salam. Bir qadin zop xesteliyine tutulub ve mualice alir. Bu xestelikden dirnaqlari eyri cixir. Hekim meslehet gorub ki dirnaqlarinin duzelmesi ucun suni dirnaq qoyulmalidir. Bu isin destemaza manesi oldugu ucun qadinin vezifesi nedir. Sagolun.
Ad: muhammadi, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Süni dırnaq qoymağın özü-özlüyündə heç bir eybi yoxdur, lakin, camaatın nəzərində zinət hesab olunarsa naməhrəm qarşısında örtülməlidir.
Dəstəmaz alarkən süni dırnağı götürmək mümkün olarsa və əzab-əziyyətə səbəb olmazsa götürülməlidir, əgər mümkün olmazsa və ya əzab-əziyyətə səbəb olarsa, bu halda cəbirə dəstəmaına və qüsluna səbəb olan belə bir maneəni (suyun dəstəmaz, ya qüsl üzvlərinə çatmasına mane olan süni dırnağ qoymaq) qeyri-namaz vaxtında yaratmağın eybi yoxdur, əgər namaz vaxtı yaratmaq istəsə, onda əvvəlcə dəstəmaz, ya qüsl almalı, sonra həmin maneəni yaratmalıdır. Əgər dəstəmaz ya qüsl alarkən həmin maneəni aradan qaldıra bilməsə, yaxud əzab-əziyyətə səbəb olarsa cəbirə dəstəmazını ya qüslunu yerinə yetirməlidir, yəni maniənin üstünə yaş əl ilə məsh etməlidir.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (86) : Assalamun aleykum bir ailali qadin agar boynunda heyz qusulu varsa haman qadin canabat qusulu almaqla heyz qusulu da boynundan goturulur yoxsa yox minnatdaram .
Ad: Ziya, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu təqdirdə kifayət edər.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (87) : Salam Aleykum.Sual.1.Cenabetli olduqumuz vaxt (su tapmayanda) teyemmum etdikden sonra destemaz almaq lazimdir? Sual.2.Etdiyimiz teyemmum bovl ve qaitden sonra pozulurmu,yani yeniden teyemmum etmek lazimdirmi?Mes:Subh namazinda teyemmum edib,ardindan(eger destemaz vacibdirse)destemaz alib namaz qilarsaq,zohur namazinda sadece destemaz almaqimiz bes eder?yoxsa yeniden teyemmum etmeliyik? Onceden cavablandirdiqiniz ucun teshekkur edirem.
Ad: Ibrahim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
1. Əgər bir şəxs üzürlü səbəbdəən cənabət qüslü əvəzinə təyəmmüm etsə, namaz üçün dəstəmaz almaq lazım deyildir və əgər başqa qüsllərin əvəzinə təyəmmüm etsə də, hökm eynidir, baxmayaraq ki, ehtiyat müstəhəbb odur ki, dəstəmaz da alsın. (Əgər dəstəmaz ala bilməsə, başqa bir təyəmmüm də dəstəmaz əvəzinə etsin).

2. Əgər qüsl əvəzinə təyəmmüm etsə və sonra dəstəmazı batil edən bir iş onun qarşısına çıxsa, belə ki, sonrakı namazlar üçün qüsl edə bilməsə, gərək dəstəmaz alsın və ehtiyat müstəhəbb odur ki, təyəmmüm də etsin. (Əgər dəstəmaz ala bilməsə, gərək onun əvəzinə təyəmmüm etsin).
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (88) : Salamun aleykum. Diger bir sexsin su tokmeyi ile destemaz alamaq olarmi. (Insanin hec bir fiziki qusuru olmadigi halda)
Ad: Azerbaycan, Ölkə: Ayaz, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində əgər dəstəmaz üzvlərini özü yuyursa və məshi özü çəkirsə, maneçiliyi yoxdur və dəstəmaza zərər yetirmir.
Başqa sözlə, dəstəmaz alan şəxs əgər dəstəmazın müqəddimə işlərində kömək alırsa, məsələn biri şlanqı tutur, bu da özü dəstəmaz alır, yaxud başqası bir qabla su tökür, lakin şəxs özü dəstəmaz üzvlərini yuyursa bunun dəstəmazın düzgünlüyünə bir zərəri yoxdur. Baxmayaraq ki, bəyənilən deyil. Yəni yaxşı olar ki, dəstəmaz alan şəxs dəstəmazın müqəddimə işlərini də özü yerinə yetirsin.
Lakin əgər (zərurət olmadan) bir şəxs onun üçün dəstəmaz alsa, məsələn onun dəstəmaz üzvlərini yusa, yaxud baş və ya ayaqlarına məsh çəksə, onun dəstəmazı batildir.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (89) : Salam olsun.desdemaz uzvlerinnen hansisa yas olarsa o zaman desdemaz aldiqda qebuldurmu?
Ad: Anar, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Dəstamaz alarkən baş və ayaqlar quru olmalıdır. Üz və qolların yaş olmasının iradı yoxdur.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (90) : salam əleykum bilmək istəyirəm ki namaz üçn dəstəmaz alandan sonra namaza qalıbsa o vaxt ərzində quran oxumaq olarmı
Ad: eyvaz, Ölkə: azeribaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bəli, olar.

Go to TOP