Ad: , Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim
Cavab: Altı şey üçün dəstəmaz almaq vacibdir:
1. Meyyit namazından başqa, digər vacibi namazlar üçün; müstəhəbbi namazlarda isə dəstəmaz, namazın düzgün olması üçün şərtdir.
2. Unudulmuş səcdə və təşəhhüd üçün; əgər onunla namaz arasında sidiyə çıxmaq kimi dəstəmazı pozan bir hədəs baş vermişdirsə; amma səcdeyi-səhv üçün dəstəmaz almaq vacib deyil.
3. Həcc və ümrə əməllərindən olan Kəbə evinin vacib təvafı üçün.
4. Dəstəmaz alacağına dair nəzir, əhd etmiş və ya and içmişdirsə.
5. Məsələn; Qurani-Şərifi öpəcəyinə nəzir etmişdirsə.
6. Nurdara bulaşmış Quranı suya çəkmək və ya onu (Quranı) hörmətsizlik olan yerdən (tualet və onun kimi yerlərdən) çıxarmaq üçün əlini və ya bədəninin başqa yerini Quranın yazısına vurmağa məcbur olarsa; amma əgər dəstəmaz almaq müddətinə qədər Qurana hörmətsizlik olarsa, gərək dəstəmaz almadan Quranı bu kimi yerlərdən çıxarsın və ya əgər murdar olmuşdursa, suya çəksin.