Sual (421) : Ağ rəngdə yapışqan bir su insandan xaric olub; Ehtimal vardır ki, bu maye sperma olsun. Qusul vacibdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyr. Spermaya oxşasa da, onda qeyd olunan nişanələr olmasa və bədəndən xaric olmasına yəqinlik tapılmasa vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (422) : Bəzi adamlar sperma xaric olan kanalı tibbi cərrahiyyə yolu ilə bağlayırlar. Cinsi yaxınlıq vaxtı yapışqan su xaric olursa, bu suyun sperma hökmü varmı? Bu kimi şəxslərin möhtəlim olması necədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Söylənilən tibbi cərrahlıq yolu ilə kanalın bağlanması spermanın xaric olmamasına səbəb olmaz. Sperma olmasa da belə, bu maye adi surətdə onların bədənindən xaric olur və cənabətə səbəb olur. Əgər şəkk etsə, cənabət üçün qeyd olunan üç əlamət varsa onun sperma olmasına hökm verilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (423) : İslam şəriətində neçə pakedici var?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İslam şəriətində on pak edici var: su, torpaq, günəş, istihalə (murdar şeyin cinsinin dəyişməsi ilə paka çıxması), intiqal (qanın atıcı qanlı bədəndən digər bədənə keçməsi), İslam dini, təbəiyyət (bir murdarın paka çıxması ilə başqa murdarın paka çıxması), murdarın əslinin aradan getməsi, murdar yemiş heyvanın istibrası, müsəlman qeyb olduqda ona aid murdar şeyin pak edilməsi ehtimalı.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (424) : Dəstəmaz necə alınır?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əvvəlcə, alının tük bitdiyi yerdən çənənin aşağısınadək üz yuyulur. Üz baş barmaqla orta barmaq miqdarında yuyulmalıdır. Üzdən sonra əvvəlcə sağ, sonra sol əl dirsəkdən barmaqların ucunadək yuyulur. Hər iki əl yuyulduqdan sonra əlin təri ilə başa məsh çəkilir. Məshin sağ əllə, yuxarıdan aşağıya çəkilməsi vacib deyil. Daha sonra əldə qalmış dəstəmaz təri ilə ayaq barmaqlarının başından ayağın üzünün dikələn yerinədək məsh çəkilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (425) : Dəstəmazın düzgün sayılması üçün hansı şərtlər var?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Dəstəmazın düzgün sayılması üçün on üç şərt var.
1. Dəstəmaz suyu pak olmalıdır;
2. Dəstəmaz suyu mütləq saf olmalıdır;
3. Dəstəmaz suyu mübah, halal olmalıdır;
4. Dəstəmaz suyunun qabı halal olmalıdır;
5. Dəstəmaz suyunun qabı qızıl və gümüş olmamalıdır;
6. Dəstəmaz zamanı dəstəmaz üzvləri və məsh yeri pak olmalıdır;
7. Dəstəmaz və namaz üçü n kifayət qədər vaxt olmalıdır;
8. Dəstəmaz Allahın razılığı, ona yaxınlıq məqsədi ilə alınmalıdır;
9. Dəstəmaz tərtibi qaydada, ardıcıl alınmalıdır;
10. Dəstəmazdakı əməllər ard-arda yerinə yetirilməlidir;
11. İnsana başqa biri dətəmaz ala bilməz;
12. Dəstəmaz alan şəxsə su zərərli olmamalıdır;
13. Dəstəmaz üzvlərində suyun qarşısını alan maneə olmamalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (426) : İnsan dəstəmaz alıb-almadığı barədə şəkk edirsə, vəzifəsi nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər namaz gedişində belə bir şəkk olsa, namaz batildir. Əgər namazını bitirdikdən sonra insan şəkk etsə ki, dəstəmaz alıb yoxsa yox, onun namazı düzgündür. Əgər belə bir şəkk namazdan qabaq baş versə, dəstəmaz almaq vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (427) : Dəstəmaz nə üçündür?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Altı halda dəstəmaz almaq vacibdir:
1. Meyit namazından savayı bütün namazlar üçün;
2. Yaddan çıxmış səcdə və təşəhhüdü yerinə yetirmək üçün (əgər dəstəmaz pozulmuşsa);
3. Kəbə evinin vacib təvafı üçün;
4. Əgər dəstəmaz almaq nəzir, əhd edilmişsə;
5. Bir şəxs Qurana toxunmağı nəzir edərkən;
6. Murdarlanmış Quran vərəqini suya çəkmək üçün dəstəmaz alınmalıdır. Amma dəstəmaza məşğulluq Qurana hörmətsizlik sayılarsa (vaxt çox gedərsə), Quranı suya çəkmək üçün dəstəmaz almaq lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (428) : Quran yazılarına toxunmaq olarmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Dəstəmazsız halda Quran yazılarına toxunmaq haramdır. Amma tərcümə olunmuş Quranların yazısına toxunmaq olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (429) : Dəstəmazı nələr batil edir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Yeddi şey dəstəmazı batil edir: Sidik, nəcis, nəcis məxrəcindən xaric olan yel, həm gözün görməməyi, həm də qulağın eşitməməyi il müşayiət olunan yuxu, ağılı başdan alan şeylər, qadınlarda istihazə, cənabət kimi qüsl tələb edən işlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (430) : Adi vaxtda alınmış dəstəmazla namaz qılmaq olarmı?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Namazın vaxtından əvvəl təharət məqsədi ilə dəstəmaz almaq olar və bu dəstəmazla namaz qılmaq mümkündür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP