Sual (491) : Kesar cərrahiyyə əməliyyatı əncam vermiş qadının namazının hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim
Qeyd olunan əməliyyatdan sonra öz təbii məcrasından xaric olan qan, təbii halda övlad dünyaya gətirdikdən sonra gələn qan hökmündədir və əgər yara qanı olmasa, nifas hesab olur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (492) : Dəstəmaz əvəzinə qüsl etmək olarmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim
Müstəhəb olması sübuta yetən qüsllərdən olsa, dəstəmaz əvəzindən kifayət edir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (493) : Mən qüsl verdikdə çöx şəkk edirəm. Məsələn, bədənimin sol tərəfini yuduqda, sağ tərəfimdən hansısa bir hissəni yuyub-yumadığıma şəkk edirəm və nə qadər fikirləşsəm də, yadıma gəlmir. Mənim vəzifəm nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim
Öz şəkkinizə etina etməyin.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (494) : Əgər vacib qüsldən sonra bədənimizdə suyun bədənə yetişməsinə mane olacaq bir şey görsək və onun qüsldən qabaq, ya sonra bədənimzdə olmasını bilməsək, təzədən qüsl etməliyikmi?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim
Qüslün düzgünlüyünə hökm olunur və mane olacaq şeyi aradan qaldırdıqdan sonra həmin yeri qüsl qəsdi ilə yuya bilərsiniz.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (495) : Cənabətli olmayan bir şəxs, cənabət qüslü verib, onunla namaz qıla bilərmi?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim
Xeyir, amma cümə qüslü kimi müstəhəbliyi şəriətdə sübuta yetmiş qüsl edib, onunla namaz qıla bilər.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (496) : Öhdəsinə bir neçə qüsl olan və vəzifəsi təyəmmüm olan şəxs, hər qüsl əvəzinə bir təyəmmüm etməlidir, yoxsa bir təyəmmüm kifayətdir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim
Qüsl edə bilməyən şəxs, üzərinə bir neçə qüsl vacib olarsa, onların hamısının əvəzinə bir təyəmmüm etməsi icazəlidir. Amma hər birisinin əvəzinə bir təyəmmüm etməsi ehtiyat müstəhəbbdir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.


Sual (497) : Əgər insan təkcə qaşına zərəri olacağından qorxub, qüsl əvazindən təyəmmüm etsə, onun təyəmmümü düzgündürmü?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim
Qüsl etməyin ona məşəqqti olacağı təqdirdə, təyəmmümü düzgündür.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (498) : Mən vaxtın daxil olmasını güman edərək, dəstəmaz aldım və niyyətdə "vacib qürbətən iləllah" dedim. Məscidin axundu, bunun düzgün olmamasını deyir. Bilmək istəyirəm ki, indi mənim həmin dəstəmazımın və onula qıldğım zöhr və əsr namazlarımın hökmü nədir və namazdan və hər hansı bir dəstəmazı vacib edən işlərdən qabaq "vacib" niyyəti ilə dəstəmaz almaq olmazmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim
Dəstəmaz hər vaxt alınsa, istər namazın vaxtı yetişməmişdən əvvəl, istər ona yaxın, istər fasilə ilə yaxud vaxt daxil olandan sonra əgər qürbət qəsdilə alsa, düzgündür. Vacib, yaxud müstəhəbb niyyəti etmək də lazım (vacib) deyil. Hətta əgər səhv üzündən vacib niyyəti edərsə və sonradan vacib olmaması məlum olarsa, dəstəmaz düzgündür. Həmçinin, vaxtın yetişdiyini yəqin edən şəxs əgər vacib dəstəmaz niyyəti ilə dəstəmaz alsa və sonra vaxtın yetişmədiyini başa düşsə, dəstəmaz düzgündür.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (499) : Qadınlar məsh çəkmək üçün başlarının tükünü ortadan ayırmalıdırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim
Lazım deyil və başlarının qabaq tərəfinə məsh etsələr, kifayətdir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (500) : Özlərinə suyun yetişməsinə mane olmayacaq qədər zinət vurmuş qadınlar, dəstəmaz üçün onu təmizləməlidirlərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim
Suyun dəriyə yetişməsindən əmin olmaq lazımdır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP