Sual (461) : Xal döydürməyin hökmü nədir? Dəstəmaz və qüsl üçün problem yaradırmı?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bədənə xüsusi bir zərər yetirməsə və əxlaqsız şəkillər olmasa caizdir. Hər bir halda dəstəmaz və qüsl üçün müşkül (problem) yaratmır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (462) : Bir şəxsin bövlü və ya nəcisi ixtiyarsız ondan xaric olur. Kisə vasitəsilə bunun sair yerlərə yayılmasının qarşısını alır. Namazdan əvvəl kisə nəcisə bulaşarsa, onu dəyişmək vacibdirmi? Əgər kisə pak olsa və namaz halında nəcis və ya bövl ixtiyarsız ondan xaric olarsa, hökm nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bövl və ya qaiti dalbadal çıxan şəxs gərək hər dəstəmazdan sonra dərhal namaza başlasın. Ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüdü yerinə yetirmək üçün yenidən dəstəmaz almaq lazım deyil. Bu şərtlə ki, namazla bu işlər arasında fasilə salmasın. Namaz halında (nəcisə) bulaşmış kisəni üstündə saxlaması namazı batil etmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (463) : Mənim sinosit (qarmalit) xəstəliyim var. Suyun mənim üçün zərəri var. Bir dəfə də cərrahiyyə əməliyyatı etmişəm, amma nəinki faydası olmayıb, üstəlik zərəri də olub. Hər vaxt dəstəmaz üçün su işlətsəm baş ağrım çoxalır. Bəzən burnumdan qan axır. Hələlik namazlarımı təyəmmümlə qılıram. Bu deyilənləri nəzərə alsaq təyəmmümlə namaz qılmalıyam, yoxsa dəstəmaz almalıyam? (Bəzilərinin fikrincə isti suyun zərəri yoxdur.)
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İsti su ilə dəstəmaz almağın zərəri yoxdursa və onu hazırlamaq mümkündürsə, gərək dəstəmaz alasınız. Əks halda təyəmmüm edəsiniz. Bu iş çox uzun çəksə belə, nigaranlığa səbəb yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (464) : Əgər insan dəstəmaz qəsdi ilə çoxlu suyu sağ əlinə töksə, bu su ilə ayaqları məsh etmək caizdir?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim

Caizdir. Lakin bəzi vaxtlarda bu iş israfçılığa səbəb olur və haramdır. Bu nöqteyi-nəzərdən işkala səbəb olur.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (465) : Başın yalnız qabaq hissəsinə məsh çəkilməlidir, yoxsa başın dalına və ya iki tərəfinə də məsh çəkmək olar?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim

Məshin yeri yalnız başın qabaq hissəsidir.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (466) : Dəstəmazda sağ əli iki dəfə yumaq lazım olduğuna etiqad bəsləyən şəxsin dəstəmazı səhihdir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İki dəfənin vacib olmasında səhv etdiyinə baxmayaraq, ikinci dəfə yumağın müstəhəb olması nəzəriyyəsinə görə dəstəmazı səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (467) : Əgər bir şəxs dəstəmaz alarkən üzünü və əllərini üç dəfə yuyarsa dəstəmazının və ibadətlərinin hökmü nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Dəstəmazı və ibadəti işkallıdır. Lakin diqqət yetirmək lazımdır ki, “üç dəfə və ya iki dəfə yumaq” - deyəndə, sözü gedən bədən üzvünün bir dəfə kamil yuması, sonra ikinci dəfə yumağa başlayıb onu kamil yuyulması nəzərdə tutulur. Lakin bu üzvlərin yuyulması kamil bitməyənə qədər bir üzvə iki dəfə və ya daha artıq su tökməyin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (468) : ALLAHIN SALAMI OLSUN SIZE VE EHLIBEYTI SEVENLERE. KECMISHDE MENIM BABAM OZ KICIK QARDASHIYLA DALASHIB YERINI ELINDEN ALIB ORDA HAMAM TIKDIRIB. INDI MENIM BABAM VEFAT ELIYIB VE MEN HEMEN YERDE QUSUL ALIRAM VE MEN BU MESELIYI OYRENENNEN SONRA GEDDIM BABAMIN QARDASHINNAN HALALLIX ISDEDIM O DA HALALLIX ELEDI İNDİ HAZİRKİ VE QABAQKİ QUSLLARIN HOLMU HOKMU NEDI.
Ad: Nermin, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualda qeyd olunan halda sizin qüsülləriniz səhih hökmündədir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (469) : salam aleykum. menim belə bir sualım olacaq. yaşadığım binada su vaxtla verilir. beləki, səhər saat 7-9, axşam 7-10 arası bizə su verilir. bu vaxt ərzində isti sudan istifadə edə bilirik. çunki bu vaxt su təzyiqlə gəlir.qalan saatlarda su qalxmır bizə. biz 5-ci mərtəbədə yaşayırıq. ona görə qalan saatlarda ehtiyac olanda motor vasitəsilə su çəkirik. çünki yuxarı mərtəbələrə qalan saatlarda su çıxmır.burada yuxarı mərtəbələrdə yaşayanlar hamısı sudan belə istifadə edir. 1-ci mərtəbədəki qonşu motor işləyəndə bizdə su azalır deyir. belə olduqda biz onların haqqına girmiş sayılırıqmı? dəstəmaz və qüsllərimizin batil olacağından qorxuruq. və nəzərinizə çatdırım ki su hamıya eyni saatda təzyiqlə verilir və ümumi xətdəki sudan istifadə etmək bizim də haqqımızdır. sadəcə su təzyiqlə gəlmədiyi üçün üst mərtəbələrə çıxmır. suala cavabınızı səbirsizliklə gözləyirəm, çünki artıq bir neçə gündür ki bu şübhələrə görə motordan istifadə etmirik. Allah razı olsun. esselamu aleykum.
Ad: ulfet, Ölkə: AZERBAYCAN, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Su motoru vasitəsilə evinizə gələn su qeyri qanuni və qaydalara zidd olarsa, motoru quraşdırmaq, ondan istifadə etmək caiz (icazəli) deyildir. Bu vasitə ilə alınan qüsl və dəstəmaz da işkallıdır (düzgün deyildir).
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (470) : Onurğa beyninin zədələnməsi nəticəsində sidiyin özbaşına axması xəstəliyinə düçar olan müharibə əlilləri üçün “ixtiyarsız sidiyi axanın dəstəmazı” ilə cümə namazının xütbələrinə qulaq asmaq, cümə və əsr namazlarında iştirak etmək caizdirmi?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 

 Belə xəstələr üçün dəstəmaz alan kimi fasiləsiz olaraq namaza başlamaq, həmçinin əsr namazı üçün dəstəmazı təzələmək vacibdir. Amma əgər birinci dəstəmazdan sonra dəstəmazı batil edən bir şey baş verməsə, bu dəstəmaz hər iki namaz üçün kifayətdir. Həmçinin, əgər dəstəmaz alandan sonra onlarda dəstəmazı batil edən bir şey baş verməzsə, xütbədən qabaq aldıqları dəstəmaz cümə namazına da kifayət edər.

Özsuallarınızacavabalmaq üçünbizimsaytımızaetimadetdiyinizə görə təşəkküredirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Go to TOP