Sual (431) : Dəstəmaz üzvlərində yara varsa nə etməli?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər yaraya suyun zərəri yoxdursa, adi qaydada dəstəmaz alınır. Yox əgər suyun yaraya zərəri varsa yaranın ətrafı yuyulur və onun üzərinə pak bir parça qoyulur, tər əl ilə məsh çəkilir. Əgər yara məsh yerlərindədirsə, məsh yerinin üzərinə pak parça qoyulur və məsh çəkilir. Vacib ehtiyata əsasən təyəmmüm də edilir. Yox əgər yaranın üzərinə parça qoymaq da mümkün deyilsə, dəstəmaz əvəzinə təyəmmüm edilir. Yaxşı olar ki, məshsiz bir dəstəmaz da alınsın (Uyğun surətdə alınan dəstəmaz cəbirə dəstəmaz adlanır).
Əgər yara bağlıdırsa, onu açmaq mümkün olduqda yara açılır və dəstəmaz alınır. Yaranı açmaq mümkün deyilsə və onun sarğısı murdardırsa, yaraya toz, su toxunması zərərli olduqda onun ətrafı yuyulur, murdar sarğının üzərinə pak parça qoyulur, məsh çəkilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (432) : Əgər təyəmmüm yerində yara varsa, nə etməli?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Vəzifəsi təyəmmüm olan şəxsin təyəmmüm üzvlərində yara varsa, cəbirə dəstəmazda olduğu kimi hərəkət etməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (433) : Hansı hallarda qüsl vermək vacibdir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Yeddi halda qüsl vermək vacibdir: 
1. İnsan cinsi yaxınlıq və ya məni xaric olması vasitəsi ilə cünub olduqda cənabət qüslü; 
2. Qadınlar üçün heyz qüslü; 
3. Qadınlar üçün nifas qüslü; 
4. Qadınlar üçün istihazə qüslü; 
5. Meyitə toxunma qüslü; 
6. Meyit qüslü;. 
7. Nəzir, and vasitəsi ilə vacib olan qüsl.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (434) : Qüsl hansı qaydada verilir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qüsl iki növdür. Tərtibi qüsl və irtimasi qüsl. Tərtibi qüsldə qüsl vermək niyyəti ilə əvvəlcə baş və boyun, sonra bədənin sağ tərəfi, daha sonra sol tərəfi yuyulur. Bu ardıcıllıqla verilməyən qüsl batildir.
İrtimasi qüsl verən insan qüsl vermək niyyəti ilə tədricən suya batır. Bütün bədən suya batdıqdan sonra qüsl düzgün sayılır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (435) : Qüsl vermiş şəxs namaz üçün dəstəmaz almalıdırmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Yalnız cənabət qüslündən sonra namaz üçün dəstəmaz almaq lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (436) : Cünub şəxsə nələr haramdır?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Cünub şəxsə beş şey haramdır:
1. Bədənin Quran yazısına, eləcə də, Allah adına toxunması. Vacib ehtiyata əsasən, peyğəmbərlərin və imamların da adına toxunmaq olmaz;
2. Məscidül-hərama və peyğəmbər məscidinə daxil olmaq;
3. Məsciddə dayanmaq (yaddan çıxmış bir şey üçün məscidin bir qapısından daxil olub, o birindən çıxmaq olar). Vacib ehtiyata əsasən, imamların barigahında da dayanmaq olmaz;
4. Məscidə bir şey qoymaq;
5. Vacib səcdəsi olan Quran surələrini oxumaq.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (437) : İnsan qüsl verib-vermədiyinə şəkk etsə, vəzifəsi nədir? Əgər şəkk etsə ki, qüslü düz verib, yoxsa yox vəzifəsi nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İnsan şəkk etsə ki, qüsl verib yoxsa yox, qüsl verməlidir. Əgər şəkk etsə ki, qüslü düzgün verib, yoxsa yox, təkrar qüslə ehtiyac yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (438) : Qüsl vermək və dəstəmaz almaq mümkün olmadıqda təyəmmüm hansı qaydada yerinə yetirilir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Vəzifəsi təyəmmüm etmək olan şəxs qüsl və ya dəstəmaz əvəzi təyəmmüm etdiyini nəzərdə tutaraq təyəmmüm etdiyi şeyə (torpaq, qum, daş və s.) əllərinin içini qoşa şəkildə vurmalıdır. Sonra hər iki əllərinin içini bütöv alına tük bitən endə çəkməlidir. Sonda sol əlin içi sağ əlin üstünə, sağ əlin içi sol əlin üstünə çəkilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (439) : Hansı hallarda dəstəmaz və qüsl əvəzinə təyəmmüm etmək olar?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Yeddi halda dəstəmaz və qüsl əvəzinə təyəmmüm etmək olar:
1. Əgər dəstəmaz və ya qüsl üçün su əldə etmək mümkün deyilsə;
2. Qocalıq, oğru və yırtıcıdan qorxu, su çəkmək üçün qabın olmamağı səbəblərindən təyəmmüm etmək olar. Su əldə etmək insan üçün məşəqqətə səbəb olduqda da təyəmmümə icazə verilir;
3. Su vasitəsi ilə xəstələnmə, cana zərər təhlükəsi olduqda;
4. Suyun dəstəmaz və ya qüsl üçün işlədiləcəyi təqdirdə ailə-övladın və yaxın adamların susuz qalacağı və susuzluqdan öləcəyi ehtimal edildikdə. Eləcə də, adətən, yemək üçün başı kəsilməyən at və qatır kimi heyvanların susuz qalacağı ehtimal olunduqda;
5. Əgər su yalnız paltarın və bədənin murdarlığını təmizləməyə çatarsa, əvvəlcə paltarı və bədəni paka çıxarmaq lazımdır;
6. İstifadə üçün halal qab olmadıqda;
7. Dəstəmaz və ya qüsl veriləcəyi təqdirdə namaz vaxtının ötüb keçəcəyi ehtimal edildikdə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (440) : Bir şəxs cənabət qüslünün yerinə qüsl əvəzindən olan təyəmmüm alarsa, məscidə girə və ya Quran kəlmələrini məsh edə bilərmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Təyəmmüm caiz olan yerlərdə təharət (paklıq) şərt olan işlərin hamısını yerinə yetirmək olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP