Sual (451) : Cünub (cənabətli) olan şəxs qüsl etdiyi təqdirdə dərsə çatmayacağını bilirsə, onun təyəmmümlə məsciddə dayanması caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Gərək əvvəlcə qüsl edib sonra dərs sinfində iştirak etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (452) : Qadın, əri onunla cinsi yaxınlıq edəndən sonra ərinin mənisinin ondan xaric olması üçün qüsldən qabaq bir qədər gözləməlidir? Əgər dərhal qüsl alsa və ondan şübhəli su və ya rütubət çıxsa, vəzifəsi nədir?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qüslü yoxdur. Lakin məni olması yəqindirsə, özünü paklamalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (453) : Mənisi ixtiyarsız çıxan şəxsin vəzifəsi nədir?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Məninin çıxması hər şəkildə olursa olsun, qüslə səbəb olur. Bu şərtlə ki, yəqini olsun. Əgər prostatın əməlinə (fəaliyyətinə) görə məni zərrələri bövldə aradan gedərsə, cənabətə səbəb olmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (454) : Qadın cünub (cənabətli) olan halda aylıq adəti çatarsa və ya aylıq adət halında cünub (cənabətli) olarsa həmin halda cənabət qüslü ala bilərmi?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Maneəsi yoxdur. Cənabət qüslü ilə cəbabətdən pak olur. Habelə, müstəhəb qüslləri də yerinə yetirə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (455) : Əgər başqası insan üçün dəstəmaz və ya qüsl aldırsa, səhihdir?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onun qüsl və dəstəmazı batildir. Lakin başqası onun bədəninə su töksə və o özü öz bədənini yusa, eybi yoxdur. Amma bu iş qeyri-zəruri hallarda məkruhdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (456) : Nə üçün cənabət qüslü ilə dəstəmazsız namaz qılmaq olar, lakin digər qüsllərlə namaz qılmaq üçün dəstəmaz alınmalıdır?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Vacib və ya müstəhəb olması qəti şəkildə məlum olan qüsllərin hamısı ilə məsələn, cümə qüslü ilə, namaz qılmaq olar. Lakin rəca niyyəti ilə alınan müstəhəb qüsllər dəstəmazı əvəz etmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (457) : Sidik zamanı daim məni hissələri ondan gələn şəxsin sağalmağa ümidi yoxdursa, təyəmmüm edib əməllərini yerinə yetirə bilərmi? Çünki, fərz olunur ki, daimi şəkildə cənabət qüslü almaq onun cisminə sağalmayan ziyanlar vura bilər.
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Sualınızda fərz olunanlar haqda ehtiyat vacib budur ki, zərəri olmayan miqdarda qüsl etsin və zərəri olan hallarda isə təyəmmüm caizdir. Amma ehtiyat olaraq dəstəmaz da alsın. Bu, məni zərrələrinin bövldə həll olub aradan getmədiyi haldadır. (Məninin) aradan getdiyi təqdirdə isə qüslə ehtiyac yoxdur. Habelə, bu zərrələrin məni, yoxsa bəzi vaxtlar insandan gələn digər yapışqanlı sular olmasında şəkk etsə, qüsl lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (458) : Qüsl almaq üçün çoxlu su tökməyin zərəri varmı? Çox tərləmiş şəxsin tərini yumazdan qabaq etdiyi qüsl səhihdirmi?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Çox su qüslə zərər yetirmir. Lakin israf olsa artıq miqdarı haramdır. Bədənin təri suyun muzaf olmasına səbəb olmazsa eybi yoxdur. Lakin daha yaxşı olar ki, əvvəl tərini yusun, sonra qüsl alsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (459) : Əgər dəstəmazdan qabaq maneə olub olmadığını təftiş etsə lakin namazdan sonra maneənin olduğunu müşahidə etsə, maneəni aradan aparıb yenidən namaz qılmalıdırmı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər maneənin dəstəmazdan sonra əmələ gəlməsinə ehtimal verirsə, namazı yenidən qılmaq lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (460) : Aşağıdakılar dəstəmaz üçün maneə sayılırmı və dəstəmazdan qabaq onları aradan aparmaq lazımdırmı? 1) Neftin ləkəsi ki, su ilə yuyandan sonra əldə qalır və kamil şəkildə aradan getmir. 2) Bəzi yeyinti məhsullarının dəriyə sürtülməsi nəticəsində əldə qalan rəng. Məsələn, qoz qabığının ləkəsi. Hansı ki, bir müddət sonra aradan gedir. 3) Sement və gips ləkəsi. 4) Diyircəkli və ya mürəkkəbli qələmlə dəstəmaz üzvlərinə xətt çəkilərsə. 5) Əllər elə maneəyə bulaşmışdır ki, nəcis deyil lakin gec (məsələn, 10 günə) aradan gedir.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər bu şeylərdən suyun dəriyə çatmasına mane olan maddə əlin üzərində qalmasa, hərçənd rəngi və ya yağı qalsa belə dəstəmaz üçün maneçilik yaratmır. Lakin suyun dəriyə çatmasına maneçilik törədərsə və onu hələlik aradan aparmaq mümkün olmasa, cəbirə dəstəmazının hökmlərinə uyğun əməl etməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP