Sual (471) : Bəzi qadınlar iddia edirlər ki, dırnaqların üstündə olan rəngin (lakın) dəstəmaza maneəsi yoxdur və həmçinin deyirlər ki, şəffaf və çox nazik corabın üstündən məsh çəkmək olar. Bu barədə Sizin mübarək rəyiniz nədir?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Əgər rəng (lak) suyun dırnaqlara çatmasına mane olsa, dəstəmaz batildir. Corab da nə qədər şəffaf olsa da belə, üstündən məsh çəkmək düzgün deyildir.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (472) : Əgər dəstəmaz alan şəxs əllərini, üzünü dəstəmaz niyyətilə yuyan vaxt su krantını açıb-bağlasa, bu cür ləms etmənin hökmü nədir?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Heç bir eybi yoxdur, dəstəmazın düzlüyünə heç bir zərər yetirməz. Lakin sol əli yuyandan sonra və məsh çəkməzdən əvvəl əlini su ilə nəmlənmiş krantın üstünə qoysa, bu halda əlindəki dəstəmaz suyunun xaricdəki su ilə qarışacağını fərz etsək, dəstəmazın düzgün olması işkallıdır.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (473) : Dəstəmaz alan şəxsin ayağına məsh çəkdikdə barmaqların altına da (yol gedəndə yerə toxunan hissəsinə də) məsh çəkmək müstəhəbdirmi?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Məshin yeri ayağın üstü, barmaqların ucundan ayağın dik yerinə (oynağa) qədərdir, amma barmaqların altına məsh çəkməyin müstəhəbb olub-olmaması sübut olunmayıb (əsassızdır).

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (474) : Namaz vaxtı daxil olmazdan əvvəl alınan dəstəmaz barədə rəyiniz nədir? Siz istiftaatların birində buyurmusunuz ki, namazın əvvəl vaxtına yaxın zamanda alınan dəstəmazla qılınan namaz düzdür. Namazın əvvəl vaxtına yaxın zaman dedikdə, hansı vaxtı nəzərdə tutursunuz?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Şərt budur ki, deyilən vaxt camaat arasında “namazın vaxtının daxil olmasına yaxındır” deyilsin.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (475) : Bizim məhəlləmizdə suyun təzyiqi çox aşağı həddədir. Belə ki, yuxarı mərtəbələrdə çox zəif olur. Hətta bəzi vaxtlar yuxarılara su gəlib çatmır. Əslində, aşağı mərtəbələrdə də təzyiq çox zəifdir. Qonşularımızın bəzisi nasos qoyub, bu nasoslar da işləyəndə yuxarı mərtəbələrdə su tamamilə kəsilir. Amma aşağı mərtəbələrdə su kəsilməyəndə onun qüvvəsi o qədər zəifləyir ki, istifadə etmək mümkün olmur. Bu da işimizi dəstəmaz, qüsl vaxtlarında çətinləşdirir, belə ki, bəzi vaxtlar sudan istifadə etmək mümkün olmur. Nasoslar işləməyəndə də sudan qüsl, dəstəmaz və namaz üçün istifadə etmək hamı üçün mümkün olur. Digər tərəfdən su idarəsinin (şəxsi) nasos qoyulmasına razılığı yoxdur. Su idarəsi bu evlərdə nasos olduğundan xəbərdar olduqda ev yiyəsinə xəbərdarlıq edir, sonra nasos götürülməzsə, özləri nasosu götürmək üçün iqdam edirlər. Bu barədə iki Sual vermək istəyirəm. 1. Şəri nöqteyi-nəzərdən şəxsi nasos qoymağa icazə verilirmi? 2. Əgər icazə verilmədiyini fərz etsək, nasos işləyən vaxt qüsl və dəstəmazın hökmü nədir?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Fərz olunan halda nasos qoymaq, ondan istifadə etmək caiz deyildir və onunla qüsl, dəstəmaz işkallıdır.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (476) : Bir şəxsin mülkündə bir bulaq qaynayır. Biz o suyu boru vasitəsilə, bir neçə kilometr aralıda olan bir məntəqəyə çəkmək istəyirik. Bu vaxt boruların həmin şəxsin torpağından, həmçinin başqalarının mülkü olan yerlərdən keçməsi lazım gəlir. O şəxslərin razı olmadıqları surətdə o bulağın suyundan dəstəmaz, qüsl və s. kimi təharət işləri üçün istifadə etmək caizdirmi?
Ad: Elman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Əgər bulağın özü qaynayırsa və yerdə cərəyan etməzdən əvvəl onun suyu borunun içinə salınıbsa, həmçinin bulağın olduğu yer və başqa yerlərdən (boruların çəkildiyi yerlərdən) istifadə olunubsa, bu sudan istifadə etməyin o halda işkalı yoxdur. Bu şərtlə ki, camaat arasında bu sudan istifadə edilməsi bulağın olduğu yerin, həmçinin başqa yerlərin təsərrüf edilməsi hesab olunmasın.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (477) : Bir neçə dəfə ovucla üzə su atıb bir dəfə yumağın işkalı varmı? Əgər bir neçə ovuc atıb bir dəfə yumağı niyyət etsə, amma bir dəfədən artıq yuyulmaq hasil olsa, bunun hökmü nədir?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Meyar niyyət və bir dəfə yumaqdır. Üzə çox su atmağın eybi yoxdur.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (478) : Dövlətin (İslam dövlətinin) sair İslam ölkələrində tikdiyi məscidlərdə, sərhəd məntəqələrində, hökumət binalarında dəstəmazın hökmü nədir?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Bunun eybi yoxdur, şəri cəhətdən də heç bir maneəsi yoxdur.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (479) : Ayağa məss çəkəndə axırıncı hədd-kəb nədir?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Alimlər arasında məşhur olan budur ki, (kəb) ayağın üstündə olan dik yerdir. Lakin ehtiyat vacib budur ki, oynağa qədər məss çəkilsin.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (480) : Bir müddət ayaqlarıma barmaqların ucundan yox, ayaqlarımın üstünə və bir az da barmaqların axırına (ayağa birləşən yerinə) məss çəkirdim. Bu məss düzdürmü? Və əgər bunda işkal olsa, onlarla qıldığım namazların qəzasını qılmağım vacibdir, yoxsa vacib deyil?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Əgər məss barmaqların üstünü əhatə etməsə, dəstəmaz batildir. (O dəstəmazla qılınan) namazların da qəzasını qılmaq vacibdir. Amma əgər ayağa çəkilən məssin barmaqların üstünü əhatə edib-etməməsində şəkk etsələr, bu halda dəstəmaz da, (onunla qılınan) namazlar da düz sayılır.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Go to TOP