Sual (441) : Bir kəsin elə bir xəstəliyi var ki, yel çıxmağın qarşısını ala bilmir. Dəstəmaz almağın da ona zərəri var. Ondan bir şey xaric olan kimi təyəmmüm edib namazını davam etmək üçün namazını xüsusi bir məkanda, məs, daşın üzərində qılmalıdırmı?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Namaz əsnasında yenidən təyəmmüm almaq onun üçün mümkün olarsa, namazı pozan bir şey etmədən, (təyəmmüm almaq) lazımdır. Lakin bunun təkrarı çətin və məşəqqətli olsa, vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (442) : Sidik zamanı daim məni hissələri ondan gələn şəxsin sağalmağa ümidi yoxdursa, təyəmmüm edib əməllərini yerinə yetirə bilərmi? Çünki, fərz olunur ki, daimi şəkildə cənabət qüslü almaq onun cisminə sağalmayan ziyanlar vura bilər.
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Sualınızda fərz olunanlar haqda ehtiyat vacib budur ki, zərəri olmayan miqdarda qüsl etsin və zərəri olan hallarda isə təyəmmüm caizdir. Amma ehtiyat olaraq dəstəmaz da alsın. Bu, məni zərrələrinin bövldə həll olub aradan getmədiyi haldadır. (Məninin) aradan getdiyi təqdirdə isə qüslə ehtiyac yoxdur. Habelə, bu zərrələrin məni, yoxsa bəzi vaxtlar insandan gələn digər yapışqanlı sular olmasında şəkk etsə, qüsl lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (443) : Mənim sinosit (qarmalit) xəstəliyim var. Suyun mənim üçün zərəri var. Bir dəfə də cərrahiyyə əməliyyatı etmişəm, amma nəinki faydası olmayıb, üstəlik zərəri də olub. Hər vaxt dəstəmaz üçün su işlətsəm baş ağrım çoxalır. Bəzən burnumdan qan axır. Hələlik namazlarımı təyəmmümlə qılıram. Bu deyilənləri nəzərə alsaq təyəmmümlə namaz qılmalıyam, yoxsa dəstəmaz almalıyam? (Bəzilərinin fikrincə isti suyun zərəri yoxdur.)
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İsti su ilə dəstəmaz almağın zərəri yoxdursa və onu hazırlamaq mümkündürsə, gərək dəstəmaz alasınız. Əks halda təyəmmüm edəsiniz. Bu iş çox uzun çəksə belə, nigaranlığa səbəb yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (444) : Bir qəbiristanlıqda dəfn olunan meyyitlərin dəfn olunmasından 100 il keçirsə, yenidən orada ölü basdırmaq olarmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər meyyitlərin qalıqları aradan getmişdirsə, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (445) : Cümə qüslünün qəzası barədə dəlil-sübut varmı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bəli. Bu barədə hədis var ki, şənbə günü günbatana kimi onun qəzasını yerinə yetirmək olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (446) : Bir şəxs vəfat etmişdir. Lakin qadın və ya kişi olması məlum deyil. Bu şəxsin namaz və qüslü necə olmalıdır?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər məqsəd xonsadırsa (həm kişilik, həm də qadınlıq əlamətləri olan adam), gərək ona məhrəm olanlar qüsl versinlər. Məhrəmi olmasa qadın və kişilərdən hər biri ona qüsl verə bilərlər. Namazda da ehtiyata əməl etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (447) : Əgər səhvən meyyitə verilməsi vacib olan üç qüslün biri verilməsə, hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Meyyitə ehtiramsızlığa səbəb olmasa qəbri qazıb meyyiti çıxarmaq və qüslü təkmil etmək caizdir. Lakin bu iş vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (448) : Sidr və kafur qatılmış su ilə qüsldən sonra və xalis su ilə qüsl verməzdən öncə meyyitin bədənindən axan su damcıları pakdır, yoxsa nəcis?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Meyyitə verilən üç qüsl bitməmiş meyyit pak olmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (449) : Əgər bir şəxsin boynunda heç bir qüsl olmasa, qürbət qəsdi ilə qüsl ala və onunla namaz qıla bilərmi?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (450) : Əgər cünub (cənabətli) şəxs hamama getsə və qüslü yerinə yetirmək yadından çıxsa, məscidə daxil ola bilərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Daxil ola bilməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP